Fəqan Zalov 1997-ci il aprelin 1-də Sabirabad rayonunun Qalaqayın kəndində anadan olub.
“Tehsil365” xəbər verir ki, O, Azərbaycan Hərbi Dəniz Qüvvələrinin kiçik miçmanı kimi xidmətdə olub və Aprel döyüşlərində iştirak edərək igidliyi ilə seçilib.
İkinci Qarabağ müharibəsi zamanı ön cəbhədə döyüşərək Vətən uğrunda qəhrəmancasına şəhid olan Fəqan Zalov, göstərdiyi şücaətə görə “Vətən Müharibəsi Qəhrəmanı” fəxri adına layiq görülüb.
Onun həyat yolu və igidliyi Azərbaycan gəncləri üçün vətənpərvərlik nümunəsi kimi yadda qalır.

