Bakı Mühəndislik Universitetində (BMU) İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) icraçı direktoru Fariz Cəfərovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
Universitetdən “Tehsil365” ə bildirilib ki, görüşdə rektor Yaqub Piriyev BMU-nun Strateji İnkişaf Proqramında yer alan əsas hədəflər, o cümlədən ali məktəbdə son illər həyata keçirilən islahatlar barədə məlumat verib. Bildirilib ki, universitetdə təhsilin keyfiyyətinin yüksəldilməsi, elmi-tədqiqat fəaliyyətinin genişləndirilməsi və beynəlxalq əlaqələrin gücləndirilməsi istiqamətində mühüm addımlar atılıb. Bununla yanaşı, müasir laboratoriyalar yaradılıb, tədris infrastrukturu yenilənib və qabaqcıl texnoloji imkanlar tələbələrin istifadəsinə təqdim olunub. Həmçinin Çin və Cənubi Koreya universitetləri ilə ikili diplom proqramları həyata keçirilir, 6 ixtisasın beynəlxalq akkreditasiyası reallaşdırılıb. BMU QS reytinqində dünya üzrə ilk 1000-yə, Avropa üzrə ilk 400-yə, habelə “QS World University Rankings by Subject 2026”da 2 ixtisas kateqoriyası üzrə reytinq siyahısına daxil

