Təhsil 365 - Logo Mobile

“Əsərlər dəyişmir, onları oxuyan insanlar dəyişir” – Gülnar Səma

28603.04.2026 - 10:00
“Əsərlər dəyişmir, onları oxuyan insanlar dəyişir” – Gülnar Səma

“Tarix boyu ədəbi əsərlər eyni qalsa da, onları oxuyan insanların düşüncəsi, baxışı və yanaşması dəyişir”.

Bu sözləri “Tehsil365”ə açıqlamasında yazıçı Gülnar Səma bildirib.

Yazıçı qeyd edib ki, yazılı ədəbiyyat nümunələri adətən zamanla dəyişmir, lakin şifahi ədəbiyyatda variantlılıq müşahidə olunur.

“Yazılı ədəbiyyata aid mətnlər redaktə və ya korrektə düzəlişlərinə məruz qalmasalar, adətən zamanla dəyişmirlər. Şifahi ədəbiyyatın isə çox variantlılığı danılmazdır,” – deyə o bildirib.

Onun sözlərinə görə, bəzi əsərlər nəşr yeri və zamanına görə dəyişikliklərə məruz qala bilər.

“Y.V.Çəmənzəminlinin ‘İki od arasında’ romanı nəşr olunma zamanına və yerinə görə ‘Qan içində’ adı ilə çap olunmuşdur,” – deyə o qeyd edib.

Gülnar Səma vurğulayıb ki, ədəbi əsər yalnız müəllifin deyil, həm də dövrün və ictimai quruluşun məhsuludur.

“Bir sözlə, ədəbi nümunə öz müəllifinin məhsulu olmasıyla yanaşı, dövrün, hətta məkanın da məhsuludur,” – deyə o əlavə edib.

Yazıçı bildirib ki, zaman keçdikcə əsərlərin özü yox, onlara münasibət dəyişir.

“Məsələyə bu tərəfdən yanaşsaq, əsərlər deyil, onlara münasibət dəyişir. Bəli, oxucu da dəyişir,” – deyə o vurğulayıb.

Onun fikrincə, müasir oxucu əvvəlki dövrlərin oxucusundan tamamilə fərqlənir və informasiyanı daha sürətli qəbul edir.

“Bu günün oxucusu informasiyanı ən sürətli formada əldə etməyə qadir müasir insandır,” – deyə o bildirib.

Gülnar Səma hesab edir ki, klassik əsərlərin müasir oxucuya məcburi şəkildə təlqin edilməsi düzgün deyil.

“Bütün bunları nəzərə alaraq bu günün oxucusuna klassik əsərləri məcburi təlqin etmək düzgün deyil,” – deyə o qeyd edib.

Yazıçı əlavə edib ki, yeni nəsil oxucuların maraqları və düşüncə tərzi əvvəlki nəsillərdən fərqlənir.

“XXI əsrin oxucusu XX əsrin oxucusu deyil, XIX əsrin oxucusu isə heç deyil,” – deyə o bildirib.

Sonda o vurğulayıb ki, bəzi mövzular ümumbəşəri olsa da, bəziləri konkret xalqlara məxsus olur.

“Müəyyən ümumbəşəri mövzular var ki, həmin əsərin oxucusunun nə millət fərqi, nə də dövlət fərqi vardır,” – deyə Gülnar Səma fikrini yekunlaşdırıb.

Zeynəb Quluyeva

Xəbər Lenti

ADNSU-da “Geoloji sahə işlərinə hazırlıq” mövzusunda təlim keçirilib29.10.2026 - 20:17
ADU-da Fəaliyyət Planı müzakirəsi keçirilib.29.10.2026 - 19:39
LDU Tələbələri Ankarada29.10.2026 - 19:10
LDU-da Multikulturalizm Seminarı29.10.2026 - 19:06
Rauf Ağamirzəyev: Bakıda tıxacların həlli üçün ilk növbədə səkilər abadlaşdırılmalıdır29.10.2026 - 19:06
BDU Liseyində Beynəlxalq Nailiyyət29.10.2026 - 18:56
BDU Professoru Vəfat Etdi29.10.2026 - 18:55
BDU Beynəlxalq Əməkdaşlığı Genişləndirir29.10.2026 - 18:53
ADNSU-ya Sertifikat Verildi29.10.2026 - 18:49
ADNSU-da Karyera Görüşü keçirilib29.10.2026 - 18:47
Tələbələr üçün Maarifləndirici Sessiya keçirilib29.10.2026 - 18:44
Kamal Abdulla Forumda Çıxış Etdi29.10.2026 - 18:42
ADU-da Beynəlxalq Görüş baş tutdu29.10.2026 - 18:29
BMU-da fizika üzrə Nobel mükafatına həsr olunan elmi seminar29.10.2026 - 17:52
AzTU və Müdafiə Sənayesi Nazirliyi arasında əməkdaşlıq baş tutdu29.10.2026 - 17:51
“Hər şeyi müəllimdən gözləməyin”—Misir Mərdanov29.10.2026 - 17:47
SDU ilə Coğrafiya İnstitutu arasında əməkdaşlıq memorandumu imzalanıb29.10.2026 - 17:44
1950-ci illərdən bu günə qədər Azərbaycan incəsənətini əhatə edən “ENQRAM” sərgisi açılıb.29.10.2026 - 17:39
Xalq artisti Zaur Rzayev vəfat edib29.10.2026 - 17:23
Mir Şahin Ağayev: “Bu vəhşiliyi törədənlərin heç biri Azərbaycan Qanunundan kənarda qalmayacaq”29.10.2026 - 17:20
Məktəbdə şagirdlər popkorndan zəhərlənib?29.10.2026 - 17:09
ADA Univesiteti və ABŞ-nin Corc Vaşintqon Universitetinin İkili Diplom Proqramı üzrə Rəhbər Komitənin görüşü keçirilib29.10.2026 - 16:53
Qərbi Kaspi Universiteti ilə İtaliyanın LUM Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb29.10.2026 - 16:49
Arxeoloq Qafar Cəbiyev: "Arxeoloji tədqiqatlar ölkənin bütün ərazilərində getməlidir"29.10.2026 - 15:08
“Sənət dialoqu” layihəsi çərçivəsində növbəti görüş29.10.2026 - 15:06
Fərid Hüseyn: Xaqani Şirvaninin yaradıcılığına həsr olunmuş ikicildlik nəşri çapa hazırlamışam29.10.2026 - 15:04
Azərbaycanın multikultural modeli Moskva Yəhudi İcmasının diqqətində29.10.2026 - 14:54
Azərbaycan İstanbulda 6-cı “Korkut Ata” Türk Dünyası Film Festivalında təmsil olunacaq29.10.2026 - 14:53
Mark Drobinski L.və M.Rostropoviçlərin ev-muzeyini ziyarət edib29.10.2026 - 14:51
Azərbaycanın yeni dövr müzəffər hərb tarixinə aid dəyərli nəşr: “23 saat 43 dəqiqə”29.10.2026 - 14:47
Silahşünaslıq həm də xalqın maddi-mədəni irsinin göstəricisidir — Milli Xalça Muzeyində elmi konfrans29.10.2026 - 14:45
Kot-d’İvuar nümayəndəsi: Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu yeni əməkdaşlıq imkanları yaradır29.10.2026 - 14:43
Daşkənddə iki dahi mütəfəkkirin irsi – Azərbaycan-Özbəkistan dostluğunun parlaq təzahürü kimi geniş təhlil edilib29.10.2026 - 14:41
Kənd təsərrüfatı naziri ADNSU Biznes Məktəbində olub29.10.2026 - 14:37
Dövlət qulluğuna qəbul imtahanı keçiriləcək29.10.2026 - 14:36
Nazirlik Mərkəzi Asiya Beynəlxalq Təhsil Forumunda iştirak edib29.10.2026 - 14:33
Bu marşrutlardan istifadə edənlərə şad xəbər29.10.2026 - 14:32
Professor vəfat edib29.10.2026 - 14:31
Sabah Bakıda hava yağmursuz olacaq29.10.2026 - 14:29
Mətbuat Şurası Bakıda məktəbdəki insidentlə bağlı açıqlama yayıb29.10.2026 - 14:27
LDU-da beynəlxalq foruma həsr olunmuş seminar keçirilib29.10.2026 - 14:26
BMU-da fizika üzrə Nobel mükafatına həsr olunan elmi seminar29.10.2026 - 14:24
“TikTok”, “Instagram” və “Snapchat”a yaş məhdudiyyəti gəlir29.10.2026 - 14:23
Ali məktəb tələbələri üçün “İctimai diplomatiya” adlı dərslik çap olunub29.10.2026 - 14:22
Məktəbdə jurnalistlərə hücum edənlərə cinayət işi açılıb29.10.2026 - 14:20
Edinburq Universitetində Dövlət Proqramı təqaüdçüləri ilə görüş keçirilib29.10.2026 - 14:18
Ceyranbatanda 10 məktəbli zəhərlənib29.10.2026 - 14:17
Ekspert:” İctimai nəqliyyatda sıxlığın azaldılması üçün kompleks tədbirlər görülməlidir”29.10.2026 - 14:14