Təhsil 365 - Logo Mobile

Pərvin Kərimova: “İngilis dili tədrisi Azərbaycanda inkişaf trayektoriyasındadır”

9330.03.2026 - 15:00
Pərvin Kərimova: “İngilis dili tədrisi Azərbaycanda inkişaf trayektoriyasındadır”

Onun sözlərinə görə, son illərdə bu sahədə nəzərəçarpacaq dərəcədə irəliləyiş müşahidə olunur və dövlət səviyyəsində həyata keçirilən islahatlar, yeni proqramlar tədrisin inkişafına ciddi təkan verib.

Fəlsəfə elmləri doktoru, Odlar Yurdu Universitetinin ingilis dili müəllimi Pərvin Kərimova “Tehsil365“ə verdiyi müsahibədə Azərbaycanda ingilis dili tədrisinin ümumi vəziyyəti barədə fikirlərini bölüşüb. Onun sözlərinə görə, son illərdə bu sahədə nəzərəçarpacaq dərəcədə irəliləyiş müşahidə olunur və dövlət səviyyəsində həyata keçirilən islahatlar, yeni proqramlar tədrisin inkişafına ciddi təkan verib.

-İngilis dilini tədris edərkən hansı metodlardan istifadə edirsiniz və tələbələrə daha effektiv öyrənməyi necə təmin edirsiniz?

- Ümumiyyətlə, dilin öyrənilməsi prosesi həm çətin, həm də maraqlı bir yoldur. Çünki dil öyrənmə prosesində hər kəsin özünəməxsus yanaşması olur. Mən ingilis dili müəllimi olaraq tədrisdə çoxşaxəli metodologiyadan istifadə edirəm. Əsas prioritetim kommunikativ yönümlü inkişafdır və bu səbəbdən kommunikativ dil öyrədilməsi metodunu əsas prinsip olaraq tətbiq edirəm. Bu metod tələbələrdə yalnız nəzəri deyil, eyni zamanda praktik səviyyədə dilin mənimsənilməsinə geniş imkan yaradır. Bununla yanaşı, tapşırıq tipli dil öyrədilməsi metodundan da istifadə edirəm. Müəyyən mövzular üzrə tələbələri tapşırıqlara cəlb edirəm və onlar nəzəri biliklərini praktik tapşırıqlara tətbiq etməklə real həyat situasiyalarına uyğun öyrənirlər.

Əgər söhbət qrammatikanın tədrisindən gedirsə, burada daha çox induktiv yanaşmaya üstünlük verirəm. Bu zaman tələbələr qaydaları müəyyən kontekst daxilində kəşf edirlər. Çünki özləri dərk edib kəşf etdikcə yaddaşları daha uzunmüddətli olur və öyrəndikləri biliklər möhkəmlənir. Eyni zamanda tədris prosesində differensial prinsiplərə əsaslanaraq fərdi üslubları nəzərə alıram. Çünki tələbələrin hər birinin dərsə yanaşması, psixoloji vəziyyəti və bilik səviyyəsi müxtəlifdir. Bu səbəbdən vizual, audial və kinestik öyrənmə tiplərinə uyğun fəaliyyətlər təşkil edirəm. Vizual və audial fəaliyyət daha çox yuxarı yaş təbəqəsinə uyğundur, kinestik yanaşma isə məktəbəqədər və kiçik yaşlı uşaqlara daha çox tətbiq edilir. Məsələn, səma cisimlərini və həndəsi fiqurları öyrədərkən bu üsullardan istifadə olunur.

Bəzi tələbələrdə göz yaddaşı daha güclü olduğu üçün altyazılı filmlər izləmək və sonradan altyazısız izləmək öyrənməni daha da effektiv edir. İnteraktivlik dərs prosesinin ən geniş komponentlərindən biridir. Mən dərslərdə debatlar, müzakirələr və hall oyunlarından istifadə edirəm. Xüsusilə ingilis dilində siyasət elmlərini tədris edərkən bu metodlar daha effektiv olur. Tədris prosesində geri bildirim də vacibdir. Mən əsasən geri bildirimə üstünlük verirəm, çünki bu həm tələbəni motivasiya edir, həm də onun öyrənməsinin hansı mərhələyə çatdığını göstərir. Müasir texnologiyaların dil öyrənilməsinə təsiri danılmazdır. Mən özüm də bir çox proqramlardan istifadə edirəm, materialları yükləyir və tələbələrlə qarşılıqlı çalışıram.

-Tələbələrin ingilis dilini öyrənməsində ən çox rast gəlinən çətinliklər hansılardır?

-Tələbələrin xarici dil öyrənmə prosesində qarşılaşdıqları çətinliklər çoxşaxəli və eyni zamanda sistematikdir. Ən geniş yayılmış problemlərdən biri kommunikativ çətinliklərdir. Çünki tələbələr əksər hallarda səhv etməkdən qorxurlar. Accuracy qorxusu səbəbindən fluency-dən istifadə edə bilmirlər. Yəni öyrəndikləri qaydaları nə qədər düzgün tətbiq etdiklərinə şübhə etdikləri üçün danışıqda çətinlik çəkirlər. Bu faktor eyni zamanda leksik resursların məhdud olmasına gətirib çıxarır. Söz ehtiyatı kifayət qədər geniş olmadıqda tələbələr fikirlərini ifadə etməkdə çətinlik yaşayırlar.

Eyni zamanda zaman formalarının tətbiqində də ciddi çətinliklər olur. Müəyyən zaman formaları arasındakı fərqləri tam aydın görə bilməmələri bu problemləri yaradır. Fonetik sahədə də müəyyən çətinliklər mövcuddur. Bu, əsasən tələffüzlə bağlıdır. Bəzən səhv tələffüzlər yanlış anlaşılmaya səbəb olur. Müxtəlif sürət və aksent fərqləri də dil öyrənmə prosesində əlavə çətinliklər yaradır.

Amma bütün bunlara baxmayaraq tələbə qətiyyətli olmalı, motivasiyasını itirməməli və öyrənməyə davam etməlidir. Mən həmişə tələbələrimə praktik öyrənməni məsləhət görürəm. Çünki praktiki öyrənmə ən effektiv üsullardan biridir və tələbələrin dil bacarıqlarını daha sürətli inkişaf etdirir.

-Odlar Yurdu Universitetində tələbələrin xarici dilə marağı və motivasiyası barədə nə deyə bilərsiniz?

- Odlar Yurdu Universitetində tələbələrin xarici dilə, xüsusən ingilis dilinə marağı dinamik şəkildə inkişaf mərhələsindədir. Bu marağın artması birbaşa əmək bazarının tələbləri ilə əlaqəlidir. Tələbələr ingilis dilinə yalnız fənn kimi baxmırlar, eyni zamanda peşəkar inkişaf aləti kimi qəbul edirlər. Universitet mühitinin bu motivasiyanın formalaşmasında rolu böyükdür. Müxtəlif akademik proqramlar, əlavə fəaliyyətlər və tələbə cəmiyyətlərinin təsiri onların dil bacarıqlarını inkişaf etdirməyə yönəlib. Xüsusilə dil klubları, müxtəlif seminarlar, praktiki məşğələlər və açıq dərslər tələbələrə geniş imkanlar yaradır.

Motivasiya baxımından tələbələr arasında fərqlər müşahidə olunur. Məsələn, dil qabiliyyəti daha güclü olan tələbə ilə dil qabiliyyəti aşağı olan tələbə arasında müəyyən motivasiya fərqi olur. Güclü tələbə daha çox motivasiyalı olur, amma bu, motivasiyası aşağı olan tələbəyə də nümunədir. Eyni auditoriyada bir tələbənin daha həvəsli və motivasiyalı olduğunu görən digəri müəllimin dəstəyi ilə özünü inkişaf etdirməyə çalışır. Bu hallarda müəllimin təsiri danılmazdır. Universitetimizin müəllimləri müasir metodlardan istifadə edirlər və bu da tələbələrin dərsə marağını artırır.

Bununla yanaşı, universitetimizdə dil öyrənməyə olan maraq günü-gündən artır. Formalaşan mühit də öz sözünü deyir. Çünki universitetimizdə çox sayda xarici tələbələr təhsil alır və bu, müsbət təsir göstərir. Tələbələr xarici dili öyrənməklə yeni dostluqlar qazanırlar. Onlar ünsiyyəti birbaşa ingilis dilində qurduqları üçün bu, artıq günün tələbinə çevrilir.

- Texnologiyaların (online platformalar, tətbiqlər) dərs prosesinə təsiri necədir?

-Son dövrlərdə texnologiyanın tədris prosesinə inteqrasiyası müasir pedaqoikanın əsas istiqamətlərindən biri kimi qiymətləndirilir. Müasir rəqəmsal platformalar təlim prosesini daha çevik və əlçatan edir. Bu xüsusiyyətlər ən çox pandemiya dövründə özünü göstərdi. Çünki həmin dövrdə qapanmalara baxmayaraq təhsil davam edirdi və online öyrənmənin bir çox üstünlükləri üzə çıxdı. Pandemiya dövründə və indiki zamanda da rəqəmsal platformalar öz məşhurluğunu və zəruriliyini qoruyub saxlayır.

Online resurslar interaktiv öyrənmə mühitinin formalaşmasına kömək edir və artıq son dövrlərdə bir növ dəb halına gəlib. Multimodal materiallar — video, audio və vizual məzmun — müxtəlif öyrənmə üsullarını dəstəkləyir. Mobil tətbiqlər də öyrənmə strategiyalarının nizamlanmasına kömək edir. Bu tətbiqlər müxtəlif yaş qruplarına uyğun öyrənmə metodlarını təklif edir və texnologiya fərdiləşdirilmiş tədris imkanlarını genişləndirir. İstədiyimiz yerdə, istədiyimiz vaxtda və mövzuda öyrənmək üçün bu vasitələrdən istifadə edərək dil biliklərimizi inkişaf etdirmək mümkündür.

Bununla yanaşı, texnologiyanın çatışmayan cəhətlərini də qeyd etmək lazımdır. Xüsusən gənc nəsildə diqqət yayınıqlığına və asılılığa səbəb ola bilər. Bəzən gənclər arasında texnoloji vasitələrdən sui-istifadə halları müşahidə olunur. Sosial şəbəkələrin üstünlükləri ilə yanaşı, mənfi təsirləri də var. Amma düşünürəm ki, gənclərimiz artıq bunun fərqindədirlər və düzgün istifadəyə cəhd edirlər.

Nəticə etibarilə, texnologiyanın tədrisdə düzgün istifadəsi dərs prosesini daha keyfiyyətli hala gətirir. Dövrün tələbinə uyğun olaraq hər bir tədris mərkəzi bu tendensiyaya qoşulmalı və rəqəmsal imkanlardan maksimum yararlanmalıdır.

-Azərbaycanda ingilis dili tədrisinin ümumi vəziyyətini necə qiymətləndirirsiniz?

- Azərbaycanda ingilis dilinin tədrisi son illərdə nəzərə çarpacaq dərəcədə inkişaf mərhələsinə qədəm qoymuşdur. Dövlət səviyyəsində həyata keçirilən islahatlar və müəyyən proqramlar bu sahənin inkişafına təkan vermişdir. Təhsil proqramları dövrün tələblərinə və beynəlxalq standartlara uyğunlaşdırılmışdır. Bununla belə, sistemdə hələ də müəyyən struktur problemləri qalmaqdadır. Ənənəvi metodikada qrammatik yönümlü yanaşmalar geniş yayılmışdır ki, bu da kommunikativ bacarıqların inkişafını məhdudlaşdırır. Halbuki nəzəri biliklərlə yanaşı praktik bacarıqların inkişafı dilin daha səmərəli mənimsənilməsinə gətirib çıxarır.

Komunikativ bacarıqlar nəzəri biliklərin açarıdır və bu sahədə müəllimlərin peşəkar inkişafı mühüm rol oynayır. Çünki tələbələrin və şagirdlərin dil bacarıqlarının formalaşması birbaşa müəllimin peşəkarlığından asılıdır. Müəllim nə qədər müasir metodlardan istifadə edərsə, onun yetirmələri də bir o qədər məhsuldar və peşəkar səviyyədə inkişaf etmiş olurlar. Son dövrlərdə Azərbaycandakı ingilis dili müəllimləri müasir metodologiyaya daha çox yiyələnmişlər, çünki inkişaf edən tədris proqramlarının tətbiqi artıq bunu tələb edir.

Regionlara nəzər salsaq, tədris keyfiyyətinin kifayət qədər yüksəldiyini görmək mümkündür. Texnologiyanın tətbiqi də müsbət dinamikanı göstərir, rəqəmsal resursların istifadəsi artmaqdadır və bu, tədrisin effektivliyini daha da yüksəldir. Ümumilikdə götürsək, Azərbaycanda ingilis dili tədrisi inkişaf trayektoriyasındadır. Son dövrlərdə müəllimlər arasında mübadilə proqramları genişlənmiş, onlar xarici ölkələrə gedərək yeni bilik və bacarıqlar qazanmış, sonra isə bu təcrübəni ölkəmizdə tətbiq etmişlər.

Mən düşünürəm ki, bu proses gələcəkdə daha da genişlənəcək və bu da bizim xeyrimizə olacaq. Çünki biliklər nə qədər genişlənərsə, metodlar müasirləşərsə, bu yalnız dil bacarıqlarının deyil, eyni zamanda digər fənlərin də yüksək nəticələrlə mənimsənilməsinə kömək edəcək.

Mehriban İbadova

Xəbər Lenti

Hər kəs istifadə edir: Ölümcül riski çox yüksəkdir30.03.2026 - 16:40
Yaxın Şərqdə universitetlər təhlükə fonunda onlayn təhsilə keçir30.03.2026 - 16:35
Sabah Bakıda bəzi yerlərdə yağış yağacaq30.03.2026 - 16:30
Həftə ərzində Bakıda hansı mədəni tədbirlər olacaq? - Afişa30.03.2026 - 16:25
Günəşdə güclü partlayışdan sonra plazma buludu Yerə düşə bilər30.03.2026 - 16:15
Folklorşünas Atəş Əhmədli: “Aşıq sənətinin inkişafı və milli dəyərlərin qorunması vacibdir”30.03.2026 - 16:10
Azərbaycan nümayəndələri Türkiyədə dezinformasiya ilə mübarizə sahəsində həyata keçirilən işlərlə tanış olublar30.03.2026 - 16:05
Dermatoloq Bəxtiyar Paşayev: Dəridə dəyişiklik görən kimi həkimə müraciət edin30.03.2026 - 16:00
Hamlet İsaxanlı: “Universitetin görünməyən dəyəri – zamanın tələbinə cavab verən mütəxəssis hazırlamaqdır”30.03.2026 - 16:00
Fiziki tərbiyə fənni üzə sertifikasiyaya hazırlaşanların nəzərinə30.03.2026 - 15:50
“Suala cavab tapa bilməyəndə ruhdan düşmək olmaz” – RFO-nun finalçıları30.03.2026 - 15:40
Elçin Əfəndi: “Süni intellekt bir çox peşələri sıradan çıxaracaq”30.03.2026 - 15:30
Ombudsman 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb30.03.2026 - 15:20
Mirsadiq Muxtarov: “Psixoloji yardıma dair stereotiplərin dəyişməsi zaman tələb edir”30.03.2026 - 15:15
Türkiyə 5G texnologiyasına keçidin bir addımlığında30.03.2026 - 15:07
Nazir müavini: Rasim Balayevin vəfatı Azərbaycan mədəniyyəti, kinosu üçün ağır itkidir30.03.2026 - 15:00
Anar: Azərbaycan kinosu yaşadıqca Rasim Balayev də yaşayacaq30.03.2026 - 14:40
"Olivia" ADU-da30.03.2026 - 14:37
“AI və süni intellekt alətləri rutin işləri avtomatlaşdırmağa və qərar qəbulunu sürətləndirməyə kömək edir”- İT mütəxəssisi Natiq Məmişov 30.03.2026 - 14:30
Şəfiqə Məmmədova: Rasim Azərbaycan kino ailəsinin başçısı idi, biz onu itirdik30.03.2026 - 14:25
Yaponların "60 saniyə qaydası" hər şeyi dəyişir30.03.2026 - 14:00
Psixoloqlar depressiyanın yeni növünü müəyyən ediblər30.03.2026 - 13:45
Bir kasası xəstəliyi qapıdan qovur: Şəfa mənbəyidir30.03.2026 - 13:32
Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında müntəzəm mövsüm başa çatır30.03.2026 - 13:21
"Şagird müəllimə cavab verməlidir, yoxsa istənilən nəticəni almaq olmaz" - Tibb eksperti Aydın Əliyev30.03.2026 - 13:20
"Bu kimi qadağaları tətbiq eləmək effekt verməyəcək"- Təhsil eksperti Məzahir Məmmədli 30.03.2026 - 13:11
Azərbaycanın U-17 millisi Malta ilə heç-heçə edib30.03.2026 - 13:05
Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq - PROQNOZ30.03.2026 - 12:55
Beynəlxalq Sıfır Tullantı Günü30.03.2026 - 12:47
Azərbaycanlı FIFA referisi ilk dəfə baş hakim kimi beynəlxalq təyinat alıb30.03.2026 - 12:36
Rasim Əhməd oğlu Balayev30.03.2026 - 12:25
İstanbulda azərbaycanlı yazıçının kitabı ictimaiyyətə təqdim edilib30.03.2026 - 12:16
Xalq artisti Rasim Balayev son mənzilə yola salınıb 30.03.2026 - 12:05
"Riyaziyyat ali təhsildə fundamental elmə çevrilir" – Səbuhi Abdullayev30.03.2026 - 09:55
2050-ci ildə hər ikinci insan uzağı görməyəcək: Rusiyalı həkimdən xəbərdarlıq30.03.2026 - 09:48
Rasim Balayevlə vida mərasimi keçirilir30.03.2026 - 09:40
BDU “Yer saatı” beynəlxalq kampaniyasına qoşulub30.03.2026 - 09:34
İndoneziyada uşaqların sosial mediadan istifadəsi qadağan edilib30.03.2026 - 09:30
Dubayda dərslər aprelin 3-nə qədər onlayndır30.03.2026 - 09:26
"Telegram"a süni intellekt əsaslı "redaktor" əlavə olunur30.03.2026 - 09:20
Gözlər ciddi zərər görə bilər - Linzalarla bağlı ən böyük səhv30.03.2026 - 09:11
“Tarixi öyrənmək və təbliğ etmək hər birimizin borcudur” – Mahir Qəribov30.03.2026 - 09:00
Teleqram Rusiyada bərpa oluna bilər30.03.2026 - 08:50
Sonuncu həmtəsisçi də Maskın süni intellekt startapını tərk etdi30.03.2026 - 08:40
Allergiya mövsümü başladı: Gözlərinizin qorunma yolları30.03.2026 - 08:34
Tələbə sıxlığı azalacaq: hansı universitetlər ilk mərhələdə köçürüləcək?30.03.2026 - 08:23
Böyük Britaniya elmdə süni intellekt dövrünü açır30.03.2026 - 08:10