İsa Muğanna (əsl adı İsa Mustafa oğlu Hüseynov) 1928-ci il iyunun 12-də Qazax qəzasının Muğanlı kəndində anadan olub.
“Tehsil365” xəbər verir ki, O, Azərbaycan ədəbiyyatında özünəməxsus üslubu və fəlsəfi yanaşması ilə seçilən yazıçı, ssenarist və kinoredaktor kimi tanınır.
İsa Muğanna yaradıcılığı boyunca roman, povest və ssenariləri ilə oxucuların diqqətini cəlb edib. Onun əsərlərində insanın daxili aləmi, mənəvi axtarışları və cəmiyyətlə münasibətləri dərin şəkildə təsvir olunur.
Ədəbiyyat və incəsənət sahəsində xidmətlərinə görə o, 1976-cı ildə Azərbaycan SSR əməkdar incəsənət xadimi, 1988-ci ildə isə Azərbaycan SSR xalq yazıçısı fəxri adlarına layiq görülüb.
2014-cü il aprelin 1-də Bakıda vəfat edən İsa Muğanna Azərbaycan ədəbiyyatında özünəməxsus fəlsəfi istiqamətin banilərindən biri kimi xatırlanır.

