Təhsil 365 - Logo Mobile

BDU Türkiyədə keçirilən 62-ci “Kitabxana həftəsi”ndə təmsil olunub

7201.04.2026 - 18:18
BDU Türkiyədə keçirilən 62-ci “Kitabxana həftəsi”ndə təmsil olunub

Bakı Dövlət Universitetinin (BDU) və Türkiyənin Bartın Universitetinin İnformasiya və sənəd menecmenti fakültələrinin birgə təşkilatçılığı ilə qardaş ölkədə keçirilən 62-ci “Kitabxana həftəsi” tədbirləri çərçivəsində “Sərhədləri aşan bilik: Azərbaycanda informasiya və sənəd menecmenti” mövzusunda panel təşkil olunub.

Bu barədə “Tehsil365"ə BDU-dan məlumat verilib.

Tədbirin moderatoru – Bartın Universitetinin İnformasiya və sənəd menecmenti fakültəsinin dekanı dosent Ahmet Altay vurğulayıb ki, Türkiyədə 1964-cü ildən başlayaraq hər il keçirilən “Kitabxana həftəsi”nin məqsədi cəmiyyətdə kitabxanaçılıq təhsilinə, kitabxana-informasiya fəaliyyətinə marağı artırmaq, bu istiqamətdə daha yaxşı nəticələr əldə etməkdir. Bu məqsədlə həftə boyu konfranslar, panellər, kitabxanalara, sərgi salonlarına və muzeylərə ekskursiyalar təşkil edilir, tanınmış ictimai xadimlərlə görüşlər keçirilir, mühazirələr, ustad dərsləri dinlənilir. BDU-nun İnformasiya və sənəd menecmenti fakültəsi də 2021-ci ildən etibarən Türkiyədə keçirilən “Kitabxana həftəsi” tədbirlərində təşkilatçı qismində fəal iştirak edir.

Sonra BDU-nun Sənəd menecmenti kafedrasının müdiri, dosent Nadir İsmayılov və Kitabxanaşünaslıq kafedrasının dosenti Pərviz Kazımi ölkəmizdəki kitabxana-informasiya mühiti, BDU-nun bu sahə üzrə kadr hazırlığında aparıcı rolu, beynəlxalq əməkdaşlıq, xüsusilə qardaş Türkiyənin ali təhsil müəssisələri ilə son illər inkişaf edən əməkdaşlıq, birgə elmi konfransların, panel və müzakirələrin, ustad dərsləri və elmi seminarların təşkili barədə geniş məlumat veriblər.

Panel çərçivəsində aparılan müzakirələr iştirakçılar tərəfindən maraqla dinlənilib, məruzəçilərə çoxsaylı suallar ünvanlanıb.

Nərmin Mustafayeva

Xəbər Lenti

İtalyan rəssam Karavacco haqqında film nümayiş olunacaq01.04.2026 - 19:56
Misirin Bənha Universitetində Azərbaycan dilinin tədrisinə başlanılıb01.04.2026 - 19:52
Aprel ayına olan hava proqnozu açıqlanıb01.04.2026 - 19:45
50 minə yaxın şagird imtahan VERƏCƏK01.04.2026 - 19:40
Uşaqlarda telefon asılılığı psixoloji inkişafı necə təsir edir? – Psixoloq açıqladı01.04.2026 - 19:36
Şagirdlər arasında sosial təcrid (tənhalıq hissi) niyə artır? – Psixoloq açıqladı01.04.2026 - 19:32
Qeyri-pedaqoji ixtisaslılar müəllim ola biləcək - YENİ SİYAHI01.04.2026 - 19:30
Fransa yeniyetmələr üçün sosial media qadağasını qəbul edib01.04.2026 - 19:27
DİM TOEFL iBT imtahanı keçirilib01.04.2026 - 19:25
Çörək almağa gedən yeniyetmə amansızca döyüldü01.04.2026 - 19:22
BMU əməkdaşının məqaləsi Q1 kateqoriyalı jurnalda dərc olunub01.04.2026 - 19:18
Məktəblilər arasında “Nə? Harada? Nə zaman?” çempionatı keçiriləcək01.04.2026 - 19:15
Emin Əmrullayev Qusarda vətəndaşları qəbul edəcək01.04.2026 - 19:12
Qəzalı məktəbdə tədris DAYANDIRILDI01.04.2026 - 19:08
Dünya pedaqogika tarixində iz qoyan müəllim01.04.2026 - 19:02
Azərbaycanda uşaqların məktəbəqədər təhsilə cəlb olunma səviyyəsi 92%-ə çatıb - hesabat 01.04.2026 - 19:00
Bu şəxslər üçün sertifikasiya tarixi AÇIQLANDI01.04.2026 - 18:58
Azərbaycanı dünyada tanıdan oymaçı Azər Əsədovun hekayəsi01.04.2026 - 18:55
BMU ilə 4SİM arasında gələcək əməkdaşlıq imkanları müzakirə olunub01.04.2026 - 18:54
Yüksək qan təzyiqinin ciddi qəbul edilməyən səbəbləri 01.04.2026 - 18:50
Kimya təhsilində balans itir: dərsliklər səthi, biliklər dərin deyil - ETİRAZ01.04.2026 - 18:48
31 mart - Azərbaycanlıların Soyqırımı Günü DİA-da yad edilib01.04.2026 - 18:38
Magistratura üzrə qəbul imtahanına qeydiyyat başladı01.04.2026 - 18:35
ADNSU-da təlim: “Müasir texnologiyanın logistikada həlləri” 01.04.2026 - 18:34
Taksi sürücüləri üçün imtahan olacaq01.04.2026 - 18:26
Rezidenturaya hazırlaşanlar üçün sınaq imtahanı keçiriləcək01.04.2026 - 18:25
224 nömrəli məktəbdə dərslər müvəqqəti onlayn keçiriləcək01.04.2026 - 18:15
Kenquru Müsabiqəsinə qeydiyyatın vaxtı uzadıldı01.04.2026 - 18:13
Bu şəxslər də müəllim işləyə biləcək01.04.2026 - 18:10
Rezidenturaya hazırlaşanlar üçün sınaq imtahanı təşkil ediləcək01.04.2026 - 18:08
Rəqəmsallaşma dövrünün çağırışları - Ədəbiyyat İnstitutunda elmi seminar01.04.2026 - 18:02
2 peşə sahibi Alzeymerin yanından belə keçmir - ARAŞDIRMA01.04.2026 - 18:00
Aprelin 12-də keçiriləcək buraxılış imtahanında iştirak edən şagirdlərin nəzərinə01.04.2026 - 18:00
ADA-nın tələbəsi dünyanın ən yaxşı 2-ci univesitetinə qəbul olub01.04.2026 - 17:55
BMU-da “Apple” Səlahiyyətli Təlim Mərkəzinin yaradılması layihəsi yekunlaşmaq üzrədir01.04.2026 - 17:54
İmtahan verəcək şagirdlər üçün vacib məlumat 01.04.2026 - 17:50
BDU-da “Maarifçi” təcrübə proqramı çərçivəsində infosessiya01.04.2026 - 17:48
Təqaüd proqramı iştirakçıları beynəlxalq yazışma üzrə təlimdə iştirak ediblər01.04.2026 - 17:45
Azərbaycanın nadir quşları və onların mühafizəsi – elmi seminar01.04.2026 - 17:42
Məktəbin binasında çatlar yarandı - Tədris dayandırıldı01.04.2026 - 17:40
Sabah hava necə olacaq?01.04.2026 - 17:35
Magistratura üzrə qəbul imtahanına qeydiyyat başladı01.04.2026 - 17:35
ADU-da Azərbaycan-Çin diplomatik münasibətlərinin 34-cü ildönümü qeyd olunub01.04.2026 - 17:34
Elm və Təhsil Nazirliyində struktur dəyişikliyi olub01.04.2026 - 17:30
Ekspert: Rəqəmsallaşma dövründə qlobal modelləri yerli şəraitə uyğunlaşdıra bilən ölkələr uğur qazanacaq01.04.2026 - 17:26
Sumqayıt məktəbliləri ISEF-in finalına vəsiqə qazanıblar01.04.2026 - 17:25
Aprel ayı üçün namaz vaxtları - TƏQVİM01.04.2026 - 17:25