Təhsil 365 - Logo Mobile

Rəqəmsallaşma dövrünün çağırışları - Ədəbiyyat İnstitutunda elmi seminar

10701.04.2026 - 12:17
Rəqəmsallaşma dövrünün çağırışları - Ədəbiyyat İnstitutunda elmi seminar

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Elm Gününə həsr olunmuş “Rəqəmsallaşma dövrünün çağırışları: reallıqlar və perspektivlər” adlı tədbir keçirilib.

Bu barədə “Tehsil365” ə Ədəbiyyat İnstitutundan məlumat verilib. Tədbiri açan müəssisənin direktor müavini filologiya elmləri doktoru, dosent Mehman Həsənli Ədəbiyyat İnstitutunda rəqəmsallaşma və süni intellekt dövründə görüləcək işlər barədə geniş məlumat verib. O, AMEA Rəyasət Heyətinin Rəqəmsal Akademiya, süni intellekt və elektron xidmətlər şöbəsinin, Akademiyaya daxil olan institutlarda elektronlaşma işinin təşkili ilə bağlı görülmüş işləri xatırladıb. Əlavə edib ki, müasir dövrdə ənənəvi mediadan sosial mediaya keçid geniş vüsət alıb. M.Həsənli informasiyanın yayılma məsələlərində sosial medianın payının artdığını və alimlərin də bu hərəkatda iştirakının vacibliyini vurğulayıb. Həmçinin Rəyasət Heyətinin Rəqəmsal Akademiya, süni intellekt və elektron xidmətlər şöbəsi və İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsində sosial media ilə bağlı işlər aparıldığını bildirib.

Sonra AMEA Rəqəmsal Akademiya, süni intellekt və elektron xidmətlər şöbəsinin müdiri dosent Fariz İmranov rəqəmsallaşma və yeni çağırışlar mövzusunda çıxış edib. Akademiyanın jurnallarının elektron vəziyyəti, onların beynəlxalq elmi bazalara daxil edilməsi, elmi platformalarla bağlı işlərin təkmilləşdirilməsindən danışıb.

AMEA İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsinin əməkdaşı Elnur Eltürk (Hüseynov) akademiyada formalaşan yeni rəqəmsal elmi mühitlə bağlı fikirlərini bölüşüb. Alimlərin fəaliyyətinin sosial mediada təbliği ilə bağlı təkliflərini səsləndirib.

Ədəbiyyat İnstitutunun Rəqəmsal ədəbiyyatşünaslıq və süni intellekt şöbəsinin müdiri filologiya üzrə fəlsəfə doktoru Zakirə Əliyeva şöbənin fəaliyyət istiqaməti və perspektivləri haqqında danışıb.

Zəhra Əliyeva

Xəbər Lenti

17 yaşlı tələbə Harvarda qəbul oldu02.04.2026 - 12:27
17 mindən çox əsərin müəllif hüququ tanınıb02.04.2026 - 12:18
“Elm Günləri” çərçivəsində UNEC-də növbəti tədbir - FOTO02.04.2026 - 12:10
Universitetin maliyyə səhvlərinə görə tələbələr cavabdeh deyil - RƏSMİ02.04.2026 - 11:54
Dövlət Sərhəd Xidməti Xüsusi Məktəbinin V sinfinə qəbul imtahanında 1300-ə yaxın şagird iştirak edəcək02.04.2026 - 11:40
Ali təhsil müəssisələrinə sınaq imtahanına qeydiyyat elan edilib02.04.2026 - 11:29
Nizami Kino Mərkəzinin fasadına yazı yazan şəxslərin müəyyənləşdirilməsi üçün hüquq-mühafizə orqanlarına müraciət olunub - FOTO02.04.2026 - 11:20
AzMİU dizayn təhsili üzrə dünyanın 250 ən yaxşı universitetindən biridir02.04.2026 - 11:10
Milli Kitabxanada Aprel döyüşlərinə həsr edilmiş sərgi hazırlanıb - FOTOLAR02.04.2026 - 11:00
ADPU tələbələrinə ədliyyə orqanlarında karyera imkanları təqdim olunub - FOTOLAR02.04.2026 - 10:50
"Şəhidin səsi"nin növbəti buraxılışı Elxan Məmmədova həsr olunur02.04.2026 - 10:40
Patent və ixtira fəallığı artıb02.04.2026 - 10:30
Dillərlə dünyaya açılan qapı: ADU-nun uğura aparan yol xəritəsi02.04.2026 - 10:19
Naxçıvan Dövlət Universitetində Tibb fakültəsi üçün yeni avadanlıqlar və kitablar təqdim olunub - FOTO02.04.2026 - 10:09
Qloballaşan dünyada ali təhsilin strateji rolu və ADU-nun beynəlxalq akademik mövqeyi02.04.2026 - 09:55
MDU mühəndislik kurikulumunu yeniləyir02.04.2026 - 09:45
Sabahın hava proqnozu açıqlanıb 02.04.2026 - 09:35
Bakıda 17 yaşlı qız 10-cu mərtəbədən yıxılıb öldü02.04.2026 - 09:27
Azərbaycan və Özbəkistan alimləri Daşkənddə Birinci Türkoloji Qurultayın tarixi əhəmiyyətini müzakirə edəcəklər02.04.2026 - 09:19
AMEA əməkdaşlarının Nizami Gəncəvi haqqında müsahibə və məqalələri Kanadada çap olunub - FOTO02.04.2026 - 09:10
Ədəbiyyat Muzeyi binasının memarlıq tarixi – elmi seminar02.04.2026 - 09:01
Günəşə doğru hərəkət edən MAPS kometi sürətlə parçalanacaq02.04.2026 - 08:50
Tələbələr “RoboCode III” robotik kodlama yarışında qalib olublar02.04.2026 - 08:38
AzMİU əməkdaşları Ankara Universitetində olub - FOTOLAR02.04.2026 - 08:27
Mart ayında BŞTİ-yə bu qədər müraciət daxil olub02.04.2026 - 08:16
Bu gün Beynəlxalq Uşaq Kitabı Günüdür02.04.2026 - 08:06
Təhsil krediti ilə oxuyan tələbələrin sayı açıqlanıb 02.04.2026 - 07:53
Elmi fəaliyyətin gələcəyini İlham Əliyevin fikirləri üzərində qurmalıyıq02.04.2026 - 07:41
Bu gün hava necə olacaq? 02.04.2026 - 07:30
"Gözüm ol mənim" klubu yeni layihəyə start verir 02.04.2026 - 07:20
Aprel döyüşlərindən 10 il ötür 02.04.2026 - 07:11
ABŞ Təhsil Nazirliyi 100-dən çox proqramı digər federal agentliklərə köçürür02.04.2026 - 07:00
Müəllimlər şagird davranışını ciddi problem sayır02.04.2026 - 06:36
Nazirlər yeni karyera xidmətləri hazırlayır, mövcud provayder rəqabətə qoşulur02.04.2026 - 06:18
Britaniyada müəllim həmkarlar ittifaqlarının konfransları başlayır02.04.2026 - 06:00
“Azərreyl” Avropa kubokunu qazanaraq tarix yazdı02.04.2026 - 05:42
Kəlbəcərin işğalı Qarabağ müharibəsinin ən ağır mərhələlərindən biri kimi yadda qaldı02.04.2026 - 05:18
Azərbaycan, Çin və Danimarka arasında diplomatik əlaqələr inkişaf edir02.04.2026 - 05:06
Yazıçı Aleksandr Xakimovun yaradıcılığı diqqət mərkəzində02.04.2026 - 04:54
Rejissor Rövşən Almuradlı vəfat edib02.04.2026 - 04:36
Xalq rəssamı Altay Hacıyev vəfat edib02.04.2026 - 04:18
Nəcəf bəy Vəzirov – Azərbaycan dramaturgiyasının görkəmli nümayəndəsi02.04.2026 - 04:00
İtalyan rəssam Karavacco haqqında film nümayiş olunacaq01.04.2026 - 19:56
Misirin Bənha Universitetində Azərbaycan dilinin tədrisinə başlanılıb01.04.2026 - 19:52
Aprel ayına olan hava proqnozu açıqlanıb01.04.2026 - 19:45
50 minə yaxın şagird imtahan VERƏCƏK01.04.2026 - 19:40
Uşaqlarda telefon asılılığı psixoloji inkişafı necə təsir edir? – Psixoloq açıqladı01.04.2026 - 19:36
Şagirdlər arasında sosial təcrid (tənhalıq hissi) niyə artır? – Psixoloq açıqladı01.04.2026 - 19:32