Təhsil 365 - Logo Mobile

BMU-da “Apple” Səlahiyyətli Təlim Mərkəzinin yaradılması layihəsi yekunlaşmaq üzrədir

7301.04.2026 - 17:54
BMU-da “Apple” Səlahiyyətli Təlim Mərkəzinin yaradılması layihəsi yekunlaşmaq üzrədir

Bakı Mühəndislik Universitetində (BMU) İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) icraçı direktoru Fariz Cəfərovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Universitetdən “Tehsil365"ə bildirilib ki, görüşdə rektor Yaqub Piriyev BMU-nun Strateji İnkişaf Proqramında yer alan əsas hədəflər, o cümlədən ali məktəbdə son illər həyata keçirilən islahatlar barədə məlumat verib. Bildirilib ki, universitetdə təhsilin keyfiyyətinin yüksəldilməsi, elmi-tədqiqat fəaliyyətinin genişləndirilməsi və beynəlxalq əlaqələrin gücləndirilməsi istiqamətində mühüm addımlar atılıb. Bununla yanaşı, müasir laboratoriyalar yaradılıb, tədris infrastrukturu yenilənib və qabaqcıl texnoloji imkanlar tələbələrin istifadəsinə təqdim olunub. Həmçinin Çin və Cənubi Koreya universitetləri ilə ikili diplom proqramları həyata keçirilir, 6 ixtisasın beynəlxalq akkreditasiyası reallaşdırılıb. BMU QS reytinqində dünya üzrə ilk 1000-yə, Avropa üzrə ilk 400-yə, habelə “QS World University Rankings by Subject 2026”da 2 ixtisas kateqoriyası üzrə reytinq siyahısına daxil olub.

Rektor 4SİM-in Dünya İqtisadi Forumu ilə sıx əməkdaşlığına toxunaraq ötən il BMU-nun qlobal bilik şəbəkələrinə çıxışını təmin edən Forumun “Strategic Intelligence” platformasında məzmun təminatçısı statusunu alan ilk Azərbaycan universiteti olduğunu vurğulayıb. Universitetin qlobal bilik və analitik şəbəkələrə inteqrasiyasını mühüm addım kimi dəyərləndirən Yaqub Piriyev bu işdə dəstəyə görə 4SİM rəhbərliyinə təşəkkürünü bildirib. Əlavə edib ki, bu kimi alətlərin tətbiqi nəticəsində universitetin elmi fəaliyyətində müsbət dinamika müşahidə olunur.

4SİM-in icraçı direktoru Fariz Cəfərov qurumun fəaliyyəti, cari təşəbbüslər, o cümlədən mərkəz tərəfindən ölkədə rəqəmsal iqtisadiyyatın inkişafı, süni intellekt, sənayenin transformasiyası ilə bağlı gerçəkləşdirdiyi layihələr barədə geniş təqdimat edib. Dünya İqtisadi Forumu ilə sıx əməkdaşlıq edən 4SİM-in qabaqcıl beynəlxalq təcrübənin ölkəmizdə tətbiqi istiqamətində atdığı mühüm addımlar, rəqəmsal iqtisadiyyatın inkişafına dair strategiya ilə bağlı həyata keçiriləcək işlər diqqətə çatdırılıb. Həmçinin bildirilib ki, “Milli Proqram” çərçivəsində insan kapitalının inkişafı prioritet istiqamətlərdən biridir. Hazırda rəqəmsal bacarıqların artırılması, müasir texnologiyalar üzrə ixtisaslı kadrların hazırlanması və əmək bazarının tələblərinə uyğun səriştələrin formalaşdırılması istiqamətində kompleks tədbirlər davam etdirilir.

Görüşdə BMU tələbələri və əməkdaşlarının 4SİM-in “Milli Proqram”ında fəal iştirakı qeyd olunub. Məlumat verilib ki, 1300-ə yaxın tələbə və müəllim “Coursera” platformasında 3800-dən çox beynəlxalq kursu uğurla başa vurub.

Ali təhsildə innovasiyaların tətbiqi, rəqəmsal transformasiya və Dördüncü Sənaye İnqilabının tələblərinə uyğun kadr hazırlığı, habelə süni intellekt, innovasiya, təcrübə mübadiləsi və startap təşəbbüslərinin dəstəklənməsi istiqamətlərində əməkdaşlıq imkanlarının müzakirəsi ilə davam edən görüşdə diqqətə çatdırılıb ki, 4SİM-in koordinasiyası ilə BMU-da “Apple” Səlahiyyətli Təlim Mərkəzinin yaradılması layihəsi yekunlaşmaq üzrədir. Layihə çərçivəsində universitet tərəfindən təyin edilmiş müəllimlərin “Apple” tərəfindən sertifikatlaşdırılması, “Swift ilə tətbiq hazırlanması” üzrə təlimlərin təşkili və tələbələrin “App Store” üçün tətbiq inkişaf etdirmə bacarıqlarının artırılması planlaşdırılır. Hazırda BMU üzrə 6 müəllim layihəyə cəlb olunub, onlardan 2-si artıq “Apple” təlimçi sertifikatı əldə edib. Təlim mərkəzi üçün xüsusi otaq ayrılıb. Növbəti mərhələdə kurikulum inteqrasiyası və açılış mərasiminin təşkili planlaşdırılır. Görüşdə insan kapitalının inkişafı istiqamətində BMU-da tələbələr üçün kriptovalyuta, “Web3” və blokçeyn texnologiyaları üzrə təlimlərin təşkili, “Tələbə Blokçeyn Klubu”nun yaradılması məsələləri də diqqət mərkəzində olub.

BMU-nun laboratoriyaları və Texnoparkı ilə tanış olan mümayəndə heyəti mövcud imkanları, innovativ mühiti yüksək qiymətləndirib.

Nərmin Mustafayeva

Xəbər Lenti

İtalyan rəssam Karavacco haqqında film nümayiş olunacaq01.04.2026 - 19:56
Misirin Bənha Universitetində Azərbaycan dilinin tədrisinə başlanılıb01.04.2026 - 19:52
Aprel ayına olan hava proqnozu açıqlanıb01.04.2026 - 19:45
50 minə yaxın şagird imtahan VERƏCƏK01.04.2026 - 19:40
Uşaqlarda telefon asılılığı psixoloji inkişafı necə təsir edir? – Psixoloq açıqladı01.04.2026 - 19:36
Şagirdlər arasında sosial təcrid (tənhalıq hissi) niyə artır? – Psixoloq açıqladı01.04.2026 - 19:32
Qeyri-pedaqoji ixtisaslılar müəllim ola biləcək - YENİ SİYAHI01.04.2026 - 19:30
Fransa yeniyetmələr üçün sosial media qadağasını qəbul edib01.04.2026 - 19:27
DİM TOEFL iBT imtahanı keçirilib01.04.2026 - 19:25
Çörək almağa gedən yeniyetmə amansızca döyüldü01.04.2026 - 19:22
BMU əməkdaşının məqaləsi Q1 kateqoriyalı jurnalda dərc olunub01.04.2026 - 19:18
Məktəblilər arasında “Nə? Harada? Nə zaman?” çempionatı keçiriləcək01.04.2026 - 19:15
Emin Əmrullayev Qusarda vətəndaşları qəbul edəcək01.04.2026 - 19:12
Qəzalı məktəbdə tədris DAYANDIRILDI01.04.2026 - 19:08
Dünya pedaqogika tarixində iz qoyan müəllim01.04.2026 - 19:02
Azərbaycanda uşaqların məktəbəqədər təhsilə cəlb olunma səviyyəsi 92%-ə çatıb - hesabat 01.04.2026 - 19:00
Bu şəxslər üçün sertifikasiya tarixi AÇIQLANDI01.04.2026 - 18:58
Azərbaycanı dünyada tanıdan oymaçı Azər Əsədovun hekayəsi01.04.2026 - 18:55
BMU ilə 4SİM arasında gələcək əməkdaşlıq imkanları müzakirə olunub01.04.2026 - 18:54
Yüksək qan təzyiqinin ciddi qəbul edilməyən səbəbləri 01.04.2026 - 18:50
Kimya təhsilində balans itir: dərsliklər səthi, biliklər dərin deyil - ETİRAZ01.04.2026 - 18:48
31 mart - Azərbaycanlıların Soyqırımı Günü DİA-da yad edilib01.04.2026 - 18:38
Magistratura üzrə qəbul imtahanına qeydiyyat başladı01.04.2026 - 18:35
ADNSU-da təlim: “Müasir texnologiyanın logistikada həlləri” 01.04.2026 - 18:34
Taksi sürücüləri üçün imtahan olacaq01.04.2026 - 18:26
Rezidenturaya hazırlaşanlar üçün sınaq imtahanı keçiriləcək01.04.2026 - 18:25
BDU Türkiyədə keçirilən 62-ci “Kitabxana həftəsi”ndə təmsil olunub01.04.2026 - 18:18
224 nömrəli məktəbdə dərslər müvəqqəti onlayn keçiriləcək01.04.2026 - 18:15
Kenquru Müsabiqəsinə qeydiyyatın vaxtı uzadıldı01.04.2026 - 18:13
Bu şəxslər də müəllim işləyə biləcək01.04.2026 - 18:10
Rezidenturaya hazırlaşanlar üçün sınaq imtahanı təşkil ediləcək01.04.2026 - 18:08
Rəqəmsallaşma dövrünün çağırışları - Ədəbiyyat İnstitutunda elmi seminar01.04.2026 - 18:02
2 peşə sahibi Alzeymerin yanından belə keçmir - ARAŞDIRMA01.04.2026 - 18:00
Aprelin 12-də keçiriləcək buraxılış imtahanında iştirak edən şagirdlərin nəzərinə01.04.2026 - 18:00
ADA-nın tələbəsi dünyanın ən yaxşı 2-ci univesitetinə qəbul olub01.04.2026 - 17:55
İmtahan verəcək şagirdlər üçün vacib məlumat 01.04.2026 - 17:50
BDU-da “Maarifçi” təcrübə proqramı çərçivəsində infosessiya01.04.2026 - 17:48
Təqaüd proqramı iştirakçıları beynəlxalq yazışma üzrə təlimdə iştirak ediblər01.04.2026 - 17:45
Azərbaycanın nadir quşları və onların mühafizəsi – elmi seminar01.04.2026 - 17:42
Məktəbin binasında çatlar yarandı - Tədris dayandırıldı01.04.2026 - 17:40
Sabah hava necə olacaq?01.04.2026 - 17:35
Magistratura üzrə qəbul imtahanına qeydiyyat başladı01.04.2026 - 17:35
ADU-da Azərbaycan-Çin diplomatik münasibətlərinin 34-cü ildönümü qeyd olunub01.04.2026 - 17:34
Elm və Təhsil Nazirliyində struktur dəyişikliyi olub01.04.2026 - 17:30
Ekspert: Rəqəmsallaşma dövründə qlobal modelləri yerli şəraitə uyğunlaşdıra bilən ölkələr uğur qazanacaq01.04.2026 - 17:26
Sumqayıt məktəbliləri ISEF-in finalına vəsiqə qazanıblar01.04.2026 - 17:25
Aprel ayı üçün namaz vaxtları - TƏQVİM01.04.2026 - 17:25