İsmayıl Dağıstanlı 1906-cı ilin dekabrın 24-də (yeni təqvimlə 1907-ci il yanvarın 6-da) Zaqatala dairəsinin Zərnə kəndində anadan olub.
“Tehsil365” xəbər verir ki, O, Azərbaycan teatr və kino sənətinin inkişafında mühüm rol oynamış görkəmli aktyorlardan biridir.
İsmayıl Dağıstanlı uzun illər səhnədə və ekranlarda çıxış edərək müxtəlif obrazları ustalıqla canlandırıb. Onun aktyorluq məharəti və səhnə mədəniyyəti tamaşaçılar və sənət mütəxəssisləri tərəfindən yüksək qiymətləndirilib.
Sənətkar 1949-cu ildə Azərbaycan SSR xalq artisti, 1974-cü ildə isə SSRİ xalq artisti fəxri adlarına layiq görülərək yaradıcılıq fəaliyyətinə verilən yüksək dəyərin göstəricisini qazanıb.
1980-ci il aprelin 1-də Bakıda vəfat edən İsmayıl Dağıstanlı Azərbaycan səhnə sənətində silinməz iz qoymuş sənətkar kimi xatırlanır.

