Təhsil 365 - Logo Mobile

Bakı Slavyan Universiteti Bakıdan köçürülsün - Deputatdan təklif

7630.03.2026 - 19:02
Bakı Slavyan Universiteti Bakıdan köçürülsün - Deputatdan təklif

Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatına görə, “Azərbaycan Respublikasının 2027–2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda Bakıdakı universitetlərin köçürülməsi və bölgələrdə yeni universitetlərin açılması məsələsi öz əksini tapacaq. Məsələ hazırda müzakirə mərhələsində olan "Azərbaycan Respublikasının 2027-2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası” layihəsində müvafiq illər üzrə müəyyən tədbirlərin görülməsi nəzərdə tutulub.

Eyni zamanda, bölgələrdə yeni universitetlərin tikintisi məsələsinə aidiyyəti sifarişçi təşkilatların əsaslandırılmış təklifləri təqdim olunduğu təqdirdə Azərbayca Respublikası Prezidentinin 2024-cü il 20 dekabr tarix 257 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Dövlət İnvestisiya Proqramının tərtibi, icrası monitorinqi və qiymətləndirilməsi Qaydaları"nın tələblərinə uyğun büdcənin imkanları çərçivəsində prioritetlik əsasında baxılacaq.

Bu kontekstdə paytaxtda yerləşən hansı ali təhsil müəssisələrinin regionlara köçürülməsinə və hansı təmayüldən olan yeni universitetlərin açılmasına ehtiyacın olması məsələsi gündəmə gəlir.

“Tehsil365" mövzu ilə bağlı Modern.az-ın açıqlamasına əsasən xəbər verir:

Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Mehriban Vəliyeva bu yanaşmanı çox aktual və strateji əhəmiyyətli bir məsələ kimi qiymətləndirib.

“Azərbaycan Respublikasının 2027-2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası” çərçivəsində ali təhsil müəssisələrinin dekonsentrasiyası (paytaxtdan kənara çıxarılması) həm Bakının yükünün azaldılması, həm də regionların dirçəldilməsi baxımından mühüm addımdır.

“Azərbaycan Respublikasının 2027-2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası” çərçivəsində ali təhsilin regionlara transferi ölkəmizin balanslı inkişafı baxımından son dərəcə vacibdir. Bu, yalnız təhsil siyasəti deyil, eyni zamanda regional iqtisadiyyatın, məşğulluğun və insan kapitalının inkişafını hədəfləyən kompleks yanaşmadır”.

Deputatın fikrincə, hər bir universiteti mexaniki şəkildə köçürmək doğru olmaz:

“Köçürülmə prosesi “ixtisaslaşma və regionun potensialı” paralelliyi əsasında, yəni strateji uyğunlaşma prinsipi ilə həyata keçirilməlidir. Hər ali məktəb yerləşəcəyi regionun iqtisadi profili ilə uzlaşmalıdır. Belə ki, Texniki və sənaye təmayüllü universitetlər - məsələn, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin bəzi fakültələrinin və ya ümumilikdə texniki profilli müəssisələrin Sumqayıt sənaye zonasına və ya gələcəkdə Qarabağın sənaye mərkəzlərinə (məsələn, Ağdam) yaxın yerləşdirilməsi məqsədəuyğun ola bilər. Kənd təsərrüfatı və aqrar profilli müəssisələr regionlarda yerləşməlidir. Bu müəssisələr Gəncə ilə yanaşı Lənkəran, Quba-Xaçmaz və digər zonalarla daha sıx inteqrasiya olunmalıdır. Nəqliyyat və logistika: Ələt Azad İqtisadi Zonası və Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ətrafında logistika və nəqliyyat üzrə ixtisaslaşmış ali məktəb şəhərciklərinin (kampusların) yaradılması məqsədəuyğundur. Slavyan Universitetinin adı və köçürülməsi məsələsi də ayrıca müzakirə obyekti ola bilər”.

M.Vəliyeva onu da əlavə edib ki, yeni yaradılacaq universitetlər “klassik” modeldən daha çox “nəticəyönümlü və innovativ” yanaşma əsasında qurulmalıdır:

"Qarabağ Universiteti və Şərqi Zəngəzur iqtisadi rayonunda bərpa olunan enerji, “ağıllı şəhər” texnologiyaları və turizm menecmenti üzrə ixtisaslaşmış müasir mərkəzlərin sayı artırılmalıdır. Yüksək texnologiyalar, süni intellekt, kibertəhlükəsizlik və proqram mühəndisliyi üzrə regional mərkəz rolunu oynayacaq yeni təhsil ocaqlarına ehtiyac var. Logistika və tranzit idarəçiliyi çərçivəsində isə Azərbaycanın tranzit qovşağına çevrilməsi nəzərə alınaraq, xüsusilə cənub və qərb dəhlizləri üzərində bu sahəni dərindən öyrədən ixtisaslaşmış mərkəzlər yaradılmalıdır”.

Milli Məclisin üzvü vurğulayıb ki, universitetin sadəcə binasını köçürmək kifayət deyil, eyni zamanda uğurlu keçid üçün bu proses tam ekosistem yanaşması ilə həyata keçirilməlidir:

“Kampus modeli çərçivəsində müasir universitet şəhərcikləri - yataqxanalar, laboratoriyalar, startap mərkəzləri və sosial infrastrukturla birlikdə qurulmalıdır. Akademik heyət üçün stimullar nəzərdə tutulmalı, regionlara köçən müəllimlər üçün əlavə əməkhaqqı, mənzil və sosial təminat paketləri tətbiq edilməlidir. Sənaye ilə inteqrasiya təmin olunmalı, universitetlər yerləşdiyi bölgənin iqtisadi subyektləri ilə birbaşa əməkdaşlıq etməli və tələbələr real istehsalat mühitində təcrübə keçməlidirlər. Ümumiyyətlə qeyd edək ki, bu təşəbbüs düzgün planlaşdırıldığı təqdirdə Bakının demoqrafik və nəqliyyat yükünü azaldacaq, regionlarda iqtisadi fəallığı artıracaq, təhsilin keyfiyyətini praktikaya daha da yaxınlaşdıracaq. Bu, yalnız təhsil islahatı deyil, həm də Azərbaycanın gələcək inkişaf modelinin əsas sütunlarından biri olacaq strateji layihədir”.

Parlamentin Elm və təhsil komitəsinin üzvü Vasif Qafarov isə hesab edir ki, bəzi universitetlərin regionlara köçürülməsi və yeni ali təhsil müəssisələrinin yaradılması ölkədə regional inkişafın sürətləndirilməsi və elmi potensialın daha balanslı paylanması baxımından mühüm addım kimi qiymətləndirilə bilər:

“Bu prosesin əsas məqsədi yalnız universitetlərin fiziki olaraq köçürülməsi deyil, eyni zamanda regionlarda iqtisadi, sosial və elmi inkişafın stimullaşdırılmasıdır. Yanaşmaya görə, paytaxt yenə də ölkənin əsas akademik mərkəzi olaraq qalmalıdır və bütün universitetlərin köçürülməsi nə real, nə də məqsədəuyğundur. Lakin tətbiqi və praktik yönümlü ixtisaslar üzrə fəaliyyət göstərən bəzi ali təhsil müəssisələrinin əsas kampuslarının və ya iri filiallarının regionlarda yerləşdirilməsi daha effektiv nəticə verə bilər. Belə addımlar regionlarda təhsil imkanlarını genişləndirə, yerli iqtisadi fəaliyyətlə təhsili daha sıx əlaqələndirə və kadr hazırlığını yerli ehtiyaclara uyğunlaşdıra bilər”.

Deputat qeyd edib ki, regionların seçilməsində əhali sayı, iqtisadi potensial və nəqliyyat əlçatanlığı kimi meyarlar əsas rol oynayır:

“Bu baxımdan sənaye və iqtisadi imkanları olan böyük şəhərlər, enerji və sənaye infrastrukturu inkişaf etmiş bölgələr, həmçinin turizm və aqrar potensialı yüksək regionlar ali təhsil mərkəzlərinin formalaşması üçün daha əlverişli hesab olunur. Eyni zamanda yenidən qurulan ərazilərdə universitetlərin yaradılması həmin bölgələrin sosial və iqtisadi dirçəlişinə də mühüm töhfə verə bilər”.

V.Qafarov onu da nəzərə çatdırıb ki, yeni universitetlərin yaradılmasında regional ixtisaslaşma prinsipi xüsusi əhəmiyyət daşıyır:

“Müxtəlif bölgələrdə texnologiya, energetika, logistika, aqrar sahə, turizm və qida sənayesi kimi istiqamətlər üzrə ixtisaslaşmış ali təhsil müəssisələrinin qurulması həm yerli iqtisadiyyatın inkişafına, həm də ölkənin elmi potensialının genişlənməsinə xidmət edə bilər.

Nəticə etibarilə, universitetlərin regionlara köçürülməsi və yeni ali təhsil müəssisələrinin yaradılması yalnız təhsil siyasəti deyil, həm də regional inkişaf strategiyasının mühüm tərkib hissəsi kimi qiymətləndirilməlidir. Düzgün planlaşdırılmış yanaşma nəticəsində paytaxt əsas elmi mərkəz olaraq qalmaqla yanaşı, regionlarda da yeni akademik mərkəzlər formalaşa bilər və bu, ölkədə ali təhsil sisteminin daha balanslı inkişafına töhfə verər”, - deyə deputat fikrini tamamlayıb.

Nərmin Mustafayeva

Xəbər Lenti

“Təhsildə əsas məqsəd yalnız bilik vermək deyil, şəxsiyyət formalaşdırmaqdır” – Validə Quliyeva31.03.2026 - 09:56
"WhatsApp" yazışmalarınızı "anlayan" oldu31.03.2026 - 09:44
Avropadan gələn trend — Bu kompüterlərə maraq artır31.03.2026 - 09:40
Üç həftədən çox davam edən öskürək təhlükəlidir – Həkimlərdən məsləhət31.03.2026 - 09:35
DİM aprelin 1-də TOEFL iBT imtahanı keçirəcək31.03.2026 - 09:30
Gənclər arasında rəqəmsal asılılıq artır: sosial şəbəkələr təhsilə necə təsir edir?31.03.2026 - 09:21
ADU QS reytinqlərində yüksəlişini davam etdirir: “Müasir dillər” üzrə 151–200 aralığında yer aldı31.03.2026 - 09:10
Mayda 14 gün iş yoxdur31.03.2026 - 09:00
Beyin sağlamlığı üçün nə yemək lazımdır? - 7 əsas məhsul31.03.2026 - 08:55
Mehriban Əliyeva 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım edib31.03.2026 - 08:47
Sağlamlığın açarı: Heyvanın faydaları31.03.2026 - 08:35
Süni intellekt insan səviyyəsinə çatır? - İmtahanın nəticələri təəccübləndirdi31.03.2026 - 08:27
Novruz və Ramazan tətili başa çatdı, bu gün ilk iş günüdür31.03.2026 - 08:18
Alimlər: nəhəng meteoritlər çoxalır31.03.2026 - 08:09
“31 Mart soyqırımı tariximizin unudulmayan faciəsidir”31.03.2026 - 08:00
Əsl göz kimi hərəkət edən süni göz hazırlandı31.03.2026 - 07:50
Fransada müəllimlər iş yerlərinin ixtisarına və siniflərin bağlanmasına etiraz edəcəklər31.03.2026 - 07:41
Bu gün hava necə olacaq? - PROQNOZ31.03.2026 - 07:30
Ürəyin işini yaxşılaşdıran 6 qida31.03.2026 - 07:18
Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım edilib31.03.2026 - 07:05
31 Mart – Azərbaycanlıların Soyqırımı Günüdür30.03.2026 - 20:00
Şəfiqə Məmmədova: Rasim Azərbaycan kino ailəsinin başçısı idi, biz onu itirdik30.03.2026 - 19:54
Fransada müəllimlər iş yerlərinin ixtisarına və siniflərin bağlanmasına etiraz edəcəklər30.03.2026 - 19:44
Mayda 14 gün iş yoxdur30.03.2026 - 19:36
Dünyanın ən kobud və ən nəzakətli ölkələri SEÇİLDİ30.03.2026 - 19:30
Məktəbdə psixoloji mühit və şagird davranışları – Psixoloq Fəridə Musəvi ilə müsahibə30.03.2026 - 19:24
Məktəbdə rəqabət mühiti şagirdlər üçün faydalıdır, yoxsa zərərlidir? – Təhsil eksperti açıqladı30.03.2026 - 19:18
Ağdaşlı gənclər tarixi nümunələr əsasında liderlik bacarıqlarını inkişaf etdirirlər30.03.2026 - 19:18
Məktəblərdə nəzəri biliklə praktiki bacarıqlar arasında balans varmı? – Təhsil eksperti açıqladı30.03.2026 - 19:12
Region gəncləri tarixi nümunələr əsasında liderlik bacarıqlarını inkişaf etdirdi30.03.2026 - 19:12
Fast food-un uşaqların inkişafına uzunmüddətli təsiri nədir? – Qida eksperti açıqladı30.03.2026 - 19:08
COVİD-19-da BA.3.2 xəbərdarlığı: İmmunitet qalxanını yarıb keçir30.03.2026 - 19:00
18 yaşlı qız dəm qazından boğularaq ölüb30.03.2026 - 18:54
Cəfər Cabbarlı adına Türkiyə-Azərbaycan Teatrı İstanbulda növbəti dəfə səhnəyə çıxıb30.03.2026 - 18:50
Sabahdan bütün təhsil müəssisələrində tədris BAŞLAYIR30.03.2026 - 18:46
Ombudsmandan 31 Mart Soyqırımı Günü ilə bağlı BƏYANAT30.03.2026 - 18:38
DİM apreldə bir sıra imtahanlar keçirəcək - SİYAHI30.03.2026 - 18:32
Məktəblilər 10 gün dərsə getməyəcək - SƏBƏB30.03.2026 - 18:30
İlham Əliyev Rasim Balayevin vəfatı ilə bağlı nekroloq imzalayıb30.03.2026 - 18:24
Yaxından kitab oxumaqla smatfona baxmağın zərəri eyni imiş30.03.2026 - 18:20
Müəllimlər birbaşa elmi mərkəzlərə cəlb olunurlar30.03.2026 - 18:16
Universitetlər onlayn təhsilə keçdi30.03.2026 - 18:10
Günəşdə güclü partlayış baş verib30.03.2026 - 18:08
Fiziki tərbiyə fənni üzə sertifikasiyayanın NÜMUNƏLƏRİ 30.03.2026 - 18:02
Telefonlar sinifdən çıxarıldı – məktəblərdə inqilabi dəyişiklik30.03.2026 - 18:00
Muzeydən 3 dəqiqədə 9 milyonluq əsərlər oğurladılar 30.03.2026 - 17:55
Klassika ilə milli ruhun vəhdəti: Mingəçevirdə sənət və duyğuları birləşdirən musiqi gecəsi30.03.2026 - 17:52