Şükür Həmidov 1975-ci il aprelin 1-də Qubadlı rayonunun Armudlu kəndində anadan olub.
“Tehsil365” xəbər verir ki, O, Azərbaycan Silahlı Qüvvələrinin polkovniki kimi uzun illər hərbi xidmətdə şərəflə xidmət göstərib.
Şükür Həmidov Aprel döyüşlərində göstərdiyi igidliyə görə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. O, xidmət etdiyi dövrdə 2-ci Ordu Korpusunun komandir müavini vəzifəsini icra edərək hərbi sahədə mühüm rol oynayıb.
2020-ci ildə baş verən İkinci Qarabağ müharibəsi zamanı ön cəbhədə döyüşən polkovnik Şükür Həmidov Vətən uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.
Onun həyat yolu və göstərdiyi şücaət Azərbaycan xalqı üçün vətənpərvərlik nümunəsi kimi yadda qalır və gələcək nəsillər üçün örnək hesab olunur.

