Bu gün Novruz və Ramazan bayramları ilə əlaqədar verilmiş 11 günlük tətil başa çatır və ölkə üzrə ilk iş günü hesab olunur.
“Tehsil365” xəbər verir ki, bu gündən etibarən Azərbaycanın bütün təhsil müəssisələrində də tədris prosesi yenidən bərpa olunur. Şagird və tələbələr uzunmüddətli fasilədən sonra dərslərinə qayıdırlar.
Qeyd edək ki, bayram günləri ilə əlaqədar olaraq ölkədə bir sıra dövlət və özəl qurumlarda fəaliyyət müvəqqəti dayandırılmışdı. Artıq bütün sahələrdə iş rejimi adi qaydada davam etdiriləcək.

