Təhsil 365 - Logo Mobile

31 Mart - Azərbaycan xalqının milli yaddaşının və birliyinin sınağa çəkildiyi dövrün tarixi nişanəsidir

8031.03.2026 - 18:40
31 Mart - Azərbaycan xalqının milli yaddaşının və birliyinin sınağa çəkildiyi dövrün tarixi nişanəsidir

Bakı Dövlət Universitetində (BDU) 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş tədbir keçirilib.

Tehsil365” xəbər verir ki , universitetdən bildirilib ki, əvvəlcə Dövlət Himni səsləndirilib, torpaqlarımızın azadlığı uğrunda həlak olan şəhidlərimizin və soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

BDU-nun rektoru Elçin Babayev bildirib ki, 31 mart təkcə keçmişin faciəsi deyil, Azərbaycan xalqının milli yaddaşının, kimliyinin və birliyinin sınağa çəkildiyi tarixi dövrün simvoludur. Rektor bu hadisələrin təkcə bir xalqın deyil, ümumilikdə bəşəriyyətin tarixində qara ləkə kimi qalmaqda olduğunu vurğulayıb. Qeyd edib ki, tarixi faktlar bu qırğınların təsadüfi deyil, uzun illər davam edən ideoloji və siyasi məqsədlərin nəticəsi olduğunu göstərir. Bu cinayətləri Azərbaycan torpaqlarında etnik təmizləmə aparmaq, insanları öz yurdlarından didərgin salmaq və saxta iddialar üzərində yeni reallıqlar qurmaq istəyən qüvvələr həyata keçirib. 1918-ci ilin mart hadisələri zamanı təkcə ümumilikdə 50 mindən çox azərbaycanlı qətlə yetirilib.

Rektor vurğulayıb ki, uzun illər bu hadisələrə obyektiv qiymət verilməsinə maneələr yaradılsa da, müstəqillik dövründə Azərbaycan dövləti tarixi həqiqətlərin üzə çıxarılması istiqamətində mühüm addımlar atıb: “Xüsusilə Ümummilli Lider Heydər Əliyev tərəfindən 1998-ci ildə imzalanmış Fərmanla martın 31-i Azərbaycanlıların Soyqırımı Günü kimi rəsmiləşdirilib. Bu faciənin unudulmaması üçün mühüm zəmin yaradılıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan siyasət nəticəsində həmin tarixi hadisələrin daha geniş şəkildə araşdırılması və beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində mühüm işlər görülür. Quba şəhərində aşkar edilən kütləvi məzarlıq və burada yaradılan Soyqırımı Memorial Kompleksi bu həqiqətlərin canlı sübutudur. Azərbaycan xalqı bütün çətinliklərə baxmayaraq, öz dövlətçiliyini qoruyub saxlayıb və müstəqil, güclü bir ölkə kimi dünya səhnəsində yerini möhkəmləndirməkdədir. 2020-ci ildə 44 günlük Vətən müharibəsi nəticəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan işğal altında olan torpaqlarını azad edib, suverenliyimiz bərpa olunub, şəhidlərimizin qanı yerdə qalmayıb. Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir, yeni şəhərlər, kəndlər, yollar, hava limanları tikilir, regionun infrastrukturu yenidən formalaşdırılır. “Böyük Qayıdış” Proqramı uğurla icra olunur. Ölkəmiz bir çox qlobal platformalarda etibarlı tərəfdaş kimi tanınır, beynəlxalq aləmdə enerji təhlükəsizliyində mühüm rol oynayır. Bütün bunlar bir daha sübut edir ki, Azərbaycan xalqı qarşısına qoyduğu hər bir məqsədə nail olmağa qadirdir”.

Milli Məclisin Elm və təhsil komitəsinin sədri, BDU-nun kafedra müdiri, professor Anar İsgəndərov tədbir iştirakçılarını Fövqəladə Təhqiqat Komissiyasının 35 cildlik sənədlərində Bakıda, Qubada, Şamaxıda törədilən soyqırımlarla bağlı əks olunan faktlarla tanış edib. O vurğulayıb ki, soyqırımı hadisələri tarixi unutmamağı və ondan ibrət dərsi çıxarmağı öyrədir: “Bu həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması xüsusi əhəmiyyət kəsb edir. Ümummilli Lider Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra tarixi həqiqətlərin üzə çıxarılması istiqamətində mühüm addımlar atılıb. O zamandan etibarən Azərbaycan həqiqətlərinin, o cümlədən soyqırımı həqiqətlərinin dünyada tanıdılması istiqamətində mühüm işlər görülür”.

BDU-nun Beynəlxalq münasibətlər kafedrasının dosenti Əlimusa İbrahimov və Tarix fakültəsinin doktorantı Səbuhi Quliyev çıxışlarında 1918-ci ilin mart hadisələrinin tarixi, siyasi və hüquqi aspektlərindən bəhs ediblər.

Sonda Azərbaycan Dövlət Televiziyasının hazırladığı “Tarixin izi ilə: 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü” adlı sənədli film nümayiş olunub. Filmin ssenari müəllifi BDU-nun Jurnalistika fakültəsinin müəllimi Mahir Qəribovdur.

Fatimə Cəfərzadə

Xəbər Lenti

Aqil Abbasın siyasi və ədəbi fəaliyyəti ölkə həyatında mühüm iz buraxıb01.04.2026 - 04:36
Əsgər İsmayılov Azərbaycan kinematoqrafiyasının inkişafına töhfə verən sənətkar kimi yadda qalıb01.04.2026 - 04:18
Məmməd Yusif Cəfərovun siyasi fəaliyyəti və tarixi rolu01.04.2026 - 04:00
Gələcək naminə: Qarabağın və Şərqi Zəngəzurun dirçəldilməsində gənclərin rolu31.03.2026 - 19:54
Müəllimlərin məzuniyyət pulu necə hesablanır? – detallar31.03.2026 - 19:48
"Instagram"dan YENİLİK - 2 dollarla bütün hekayələrə gizli baxmaq şansı31.03.2026 - 19:42
Yeniyetmələrin qidalanması psixi sağlamlığa təsir edə bilər31.03.2026 - 19:35
Tarixi faciələr haqqında məlumatın uşaqların psixologiyasına təsiri necə olur? – Psixoloq açıqladı31.03.2026 - 19:28
“Zəkaların mübarizəsi II” olimpiadası başlayır!31.03.2026 - 19:24
BMU-nun təmsil olunduğu komanda Cenevrədə qızıl və bürünc medala layiq görülüb31.03.2026 - 19:18
Dövlət qulluğuna qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ!31.03.2026 - 19:12
AzMİU QS 2026 reytinqində dizayn sahəsi üzrə ölkə lideri oldu31.03.2026 - 19:08
Tarixi faciələri uşaqlara anlatmaqla onları qorumaq arasında balans necə qurulmalıdır? – Psixoloq açıqladı31.03.2026 - 19:05
Mart soyqırımı bəşər tarixində ən qanlı faciədir31.03.2026 - 19:00
Azərbaycan Suriyada təhsil infrastrukturuna dəstək göstərəcək31.03.2026 - 18:58
Mart soyqırımı Azərbaycan xalqının tarixində ən qanlı faciələrdən biridir31.03.2026 - 18:55
Aprelin ilk günündə 25 dərəcə isti olacaq31.03.2026 - 18:54
Pedaqoji Universitet yeni əməkdaşlığa başlayır31.03.2026 - 18:50
“Yüksəliş” müsabiqəsinə qeydiyyatdan keçənlərin sayı 10 mini keçib31.03.2026 - 18:48
Danimarka Şahzadəsi Isabella 11 ay hərbi xidmət edəcək31.03.2026 - 18:44
Xaricdə magistr planlayanlar üçün vacib MEYARLAR31.03.2026 - 18:38
İordaniya mətbuatında 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı məqalələr dərc edilib31.03.2026 - 18:35
Həsən Həsənli Şamaxıda vətəndaşları qəbul edəcək31.03.2026 - 18:32
I sinfə qəbulda prioritet tətbiq olunacaq MƏKTƏBLƏR31.03.2026 - 18:32
Azərbaycanda kosmik sənayenin yaranması və inkişafı31.03.2026 - 18:24
Məktəbdə silahlı hücum: 13 yaşlı şagird öldürülüb31.03.2026 - 18:16
Günəşdən gələn plazma buludu aprelin 1-də Yerə toxuna bilər31.03.2026 - 18:08
Yer kürəsini maqnit qasırğası vuracaq31.03.2026 - 18:02
DİM sabah imtahan keçirəcək31.03.2026 - 18:00
Təhsil liderləri üçün mini MBA proqramının açılış tədbiri keçirilib31.03.2026 - 17:55
UNEC tələbəsi təqaüd qazandı - Almaniyada təhsil alacaq31.03.2026 - 17:52
BANM-in 9 şagirdi Respublika Fənn Olimpiadalarının finalında 31.03.2026 - 17:50
LDU-da Azərbaycanlıların Soyqırımı Gününə həsr edilmiş tədbir keçirilib31.03.2026 - 17:45
Bu tədris ilində NDU-ya 305 əcnəbi tələbə qəbul olub31.03.2026 - 17:35
31 Mart soyqırımı qurbanlarının xatirəsi Balakəndə anılıb31.03.2026 - 17:34
Gölün suyu çəkildi ortaya çıxan mənzərə hamını heyrətə saldı31.03.2026 - 17:30
Novator bəstəkar, cazmen, Xalq artisti – Rafiq Babayev31.03.2026 - 17:26
ADPU ilə Fatih Sultan Mehmet Vakıf Universiteti arasında Anlaşma Memorandumu imzalanıb31.03.2026 - 17:25
Azərbaycan dünyanın ən təhlükəsiz ölkələri sırasındadır - “Global Terrorism Index 2026” açıqlandı31.03.2026 - 17:20
Neftçalada fortepiano və tar ixtisasları üzrə ustad dərsləri təşkil olunacaq31.03.2026 - 17:18
Karbon dioksidi saxlamaq üçün innovativ texnologiya hazırlanıb31.03.2026 - 17:15
“Sözüm-söhbətim Ağbaba” kitabının təqdimatı olub31.03.2026 - 17:12
Qida ilə təmasda olan mütəxəssislər üçün növbəti təlim təşkil edilib31.03.2026 - 17:05
“Tunel” faciəsi – İfadələr, həqiqətlər və ədalətin zəfəri31.03.2026 - 17:04
“Eurovision” mahnı müsabiqəsini ilk dəfə Asiyada təşkil edəcək31.03.2026 - 17:00
Quş qripi xəstəliyinə qarşı epizootoloji monitorinqin nəticələri açıqlanıb31.03.2026 - 16:55
Xarici media subyektlərinin filialının qeydiyyatına dair tələblər 31.03.2026 - 16:45