Azərbaycan kinosu yaşadıqca, Rasim Balayev də yaşayacaq.
“Tehsil365” xəbər verir ki, bunu Azərbaycan Yazıçılar Birliyinin sədri Xalq yazıçısı Anar Xalq artisti Rasim Balayevlə vida mərasimində deyib.
O bildirib ki, Rasim Balayevin sənəti, dostluqdakı etibari, insani keyfiyyətləri həmişə bizimlə olacaq.
"Həm mənim ssenari müəllifi olduğum filmlərdə, həm də digər bir çox filmdə müəlliflər Rasimi qəhrəman kimi öldürürdü. Babək kimi də öldü, Nəsimi kimi də, Beyrək kimi də. Amma o öldükcə həmin tarixi şəxsləri, obrazları yaşadırdı, onlara əbədi ömür verirdi", - o əlavə edib.
Anar çıxışının sonunda Azərbaycan mədəni ictimaiyyətinə başsağlığı verib.

