UNEC-in rektoru professor Ədalət Muradov universitetlərarası elmi əməkdaşlığın gücləndirilməsi və Qarabağ Universitetinə dəstək məqsədilə iki mühüm təşəbbüs irəli sürüb.
“Tehsil365“ xəbər verir ki,bu barədə UNEC-dən bildirilib. O, Prezident İlham Əliyevin son 200 ildən artıq bir dövrdə Türk dünyası tarixində ilkə imza atdığını, Azərbaycanın ərazi bütövlüyü və suverenliyini bərpa etdiyini deyib. Rektor Qarabağ Universitetini Prezident İlham Əliyevin azad Qarabağda ucaltdığı möhtəşəm abidələrdən biri adlandırıb.
O, Qarabağ Universitetinə şəxsi kitabxanasından 500 yeni kitabı hədiyyə etdiyini bildirib, həmkarlarını, alimləri, bütün elmi ictimaiyyəti bu təşəbbüsə qoşulmağa dəvət edib. Bundan əlavə, rektor UNEC-n 5 milyon elektron resursa malik olan e-kitabxanasının da Qarabağ Universitetinin tələbə və müəllimləri üçün istifadəyə açıq olduğunu diqqətə çatdrıb.

