Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin (MEMİM) təşkilatçılığı və Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə aprelin 2-də Neftçala şəhərində ustad dərsləri keçiriləcək.
MEMİM-dən “Tehsil365"ə bildirilib ki, fortepiano və tar ixtisasları üzrə ustad dərsləri Neftçala şəhər Camal İsmayılov adına Uşaq incəsənət məktəbində təşkil olunacaq.
Fortepiano ixtisası üzrə ustad dərsi Bakı şəhər Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin Fortepiano şöbəsinin müdiri Əməkdar müəllim Zərifə Məmmədyarova, tar ixtisası üzrə ustad dərsi isə Azərbaycan Milli Konservatoriyasının dosenti, Əməkdar müəllim Əflaruz Məmmədov tərəfindən aparılacaq.
Ustad dərslərində Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən musiqi və incəsənət məktəblərinin müəllim və şagirdlərinin iştirakı nəzərdə tutulur.

