Təhsil 365 - Logo Mobile

“Yüksəliş” müsabiqəsinə qeydiyyatdan keçənlərin sayı 10 mini keçib

7331.03.2026 - 18:48
“Yüksəliş” müsabiqəsinə qeydiyyatdan keçənlərin sayı 10 mini keçib

VI “Yüksəliş” müsabiqəsinə 6 mart tarixində başlayan qeydiyyat yüksək dinamika ilə davam edir. Müsabiqəyə qoşulan iştirakçıların sayı artıq 10 mini ötüb.

“Tehsil365" xəbər veriri ki, ümumilikdə isə ötən 5 mövsüm üzrə 69 mindən çox müraciətin qeydə alınması “Yüksəliş” müsabiqəsinin Azərbaycanda insan kapitalının inkişafı üzrə mühüm platformaya çevrildiyini göstərir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə təsis olunan və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın dəstəyi ilə həyata keçirilən “Yüksəliş” müsabiqəsi ölkədə insan kapitalının inkişafına yönəlmiş mühüm təşəbbüslərdən biridir.

Müasir dövrdə cəmiyyətlərin inkişafı yalnız iqtisadi resurslarla deyil, bu resursları effektiv şəkildə idarə edə bilən insan kapitalının keyfiyyəti ilə müəyyən olunur. Bu baxımdan “Yüksəliş” müsabiqəsi Azərbaycanda idarəçilik potensialının üzə çıxarılması, inkişaf etdirilməsi və yeni nəsil peşəkar kadr ehtiyatının formalaşdırılması istiqamətində sistemli yanaşmanı təcəssüm etdirir.

“Yüksəliş” idarəetmə potensialının üzə çıxarılmasına və inkişafına xidmət edən müsabiqə olmaqla yanaşı, həm də meritokratiya, şəffaflıq və bərabər imkanlar prinsipləri əsasında formalaşan, müxtəlif sahələrdən olan insanları ortaq inkişaf mühitində birləşdirən platformadır. Müsabiqə iştirakçılara yalnız bilik və bacarıqlarını yoxlamaq imkanı vermir, eyni zamanda, onların strateji düşünmə, qərarvermə və liderlik potensialını üzə çıxarır. Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini, “Yüksəliş” müsabiqəsinin İşçi Qrupunun rəhbəri Fərhad Hacıyev qeyd edir: “Yüksəliş” müsabiqəsi ölkədə güclü insan kapitalının və peşəkar idarəetmə elitasının formalaşdırılması istiqamətində həyata keçirilən strateji yanaşmanın mühüm tərkib hissəsidir. Məqsədimiz yalnız qalibləri müəyyənləşdirmək deyil, dövlət prioritetlərini effektiv şəkildə reallaşdıra bilən və ölkənin uzunmüddətli

inkişafına töhfə verən kadrların formalaşması üçün dayanıqlı inkişaf mühiti yaratmaqdır”.

Beş mövsüm ərzində əldə olunan nəticələr bu yanaşmanın effektivliyini aydın şəkildə göstərir. Bu dövr ərzində müsabiqəyə ümumilikdə 69 963 nəfər müraciət edib, onlardan 39 536 nəfərin şəxsi kabineti yaradılıb. Namizədlərdən 1 254 nəfər yarımfinal mərhələsinə, 488 nəfər final mərhələsinə yüksəlib, 116 nəfər isə qalib adını qazanıb.

Statistik göstəricilər iştirakçı profilinin geniş və inklüziv olduğunu da ortaya qoyur. Qeydiyyatdan keçənlərin 30,45 faizini qadınlar, 69,55 faizini isə kişilər təşkil edir. Qaliblərin isə 55,63 faizi dövlət sektorunu, 34,51 faizi özəl sektoru, 6,34 faizi beynəlxalq qurumları, 3,52 faizi isə qeyri-hökumət təşkilatlarını təmsil edir. Bu göstəricilər “Yüksəliş”in müxtəlif sahələrdə çalışan, fərqli təcrübəyə malik, lakin ortaq olaraq idarəçilik potensialı daşıyan şəxsləri bir araya gətirdiyini təsdiqləyir. Cari mövsüm üzrə qeydiyyat mərhələsi də yüksək fəallıqla davam edir. Hazırda 10 mindən çox iştirakçı qeydiyyatdan keçib. Onlardan 7 mindən çoxu kişi, 2 mindən çoxu isə qadındır.

Eyni zamanda, müsabiqəyə yenidən qatılan iştirakçıların sayı ilə ilk dəfə müraciət edənlərin sayı arasında yaxınlıq müşahidə olunur. Əvvəlki mövsümlərdə iştirak etmiş şəxslərin sayı 5 mindən çox, yeni iştirakçıların sayı isə 4 mindən çoxdur. Bu dinamika müsabiqəyə olan marağın davamlı xarakter daşıdığını və müsabiqənin ildən-ilə daha geniş auditoriyanı əhatə etdiyini göstərir.

“Yüksəliş” müsabiqəsinin əsas fərqləndirici xüsusiyyətlərindən biri onun qiymətləndirmə yanaşmasıdır. Müsabiqə çərçivəsində yalnız nəzəri biliklər deyil, eyni zamanda, analitik düşüncə, qərarvermə, məsuliyyət götürmə, komanda idarəetməsi və liderlik bacarıqları da qiymətləndirilir. Bu isə onu klassik imtahan modelindən fərqləndirərək daha kompleks və müasir inkişaf platformasına çevirir.

Müsabiqə qalibləri üçün təqdim olunan imkanlar da bu ekosistemin davamlılığını təmin edir. Qaliblər Mentorluq Proqramı, fərdi inkişaf planları və real layihələrdə iştirak imkanları əldə edərək peşəkar inkişaflarını davam etdirirlər.

Qaliblərdən 80 nəfərdən çoxu Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi (AZCON), SOCAR, PAŞA Holding, Azərbaycan Respublikasının Mərkəzi Bankı, Azərbaycan Respublikasının Dövlət Neft Fondu (SOFAZ), “AzerGold” QSC, “bp” və “Kapital Bank” ASC kimi ölkənin qabaqcıl dövlət və özəl qurumlarında müxtəlif təyinatlar alaraq məsul vəzifələrdə fəaliyyət göstərirlər.

Qeyd edək ki, VI “Yüksəliş” müsabiqəsi üzrə qeydiyyat 16 aprel tarixinədək davam edəcək. Müsabiqədə iştirak etmək istəyən şəxslər qeydiyyatdan keçərək öz idarəetmə potensialını sınamaq, bilik və bacarıqlarını nümayiş etdirmək və yeni inkişaf imkanları əldə etmək şansı qazana bilərlər.

Müsabiqədə iştirak etmək üçün namizədlər Azərbaycan Respublikasının vətəndaşı olmalı, qeydiyyatın son gününə qədər 21–51 yaş aralığında olmalı, ali təhsilə və minimum 2 illik idarəetmə təcrübəsinə malik olmalıdırlar.

Nərmin Mustafayeva

Xəbər Lenti

Qəşəm Nəcəfzadə ədəbi və media fəaliyyətində aktiv rolu ilə seçilir01.04.2026 - 04:54
Aqil Abbasın siyasi və ədəbi fəaliyyəti ölkə həyatında mühüm iz buraxıb01.04.2026 - 04:36
Əsgər İsmayılov Azərbaycan kinematoqrafiyasının inkişafına töhfə verən sənətkar kimi yadda qalıb01.04.2026 - 04:18
Məmməd Yusif Cəfərovun siyasi fəaliyyəti və tarixi rolu01.04.2026 - 04:00
Gələcək naminə: Qarabağın və Şərqi Zəngəzurun dirçəldilməsində gənclərin rolu31.03.2026 - 19:54
Müəllimlərin məzuniyyət pulu necə hesablanır? – detallar31.03.2026 - 19:48
"Instagram"dan YENİLİK - 2 dollarla bütün hekayələrə gizli baxmaq şansı31.03.2026 - 19:42
Yeniyetmələrin qidalanması psixi sağlamlığa təsir edə bilər31.03.2026 - 19:35
Tarixi faciələr haqqında məlumatın uşaqların psixologiyasına təsiri necə olur? – Psixoloq açıqladı31.03.2026 - 19:28
“Zəkaların mübarizəsi II” olimpiadası başlayır!31.03.2026 - 19:24
BMU-nun təmsil olunduğu komanda Cenevrədə qızıl və bürünc medala layiq görülüb31.03.2026 - 19:18
Dövlət qulluğuna qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ!31.03.2026 - 19:12
AzMİU QS 2026 reytinqində dizayn sahəsi üzrə ölkə lideri oldu31.03.2026 - 19:08
Tarixi faciələri uşaqlara anlatmaqla onları qorumaq arasında balans necə qurulmalıdır? – Psixoloq açıqladı31.03.2026 - 19:05
Mart soyqırımı bəşər tarixində ən qanlı faciədir31.03.2026 - 19:00
Azərbaycan Suriyada təhsil infrastrukturuna dəstək göstərəcək31.03.2026 - 18:58
Mart soyqırımı Azərbaycan xalqının tarixində ən qanlı faciələrdən biridir31.03.2026 - 18:55
Aprelin ilk günündə 25 dərəcə isti olacaq31.03.2026 - 18:54
Pedaqoji Universitet yeni əməkdaşlığa başlayır31.03.2026 - 18:50
Danimarka Şahzadəsi Isabella 11 ay hərbi xidmət edəcək31.03.2026 - 18:44
31 Mart - Azərbaycan xalqının milli yaddaşının və birliyinin sınağa çəkildiyi dövrün tarixi nişanəsidir31.03.2026 - 18:40
Xaricdə magistr planlayanlar üçün vacib MEYARLAR31.03.2026 - 18:38
İordaniya mətbuatında 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı məqalələr dərc edilib31.03.2026 - 18:35
Həsən Həsənli Şamaxıda vətəndaşları qəbul edəcək31.03.2026 - 18:32
I sinfə qəbulda prioritet tətbiq olunacaq MƏKTƏBLƏR31.03.2026 - 18:32
Azərbaycanda kosmik sənayenin yaranması və inkişafı31.03.2026 - 18:24
Məktəbdə silahlı hücum: 13 yaşlı şagird öldürülüb31.03.2026 - 18:16
Günəşdən gələn plazma buludu aprelin 1-də Yerə toxuna bilər31.03.2026 - 18:08
Yer kürəsini maqnit qasırğası vuracaq31.03.2026 - 18:02
DİM sabah imtahan keçirəcək31.03.2026 - 18:00
Təhsil liderləri üçün mini MBA proqramının açılış tədbiri keçirilib31.03.2026 - 17:55
UNEC tələbəsi təqaüd qazandı - Almaniyada təhsil alacaq31.03.2026 - 17:52
BANM-in 9 şagirdi Respublika Fənn Olimpiadalarının finalında 31.03.2026 - 17:50
LDU-da Azərbaycanlıların Soyqırımı Gününə həsr edilmiş tədbir keçirilib31.03.2026 - 17:45
Bu tədris ilində NDU-ya 305 əcnəbi tələbə qəbul olub31.03.2026 - 17:35
31 Mart soyqırımı qurbanlarının xatirəsi Balakəndə anılıb31.03.2026 - 17:34
Gölün suyu çəkildi ortaya çıxan mənzərə hamını heyrətə saldı31.03.2026 - 17:30
Novator bəstəkar, cazmen, Xalq artisti – Rafiq Babayev31.03.2026 - 17:26
ADPU ilə Fatih Sultan Mehmet Vakıf Universiteti arasında Anlaşma Memorandumu imzalanıb31.03.2026 - 17:25
Azərbaycan dünyanın ən təhlükəsiz ölkələri sırasındadır - “Global Terrorism Index 2026” açıqlandı31.03.2026 - 17:20
Neftçalada fortepiano və tar ixtisasları üzrə ustad dərsləri təşkil olunacaq31.03.2026 - 17:18
Karbon dioksidi saxlamaq üçün innovativ texnologiya hazırlanıb31.03.2026 - 17:15
“Sözüm-söhbətim Ağbaba” kitabının təqdimatı olub31.03.2026 - 17:12
Qida ilə təmasda olan mütəxəssislər üçün növbəti təlim təşkil edilib31.03.2026 - 17:05
“Tunel” faciəsi – İfadələr, həqiqətlər və ədalətin zəfəri31.03.2026 - 17:04
“Eurovision” mahnı müsabiqəsini ilk dəfə Asiyada təşkil edəcək31.03.2026 - 17:00
Quş qripi xəstəliyinə qarşı epizootoloji monitorinqin nəticələri açıqlanıb31.03.2026 - 16:55