Rəsul Rza 1910-cu il mayın 6-da (yeni təqvimlə 19 may) Göyçayda anadan olub.
“Tehsil365” xəbər verir ki, O, Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri kimi şair, dramaturq, tərcüməçi və ictimai xadim kimi geniş fəaliyyət göstərib.
1934-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü olan Rəsul Rza yaradıcılığı ilə milli ədəbiyyatın inkişafına mühüm töhfələr verib. Onun əsərlərində müasir dövrün ictimai, fəlsəfi və mənəvi məsələləri öz əksini tapıb və geniş oxucu kütləsi tərəfindən maraqla qarşılanıb.
Rəsul Rza yaradıcılığına görə bir sıra yüksək mükafatlara layiq görülüb. O, 1960-cı ildə Azərbaycan SSR xalq şairi adına, 1980-ci ildə isə Sosialist Əməyi Qəhrəmanı fəxri adına layiq görülüb, həmçinin Stalin mükafatı laureatı olub.
1981-ci il aprelin 1-də Bakıda vəfat edən Rəsul Rza Azərbaycan ədəbiyyatında yenilikçi yanaşması və zəngin yaradıcılığı ilə yadda qalan sənətkar kimi tarixdə öz yerini qoruyur.

