Təhsil 365 - Logo Mobile

“Tunel” faciəsi – İfadələr, həqiqətlər və ədalətin zəfəri

7431.03.2026 - 17:04
“Tunel” faciəsi – İfadələr, həqiqətlər və ədalətin zəfəri

1993-cü il Azərbaycanın Kəlbəcər rayonu ətrafında baş verən hadisələr regionun ən faciəvi və ağır humanitar böhranlarından biri kimi tarixə düşdü. Ermənistan silahlı qüvvələrinin hücumu nəticəsində rayon tam mühasirəyə alındı, coğrafi baxımdan yüksək dağlıq ərazidə yerləşən Kəlbəcərin xarici aləmlə əlaqəsi faktiki olaraq kəsildi. Bu vəziyyət minlərlə dinc sakinin həyatı üçün təhlükə yaratdı, onların çıxış yolu kimi yalnız çətin və təhlükəli dağ yolları və Kəlbəcər-Laçın tuneli istiqaməti qaldı...

Həmin dövrdə Kəlbəcər əhalisi, xüsusilə qadınlar, uşaqlar və yaşlılar, ağır qış şəraitində, qarla örtülü keçilməz dağ aşırımlarından keçərək canlarını qurtarmağa çalışdılar. İnsanlar sərnişin nəqliyyat vasitələrinin çatışmazlığı səbəbindən bəzən kilometrlərlə yolu piyada, bəzən isə yük avtomobilləri ilə hərəkət etməli oldular. Ərzaq, su və tibbi yardımın olmaması isə onların vəziyyətini daha da ağırlaşdırdı. Bu qaçış prosesində baş verən hadisələr, xüsusilə “Tunel” ərazisində yaşananlar dinc əhalinin sistemli şəkildə hədəfə alındığını göstərən çoxsaylı faktlarla müşayiət olunur. “Tunel” adlandırılan ərazi həmin günlərdə Kəlbəcərdən çıxmaq istəyən insanların ümid yolu idi. Lakin bu ərazi, eyni zamanda, tarixdə dinc əhaliyə qarşı qətliamın baş verdiyi, mülki şəxslərin atəşə tutulduğu və girov götürüldüyü bir məkan olaraq qaldı. Tunelə yaxınlaşan avtomobillər Ermənistan silahlı qüvvələri tərəfindən əvvəlcədən müşahidə altına alındı, daha sonra müxtəlif istiqamətlərdən atəşə tutuldu. Nəticədə çox sayda insan həlak oldu, ağır yaralandı, girov götürüldü.

“Tunel” faciəsi: Zərərçəkmişlərin ifadələri

Tarix göstərir ki, ədalət gec-tez öz yerini tapır. Bu, xüsusilə müharibələr və faciələr zamanı baş verən hadisələrin illər sonra hüquqi və mənəvi qiymət alması ilə bir daha təsdiqlənir. Bakı Hərbi Məhkəməsində Ermənistan Respublikası vətəndaşlarının ittiham olunduğu cinayət işi üzrə məhkəmə prosesi də bunun bariz nümunəsidir. Bu proses Kəlbəcər-Laçın tuneli istiqamətində baş verən faciənin araşdırılması ilə yanaşı, tarixi ədalətin bərpası baxımından da mühüm əhəmiyyət daşıyır. Uzun illər ağrı və itki ilə yaşayan zərərçəkmişlərin səsləri məhkəmə zalında dinlənildi və onların ifadələri baş verənlərin hüquqi qiymət almasına xidmət etdi. Zərərçəkmişlərin ifadələri, təqdim olunan faktlar və etiraflar faciənin miqyasını bütün çılpaqlığı ilə ortaya qoydu. Onlar dinc insanların atəşə tutulmasını, ailələrin parçalanmasını, günahsız insanların qətlə yetirilməsini və girov götürülərək işgəncələrə məruz qalmasını ürək ağrısı ilə yenidən dilə gətirdilər. Bu ifadələr fərdi xatirələr deyil, həm də tarixi həqiqətlərin təsdiqi və gələcək nəsillərə ötürülməsi baxımından böyük əhəmiyyət daşıyır.

Tehsil365" “Tunel” faciəsinin şahidlərinin məhkəmə prosesindəki ifadələrinə yenidən nəzər salır.

Kəlbəcərin Ağcakənd kəndinin sakini zərərçəkmiş Gültəkin Cəlilova məhkəmədə ifadəsi zamanı deyib ki, 1993-cü ilin martın 31-də kəndi məcburi tərk etməli olublar: “Atam, anam, iki qardaşım və mən “Niva” avtomobili ilə kəndi tərk etdik. Zülfüqarlı kəndinə çatanda orada çoxlu hərbçi var idi. “Tunel” deyilən ərazidə çoxlu yük maşını saxlanılmışdı. Hamısı yaşadıqları yerlərdən köçənlər idi. Ermənistan silahlı qüvvələri üzərimizdəki qızıl-zinət əşyalarını çıxardılar. Tuneldən çıxanda ətrafdakı qayalıqlarda faciənin baş verdiyini gördük. Qız-gəlinlərimizin ağlaşma səsləri hər tərəfə yayılırdı. O vaxt 16 yaşım var idi. Əzab-əziyyətlə Gəncəyə gəlib çıxdıq, ayaqlarımızı don vurmuşdu”.

Digər zərərçəkmiş Elşad Alışov ifadəsində Kəlbəcər işğal olunandan sonra Başlıbeli tərk etmək məcburiyyətində qaldıqlarını, bu zaman anası, bacısı, balaca qardaşı, əmisi qızları və əmisi gəlini ilə birlikdə maşınla tunel istiqamətindən rayonu tərk etmək istədiklərini deyib. Onun sözlərinə görə, müdafiə üçün heç bir silahı olmayıb, hadisə zamanı Ermənistan ordusu tərəfindən atılan güllələrdən biri anasının ayağına dəyib: “Onlar bütün tuneli mühasirəyə almışdılar. Oradan keçərkən maşınımızı atəşə tutdular. Nəticədə anam ayağından yaralandı, güllə bacımın ağzının içindən girib o biri tərəfdən çıxmışdı. Anamı kürəyimə alıb 300 metr apardım. Yusifgilin (qonşusu – red.) maşını da vurulmuşdu. Maşını yoxlamaq məqsədilə ora çatanda anamı yerə qoyub, Yusifgilin maşınına baxdım. Amma qardaşım istisna olmaqla, nə onu (anasını nəzərdə tutur – red.), nə də digərlərini çıxara bilmədim. Onlardan indiyədək xəbər yoxdur”.

“O qədər çox atırdılar ki, sanki dolu yağırdı”

Zərərçəkmiş Nəsibə Quliyeva ifadəsində Kəlbəcərin işğalı zamanı 13 yaşı olduğunu, bacı-qardaşları ilə birlikdə 1993-cü il martın 31-də rayondan yük avtomobili ilə çıxarkən “Tunel” adlanan ərazidə Ermənistan silahlı qüvvələrinin hərbçiləri tərəfindən atəşə tutulduğunu bildirib. O deyib ki, həmin vaxt onları hərbçilər müşayiət etməyib və maşındakıların çoxu azyaşlılar olub: “O qədər çox atırdılar ki, sanki dolu yağırdı”.

Zərərçəkmiş hadisə zamanı 3 yaşlı bacısının və 3 azyaşlı qardaşının onunla birlikdə olduğunu bildirib: “Mənə 6 güllə və qəlpələr dəymişdi, hazırda bədənimdə çoxlu qəlpə var”.

N.Quliyeva daha sonra Ermənistan hərbçiləri tərəfindən girov götürüldüyünü söyləyib. Bacısının girovluğun ilk günlərində Ağdərə rayonunun Vəng kəndində müalicə adı altında aparıldığını, səhəri gün isə onun ölməsi barədə xəbər verildiyini deyib. O, hələ də bacısından və iki qardaşından (Aygün, Yaşar və Məzahir Quliyevlər) xəbər ala bilmədiklərini diqqətə çatdırıb.

Digər zərərçəkmiş Bəxtiyar Quliyev ifadəsində Kəlbəcər rayonunun işğalı ilə əlaqədar ailə üzvləri və digər mülki şəxslərlə birlikdə 1993-cü il martın 31-də rayondan “Tunel” adlanan ərazi vasitəsilə çıxarkən Ermənistan silahlı qüvvələrinin hərbçiləri tərəfindən atəşə tutulduqlarını bildirib. Nəticədə qardaşı İslam Quliyev öldürülüb. Hadisə zamanı yük maşınında olan 21 nəfərdən əksəriyyəti qətlə yetirilib. O, özü isə sol ayağının bud hissəsindən yaralanıb. Ermənistan hərbçiləri onları girov götürərək əvvəlcə Ağdərə rayonunun Heyvalı kəndinə, daha sonra Xankəndi şəhərinə aparıblar. Girov olduqları müddətdə onlara işgəncə verilib. “Mən girov götürüləndə yaralandım. Yaramın üstünə soyuq su tökdülər ki, qan dayansın. 7 ay girovluqda qaldım. Bizə qarşı qeyri-insani formada davranırdılar. Saxlanılma şəraitimiz çox acınacaqlı, antisanitar vəziyyətdə idi”, - deyə o əlavə edib. Bəxtiyar Quliyev 1993-cü il sentyabrın 22-də girovluqdan azad edilərək Azərbaycana təhvil verilGülcag

Günəşli kəndində yaşayan Gülcamal Hacıyeva ifadəsində Ermənistan silahlı qüvvələrinin Kəlbəcəri işğal edən zaman rayondan yük maşını ilə çıxdıqlarını bildirib. Maşında 24 nəfər olub. “Tunel”in çıxışında yük maşını atəşə tutulub. Avtomobildəki insanların əksəriyyəti yaralanıb. Girov götürülən G.Hacıyeva həmin vaxt hamilə imiş. O, övladını girovluqda dünyaya gətirib. Baxımsızlıq və şəraitsizlikdən xəstələnən və inkişafdan qalan övladı girovluqdan xilas olunduqdan sonra vəfat edib. Həmin vaxt digər qohumları ilə yanaşı, iki qardaşı da girov götürülüb. Qardaşlarından biri Şuşa həbsxanasında döyülməsi nəticəsində görmə qabiliyyətini itirib.

Zərərçəkmiş Azər Quliyev isə ifadəsində 1993-cü ildə Kəlbəcərin işğalı zamanı ailəlikcə rayondan çıxan zaman “Tunel” adlandırılan ərazidə Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulduqlarını diqqətə çatdırıb. Həmin vaxt o, 7 güllə yarası alıb və girov götürülüb. Hadisə zamanı yaralanmış körpə bacısının isə öldüyünü deyiblər və 33 ildir ondan heç bir xəbər yoxdur.

Ədalətin zəfəri: Etiraf...

Beləliklə, məhkəmə zalında səslənən bu sarsıdıcı etiraflar və ürəkdağlayan ifadələr yüzlərlə faciə şahidinin yaşadıqlarının yalnız kiçik bir hissəsidir. Hər bir kəlmənin arxasında yarımçıq qalmış uşaqlıq, parçalanmış ailələr və otuz il boyu dinməyən bir ağrı dayanır. “Tunel” faciəsi kimi qanlı hadisələr erməni faşizminin mülki əhaliyə qarşı apardığı sistemli məhv etmə siyasətinin rəsmi sübutudur.

Bir vaxtlar xalqımıza qarşı terror və soyqırımı siyasəti yürüdən şəxslər Azərbaycan ədaləti qarşısında vəhşilikləri etiraf etmək məcburiyyətində qalıblar. Məhkəmə iclasında təqsirləndirilən Arayik Harutyunyanın son söz zamanı dedikləri tarixi bir mənzərəni ortaya qoyur. O, mülki azərbaycanlılara qarşı törədilən vəhşiliklərin hərbi cinayət olduğunu açıq şəkildə etiraf edərək deyib: “Burada müharibə cinayətləri təqdim olundu. Səmimi desəm, böyük hissəsi ilə burada tanış oldum. Mən çox məlumatlı adamam. Amma Kəlbəcərdəki “Tunel” hadisəsini burada bildim. Məsələn, Bəylik bağı hadisəsini burada bilmişəm. Əlbəttə, bunlar hərbi cinayətlərdir və öz günahkarları var. Əgər günahkarlar bu dünyada cəzalanmayıblarsa, o biri dünyada öz əməllərinə görə cəzalanacaqlar”. Onun “Əgər günahkarlar bu dünyada cəzalanmayıblarsa, o biri dünyada cəzalanacaqlar” ifadəsi əslində cinayətkarların öz əməlləri ilə üz-üzə qaldıqlarını açıq-aydın göstərir. Azərbaycan dövləti nümayiş etdirdi ki, ədalət sadəcə “o biri dünya”ya qalmır, xalqımıza qarşı amansızlıq edənlər məhz bu dünyada, Azərbaycan qanunları qarşısında cavab verirlər.

Otuzillik işğal dövründə Azərbaycan xalqına qarşı törədilən, insanlıq əleyhinə yönəlmiş bu qanlı cinayətlər nəhayət ki, müstəqil Azərbaycanın ədalət məhkəməsində öz layiqli hüquqi qiymətini aldı. Bir vaxtlar cəzasızlıq mühitindən yararlanaraq silahsız insanlara divan tutanlar, bu gün qüdrətli Azərbaycan dövlətinin qüdrəti ilə üz-üzədirlər. Bu proses təkcə günahkarların cəzalandırılması deyil, həm də tarixin qanlı səhifələrinin təmizlənməsi və mənəvi ədalətin bərpasıdır. Artıq heç bir cinayət cəzasız, heç bir ah yerdə qalmır - ədalət gec də olsa, öz yerini tapır.

Məhkəmə prosesi və verilən cəzalar bir daha göstərdi ki, "Tunel", "Bəylik bağı", Başlibel, Qaradağlı və digər qanlı qətliam müəllifləri və icraçıları öz layiqli cəzalarını çəkəcəklər. Bu, şəhidlərimizin ruhunun şad olduğu, zərərçəkmişlərin ahının yerdə qalmadığı ədalətin zəfəridir!

Nərmin Mustafayeva

Xəbər Lenti

Qəşəm Nəcəfzadə ədəbi və media fəaliyyətində aktiv rolu ilə seçilir01.04.2026 - 04:54
Aqil Abbasın siyasi və ədəbi fəaliyyəti ölkə həyatında mühüm iz buraxıb01.04.2026 - 04:36
Əsgər İsmayılov Azərbaycan kinematoqrafiyasının inkişafına töhfə verən sənətkar kimi yadda qalıb01.04.2026 - 04:18
Məmməd Yusif Cəfərovun siyasi fəaliyyəti və tarixi rolu01.04.2026 - 04:00
Gələcək naminə: Qarabağın və Şərqi Zəngəzurun dirçəldilməsində gənclərin rolu31.03.2026 - 19:54
Müəllimlərin məzuniyyət pulu necə hesablanır? – detallar31.03.2026 - 19:48
"Instagram"dan YENİLİK - 2 dollarla bütün hekayələrə gizli baxmaq şansı31.03.2026 - 19:42
Yeniyetmələrin qidalanması psixi sağlamlığa təsir edə bilər31.03.2026 - 19:35
Tarixi faciələr haqqında məlumatın uşaqların psixologiyasına təsiri necə olur? – Psixoloq açıqladı31.03.2026 - 19:28
“Zəkaların mübarizəsi II” olimpiadası başlayır!31.03.2026 - 19:24
BMU-nun təmsil olunduğu komanda Cenevrədə qızıl və bürünc medala layiq görülüb31.03.2026 - 19:18
Dövlət qulluğuna qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ!31.03.2026 - 19:12
AzMİU QS 2026 reytinqində dizayn sahəsi üzrə ölkə lideri oldu31.03.2026 - 19:08
Tarixi faciələri uşaqlara anlatmaqla onları qorumaq arasında balans necə qurulmalıdır? – Psixoloq açıqladı31.03.2026 - 19:05
Mart soyqırımı bəşər tarixində ən qanlı faciədir31.03.2026 - 19:00
Azərbaycan Suriyada təhsil infrastrukturuna dəstək göstərəcək31.03.2026 - 18:58
Mart soyqırımı Azərbaycan xalqının tarixində ən qanlı faciələrdən biridir31.03.2026 - 18:55
Aprelin ilk günündə 25 dərəcə isti olacaq31.03.2026 - 18:54
Pedaqoji Universitet yeni əməkdaşlığa başlayır31.03.2026 - 18:50
“Yüksəliş” müsabiqəsinə qeydiyyatdan keçənlərin sayı 10 mini keçib31.03.2026 - 18:48
Danimarka Şahzadəsi Isabella 11 ay hərbi xidmət edəcək31.03.2026 - 18:44
31 Mart - Azərbaycan xalqının milli yaddaşının və birliyinin sınağa çəkildiyi dövrün tarixi nişanəsidir31.03.2026 - 18:40
Xaricdə magistr planlayanlar üçün vacib MEYARLAR31.03.2026 - 18:38
İordaniya mətbuatında 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı məqalələr dərc edilib31.03.2026 - 18:35
I sinfə qəbulda prioritet tətbiq olunacaq MƏKTƏBLƏR31.03.2026 - 18:32
Həsən Həsənli Şamaxıda vətəndaşları qəbul edəcək31.03.2026 - 18:32
Azərbaycanda kosmik sənayenin yaranması və inkişafı31.03.2026 - 18:24
Məktəbdə silahlı hücum: 13 yaşlı şagird öldürülüb31.03.2026 - 18:16
Günəşdən gələn plazma buludu aprelin 1-də Yerə toxuna bilər31.03.2026 - 18:08
Yer kürəsini maqnit qasırğası vuracaq31.03.2026 - 18:02
DİM sabah imtahan keçirəcək31.03.2026 - 18:00
Təhsil liderləri üçün mini MBA proqramının açılış tədbiri keçirilib31.03.2026 - 17:55
UNEC tələbəsi təqaüd qazandı - Almaniyada təhsil alacaq31.03.2026 - 17:52
BANM-in 9 şagirdi Respublika Fənn Olimpiadalarının finalında 31.03.2026 - 17:50
LDU-da Azərbaycanlıların Soyqırımı Gününə həsr edilmiş tədbir keçirilib31.03.2026 - 17:45
Bu tədris ilində NDU-ya 305 əcnəbi tələbə qəbul olub31.03.2026 - 17:35
31 Mart soyqırımı qurbanlarının xatirəsi Balakəndə anılıb31.03.2026 - 17:34
Gölün suyu çəkildi ortaya çıxan mənzərə hamını heyrətə saldı31.03.2026 - 17:30
Novator bəstəkar, cazmen, Xalq artisti – Rafiq Babayev31.03.2026 - 17:26
ADPU ilə Fatih Sultan Mehmet Vakıf Universiteti arasında Anlaşma Memorandumu imzalanıb31.03.2026 - 17:25
Azərbaycan dünyanın ən təhlükəsiz ölkələri sırasındadır - “Global Terrorism Index 2026” açıqlandı31.03.2026 - 17:20
Neftçalada fortepiano və tar ixtisasları üzrə ustad dərsləri təşkil olunacaq31.03.2026 - 17:18
Karbon dioksidi saxlamaq üçün innovativ texnologiya hazırlanıb31.03.2026 - 17:15
“Sözüm-söhbətim Ağbaba” kitabının təqdimatı olub31.03.2026 - 17:12
Qida ilə təmasda olan mütəxəssislər üçün növbəti təlim təşkil edilib31.03.2026 - 17:05
“Eurovision” mahnı müsabiqəsini ilk dəfə Asiyada təşkil edəcək31.03.2026 - 17:00
Quş qripi xəstəliyinə qarşı epizootoloji monitorinqin nəticələri açıqlanıb31.03.2026 - 16:55