Təhsil İnstitutuna daxil olan çoxsaylı müraciətlər nəzərə alınaraq, Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsinə son qeydiyyat tarixi dəyişdirilib.
“Tehsil365“ xəbər verir ki,bu barədə ARTİ-dən bildirilib ki, yeni qərara əsasən, müsabiqənin son qeydiyyat tarixi 6 aprel saat 15:00-dək müəyyənləşdirilib.
Xatırladaq ki, Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsi hazırda 100-dən çox ölkədə keçirilir. Hər il II-X siniflərdə oxuyan milyonlarla şagird məhz bu müsabiqədə öz riyazi biliyini və məntiqi düşünmə qabiliyyətini yoxlayır.

