Artıq inkişaf eləmiş, təhsildə inkişaf eləmiş ölkələr telefonla bağlı müəyyən qadağalar tətbiq eləmək haqqında düşünürlər və bir neçə Avropa ölkələri bunu qadağan belə eləyiblər.
Bu sözləri “Tehsil365” ə açıqlamasında , təhsil eksperti Məzahir Məmmədli bildirib.
“Azərbaycanda hələ ki rəsmi qərar elan olunub ki, şagirdlərin məktəbə telefon gətirməsi qadağan olunur, amma bu qərar tam gücü ilə hələ ki işləmir. Şagirdlər telefon məktəbə gətirməkdə davam eləyirlər, nəinki məktəbə gətirirlər, hətta siniflərə belə keçirə bilirlər. Axır vaxtlar telefondan, xüsusilə smart telefonlardan müəyyən şantaj xarakteri çəkilişlər, müəllimləri uyğunsuz vəziyyətdə çəkmək və bunu PR kimi yaymaq bir növ dəbə çevrilmişdi.”
“Amma mən düşünürəm ki, telefonlardan tam qadağanı tətbiq eləmək bir qədər inkişafa qarşı çıxmaqdır. Çünki dünya o qədər sürətlə inkişaf eləyir ki, süni intellektin inkişafı və digər məsələlər buna ciddi təsir edir. Bu kimi məsələlər bir tərəfdən təhsilə müəyyən fayda verir, digər tərəfdən sosial şəbəkələrə qoşulan şagirdlər təhsildən yayınırlar və bir qədər zəif nəticə göstərirlər.”
“Ona görə də bu kimi qadağaları tətbiq eləmək effekt verməyəcək. Sonda yenə də məcbur olacaqlar bu smart tipli telefonlardan, planşetlərdən təhsildə müəyyən uğur qazanmaq üçün istifadə eləsinlər, şagirdlərə müəyyən tapşırıqları Google üzərindən axtarmaq və digər bazarlardan axtarmaq üçün istifadə mümkün deyil. Çünki artıq elmi-texniki tərəqqi elə bir vəziyyətdədir ki, buna çox ciddi ehtiyacımız var.”

