Təhsil 365 - Logo Mobile

31 Mart - unudulmayan tarix və qanlı yaddaş

10531.03.2026 - 13:07
31 Mart - unudulmayan tarix və qanlı yaddaş

Martın 31-də AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda 31 Mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan tədbir keçirilib.

İnstitutdan “Tehsil365” ə bildirilib ki, əvvəlcə soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. AMEA-nın vitse-prezidenti vəzifəsini icra edən, Şərqşünaslıq İnstitutunun direktoru akademik Gövhər Baxşəliyeva XX əsrin əvvəllərində ermənilərin təkcə bu gün Ermənistan adlanan ərazidə deyil, Bakıda, Şamaxıda, Qubada, Göyçayda, Qarabağda, Zəngəzurda, Naxçıvanda da vaxtaşırı xalqımıza qarşı etnik təmizləmə, qırğınlar, talanlar, yanğınlar, terror və digər zorakılıq aktları həyata keçirdiklərini, bu illər ərzində on minlərlə dinc azərbaycanlı əhalini yalnız milli mənsubiyyətinə görə vəhşicəsinə qətlə yetirdiklərini söyləyib.

Gövhər Baxşəliyeva Ümummilli Lider Heydər Əliyevin 1998-ci il martın 26-da azərbaycanlıların soyqırımı haqqında verdiyi Fərmanının tarixi önəmini xüsusi vurğulayaraq bu Fərmana əsasən 31 Martın Azərbaycanlıların Soyqırımı Günü elan edildiyini bildirib. O, Heydər Əliyevin 2003-cü il martın 27-də Azərbaycanlıların Soyqırımı Günü münasibətilə Azərbaycan xalqına müraciətini xatırladıb. İnstitut rəhbəri Prezident İlham Əliyevin 2018-ci il yanvarın 18-də imzaladığı “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncama əsasən görülən işlərdən bəhs edib. Akademik G.Baxşəliyeva Şərqşünaslıq İnstitutunda 1918-ci il soyqırımı barədə həqiqətlərin üzə çıxarılması, ölkə və dünya ictimaiyyətinə çatdırılması istiqamətində görülən işlərdən danışıb, institut əməkdaşlarının Şimali və Cənubi Azərbaycanda ermənilərin xalqımıza qarşı törətdikləri soyqırımlarına həsr olunmuş və tarixi həqiqətləri üzə çıxaran kitablarından söz açıb.

Şərqşünaslıq İnstitutunun elmi işlər üzrə direktor müavini filologiya üzrə fəlsəfə doktoru, dosent Ruhəngiz Cümşüdlü 31 Martı Azərbaycan xalqının həqiqətlərin üzə çıxarılması üçün milli mübarizəni ön plana çıxaran simvolik tarix kimi qiymətləndirib, Andronik və Njdenin başçılıq etdiyi erməni silahlı dəstələrinin Zəngəzurda dəhşətli qətllər törətdiklərini, kəndləri yerlə-yeksan etdiklərini bildirib. O qeyd edib ki, Zəngəzurdakı qanlı hadisələr zamanı 115 kənd məhv edilib, 10 mindən çox insan vəhşiliklə qətlə yetirilib.

İnstitutun rəqəmsal inkişaf və süni intellekt üzrə direktor müavini fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Elnur Mustafayev son iki əsrdə Azərbaycan xalqının çox böyük uğur və nailiyyətlər əldə etməsi ilə yanaşı, dəhşətli və insanlıq əleyhinə işlənmiş hadisələrlə üzləşdiyini deyib. O bildirib ki, Azərbaycan Cümhuriyyəti tərəfindən 1918-ci iyulun 15-də yaradılan Fövqəladə Təhqiqat Komissiyası erməni-rus silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdiyi soyqırımının, talan və cinayətlərinin aşkarlanmasında böyük rola malik olub. 1919-cu ilin noyabrınadək fəaliyyət göstərən komissiya 36 cilddən ibarət əsaslı sənədlər toplusu hazırlayaraq, bu cinayətləri sənədləşdirib.

İnstitutun Cənubi Azərbaycan şöbəsinin aparıcı elmi işçisi tarix üzrə fəlsəfə doktoru Həsən Səfəri 1918-ci ildə Cənubi Azərbaycanda törədilən soyqırımlardan danışıb. O bildirib ki, Cənubi Azərbaycanın Qərb bölgəsində törədilən soyqırımlar fevraldan başlayaraq 6 ay müddətində davam edib və bu hadisələrdə 200 min azərbaycanlı həyatını itirib. H.Səfəri bu hadisələrin erməni-aysorlardan ibarət silahlı dəstələr tərəfindən həyata keçirildiyini vurğulayıb.

Türkiyə tarixi və iqtisadiyyatı şöbəsinin böyük elmi işçisi Mirzə Ənsərli isə 1918-ci ildə ermənilərin Zəngəzurda törətdikləri qanlı faciələrdən danışıb.

Zəhra Əliyeva

Xəbər Lenti

ADNSU və “META University” arasında tədqiqatlar müzakirə olunub11.04.2026 - 18:36
Nazirdən imtahanlarda sual hazırlayanlara müraciət11.04.2026 - 18:30
ADNSU tələbələri 50 komanda arasında birinci yerə layiq görülüb11.04.2026 - 18:28
ADNSU və Almatı Menecment Universiteti məkdaşlığı inkişaf etdiriləcək11.04.2026 - 18:20
Türk dövlətlərində doğum KƏSKİN AZALIR 11.04.2026 - 18:18
Uşaqlar nə qədər yatmalıdır?11.04.2026 - 18:11
Ana səhifə Xəbərlər İmtahanlar Region təhsili COP29 və təhsil Haqqımızda Redaksiya siyasəti FAQ Əlaqə Azedu.az Facebook səhifəsi Azedu.az Instaqram səhifəsi Azedu.az Youtube səhifəsi Dünyada məktəblərdə telefon qadağası: hansı ölkə nə edir?11.04.2026 - 18:10
Uşaqlar və yeniyetmələr arasında 6-cı Startap Forumunun qrantçıları müəyyənləşdi11.04.2026 - 18:02
London kollecini qazanan azərbaycanlı: telefona məktub gəldi11.04.2026 - 18:00
200-ə yaxın həkim Şamaxıda keçirilən regional tibbi konfransda iştirak edir11.04.2026 - 17:52
Özəl ali məktəblərdə pedaqoji ixtisaslar ləğv oluna bilər11.04.2026 - 17:50
Dəniz sahilində rəngbərəng lalə sərgisi 11.04.2026 - 17:44
10 ildə 6 milyondan çox insan imtahanlardan keçib11.04.2026 - 17:40
Azərbaycan alimləri Özbəkistan universitetlərində mühazirə oxuyublar11.04.2026 - 17:36
ADU tarixində ilk: beynəlxalq akkreditasiya sertifikatı verildi11.04.2026 - 17:30
Sabah paytaxtda yağmursuz hava gözlənilir11.04.2026 - 17:26
RFO-nun finalında iştirak edəcək şagirdlərin NƏZƏRİNƏ!11.04.2026 - 17:20
Layihə rəhbəri: Bu yeddi kitab Azərbaycanı xaricdə daha geniş təmsil edəcək11.04.2026 - 17:18
İki gün küləkli olacaq - XƏBƏRDARLIQ11.04.2026 - 17:10
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti beynəlxalq əlaqələri genişləndirir11.04.2026 - 17:06
Uzunömürlülük və güclü əzələlərin sirri11.04.2026 - 17:00
“Windows”dan imtina edirlər11.04.2026 - 16:50
Mikroplastik təhlükəsi - Körpələr daha çox risk altındadır11.04.2026 - 16:40
Fransa məktəbləri boşalır: 1,6 milyondan çox şagird "yox olacaq11.04.2026 - 16:30
Könüllülük fəaliyyətinin əhəmiyyəti11.04.2026 - 15:18
Gender bərabərliyi və müasir cəmiyyət11.04.2026 - 15:15
Acqarına qara istiot çeynəməyin faydaları11.04.2026 - 15:00
Həftəsonu bu BÜRCləri sürprizlər gözləyir: Kimə sevinc, kimə dəyişiklik?11.04.2026 - 14:49
Unutqanlıq təhlükə siqnalı ola bilər - XƏBƏRDARLIQ11.04.2026 - 14:26
Azərbaycanın U-20 millisinin təlim-məşq toplanışı üçün heyəti açıqlanıb11.04.2026 - 14:01
Azərbaycanda sərdabə qəbir ənənəsi: Gəncə bu sahədə necə seçilir?11.04.2026 - 13:45
Azərbaycanın stolüstü tennisçiləri Türkiyə Superliqasının ikinci turunda mübarizə aparacaqlar11.04.2026 - 13:25
Azərbaycanın futzal millisi yoldaşlıq görüşündə Gürcüstana uduzub11.04.2026 - 13:00
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib11.04.2026 - 12:40
Xalq rəssamı Tahir Salahovun qəbirüstü abidəsi ucaldılıb11.04.2026 - 12:20
"Daxili motivasiya uğurun əsas açarıdır" - Psixoloq 11.04.2026 - 09:55
KİV: Qlobal böhrana baxmayaraq süni intellekt çiplərinə tələbat artmaqda davam edir11.04.2026 - 09:45
Sinir bərpasında yeni texnologiya11.04.2026 - 09:36
“Artemis II” Yerə qayıtdı11.04.2026 - 09:25
Ürəyə xeyirli 12 qida11.04.2026 - 09:12
TəhsilPlus kartları ilə bağlı regional təhsil idarələrinin direktorları ilə görüş keçirilib11.04.2026 - 09:00
Sertifikatlaşdırılma prosesinə cəlb olunacaq fənlər - SİYAHI11.04.2026 - 08:51
Naxçıvan Təhsil Nazirliyi və bp əməkdaşlığa başlayır11.04.2026 - 08:42
"Yaxşı hüquqşünas olmaq üçün nəyə görə tarixi riyaziyyatdan yaxşı bilmək lazımdır?"11.04.2026 - 08:33
Vitamin çatışmazlığı Altsheymer xəstəliyinə səbəb ola bilər?11.04.2026 - 08:22
Bakı məktəbliləri üçün BDU-da infosessiya11.04.2026 - 08:10
Azərbaycan Dillər Universitetinin QS beynəlxalq reytinqində əldə etdiyi mühüm nailiyyət11.04.2026 - 07:58
Şəhərdə yaşamaq beyinin qocalmasına necə təsir edir?11.04.2026 - 07:44