Amerikalı sahibkar İlon Maskın yaratdığı "xAI" startapını sonuncu həmtəsisçi də tərk edib.
“Tehsil365” "Business Insider"ə istinadən xəbər verir ki, şirkətdə prioritetlərin koordinasiyasına və ümumi fəaliyyətə nəzarət edən Ross Nordin vəzifəsindən ayrılıb.
Məlumata görə, Nordin 2023-cü ildə "xAI"nin yaradılmasında iştirak edib və bundan əvvəl "Tesla"da avtopilot sistemi və "Full Self-Driving" üçün təlim infrastrukturu üzərində çalışıb.
Onun gedişi "xAI"də aparılan yenidənqurma və kadr ixtisarları fonunda baş verib. Bu ilin əvvəlindən startapı bir sıra əsas mütəxəssislər tərk edib və nəticədə ilkin komanda demək olar ki, tam yenilənib.
Məlumata əsasən, şirkətdə daha geniş restrukturizasiya prosesi davam edir. Bu il ərzində onlarla əməkdaş ixtisar olunub, bəzi layihələr isə yenidən qurulub.

