Əhməd Bədəlbəyli 1884-cü il yanvarın 5-də Şuşada anadan olub.
“Tehsil365” xəbər verir ki, O, Azərbaycan opera sənətinin formalaşmasında mühüm rol oynayan ilk peşəkar müğənnilərdən biri kimi tanınır.
Səhnədə “Ağdamski” təxəllüsü ilə çıxış edən sənətkar, xüsusilə qadın rollarının ifası ilə məşhurlaşmışdır. Onun fəaliyyəti dövründə milli opera sənəti yeni inkişaf mərhələsinə qədəm qoymuş və tamaşaçılar arasında geniş maraq qazanmışdır.
Əhməd Bədəlbəyli görkəmli bəstəkar Üzeyir Hacıbəyli ilə qohum idi və onun yaradıcılıq mühitinin formalaşmasında bu əlaqənin də təsiri olmuşdur.
1943-cü ildə Azərbaycan SSR Əməkdar İncəsənət Xadimi fəxri adına layiq görülən sənətkar, milli musiqi mədəniyyətinə verdiyi töhfələrlə yadda qalıb. 1954-cü il aprelin 1-də Ağdaşda vəfat edən Əhməd Ağdamski Azərbaycan opera tarixinin unudulmaz simalarından biri kimi xatırlanır.

