Təhsil 365 - Logo Mobile

BMU əməkdaşının məqaləsi Q1 kateqoriyalı jurnalda dərc olunub

7601.04.2026 - 19:18
BMU əməkdaşının məqaləsi Q1 kateqoriyalı jurnalda dərc olunub

Bakı Mühəndislik Universitetinin (BMU) Elmi Tədqiqat Mərkəzinin elmi işçisi Amil Əliqayevin həmmüəllifi olduğu məqalə Scopus bazasında indekslənən Q1 kateqoriyalı “Journal of Electroanalytical Chemistry”-də dərc edilib.

BMU-dan “Tehsil365"ə bildirilib ki, “Coupled experimental and theoretical investigation of an antidiabetic drug as a green corrosion inhibitor for low-carbon steel in acidic media” adlı elmi məqalədə aşağı karbonlu poladın turş mühitdə korroziyadan mühafizəsi məqsədilə istifadə müddəti bitmiş metforminin inhibitor kimi effektivliyi eksperimental və nəzəri üsullarla kompleks şəkildə araşdırılıb.

Tədqiqat çərçivəsində çəki itkisi ölçmələri, elektrokimyəvi metodlar, skan edən elektron mikroskopiyası (SEM) və rəqəmsal görüntü analizi (MIPAR proqramı vasitəsilə) tətbiq olunaraq 100-600 ppm konsentrasiya intervalında inhibitor təsiri qiymətləndirilib. Nəticələr göstərib ki, metformin 400 ppm konsentrasiyada optimal effektivlik nümayiş etdirərək müxtəlif metodlar üzrə 84.9-89.4% aralığında inhibisiya dərəcəsinə malikdir. Səth analizi isə bu konsentrasiyada səthin 92.8%-nin korroziyaya uğramadığını təsdiqləyib.

Elektrokimyəvi analizlər metforminin qarışıq tip inhibitor kimi həm anod, həm də katod reaksiyalarını zəiflətdiyini göstərib. Kvant-kimyəvi hesablamalar (DFT) isə inhibitorun metal səthi ilə qarşılıqlı təsirinin azot atomlarının elektron cütləri vasitəsilə baş verən kimyəvi adsorbsiya ilə izah olunduğunu ortaya qoyub.

Əldə olunan nəticələr istifadə müddəti bitmiş dərman maddələrinin ekoloji cəhətdən təhlükəsiz korroziya inhibitoru kimi istifadəsinin perspektivliyini göstərir və yaşıl kimya ilə dairəvi iqtisadiyyat prinsiplərinə töhfə verir.

Məqalə ilə daha ətraflı aşağıdakı link vasitəsilə tanış olmaq mümkündür:

//www.sciencedirect.com/science/article/abs/pii/S1572665726002894?via%3Dihub

Nərmin Mustafayeva

Xəbər Lenti

“Azərreyl” Avropa kubokunu qazanaraq tarix yazdı02.04.2026 - 05:42
Kəlbəcərin işğalı Qarabağ müharibəsinin ən ağır mərhələlərindən biri kimi yadda qaldı02.04.2026 - 05:18
Azərbaycan, Çin və Danimarka arasında diplomatik əlaqələr inkişaf edir02.04.2026 - 05:06
Yazıçı Aleksandr Xakimovun yaradıcılığı diqqət mərkəzində02.04.2026 - 04:54
Rejissor Rövşən Almuradlı vəfat edib02.04.2026 - 04:36
Xalq rəssamı Altay Hacıyev vəfat edib02.04.2026 - 04:18
Nəcəf bəy Vəzirov – Azərbaycan dramaturgiyasının görkəmli nümayəndəsi02.04.2026 - 04:00
İtalyan rəssam Karavacco haqqında film nümayiş olunacaq01.04.2026 - 19:56
Misirin Bənha Universitetində Azərbaycan dilinin tədrisinə başlanılıb01.04.2026 - 19:52
Aprel ayına olan hava proqnozu açıqlanıb01.04.2026 - 19:45
50 minə yaxın şagird imtahan VERƏCƏK01.04.2026 - 19:40
Uşaqlarda telefon asılılığı psixoloji inkişafı necə təsir edir? – Psixoloq açıqladı01.04.2026 - 19:36
Şagirdlər arasında sosial təcrid (tənhalıq hissi) niyə artır? – Psixoloq açıqladı01.04.2026 - 19:32
Qeyri-pedaqoji ixtisaslılar müəllim ola biləcək - YENİ SİYAHI01.04.2026 - 19:30
Fransa yeniyetmələr üçün sosial media qadağasını qəbul edib01.04.2026 - 19:27
DİM TOEFL iBT imtahanı keçirilib01.04.2026 - 19:25
Çörək almağa gedən yeniyetmə amansızca döyüldü01.04.2026 - 19:22
Məktəblilər arasında “Nə? Harada? Nə zaman?” çempionatı keçiriləcək01.04.2026 - 19:15
Emin Əmrullayev Qusarda vətəndaşları qəbul edəcək01.04.2026 - 19:12
Qəzalı məktəbdə tədris DAYANDIRILDI01.04.2026 - 19:08
Dünya pedaqogika tarixində iz qoyan müəllim01.04.2026 - 19:02
Azərbaycanda uşaqların məktəbəqədər təhsilə cəlb olunma səviyyəsi 92%-ə çatıb - hesabat 01.04.2026 - 19:00
Bu şəxslər üçün sertifikasiya tarixi AÇIQLANDI01.04.2026 - 18:58
Azərbaycanı dünyada tanıdan oymaçı Azər Əsədovun hekayəsi01.04.2026 - 18:55
BMU ilə 4SİM arasında gələcək əməkdaşlıq imkanları müzakirə olunub01.04.2026 - 18:54
Yüksək qan təzyiqinin ciddi qəbul edilməyən səbəbləri 01.04.2026 - 18:50
Kimya təhsilində balans itir: dərsliklər səthi, biliklər dərin deyil - ETİRAZ01.04.2026 - 18:48
31 mart - Azərbaycanlıların Soyqırımı Günü DİA-da yad edilib01.04.2026 - 18:38
Magistratura üzrə qəbul imtahanına qeydiyyat başladı01.04.2026 - 18:35
ADNSU-da təlim: “Müasir texnologiyanın logistikada həlləri” 01.04.2026 - 18:34
Taksi sürücüləri üçün imtahan olacaq01.04.2026 - 18:26
Rezidenturaya hazırlaşanlar üçün sınaq imtahanı keçiriləcək01.04.2026 - 18:25
BDU Türkiyədə keçirilən 62-ci “Kitabxana həftəsi”ndə təmsil olunub01.04.2026 - 18:18
224 nömrəli məktəbdə dərslər müvəqqəti onlayn keçiriləcək01.04.2026 - 18:15
Kenquru Müsabiqəsinə qeydiyyatın vaxtı uzadıldı01.04.2026 - 18:13
Bu şəxslər də müəllim işləyə biləcək01.04.2026 - 18:10
Rezidenturaya hazırlaşanlar üçün sınaq imtahanı təşkil ediləcək01.04.2026 - 18:08
Rəqəmsallaşma dövrünün çağırışları - Ədəbiyyat İnstitutunda elmi seminar01.04.2026 - 18:02
2 peşə sahibi Alzeymerin yanından belə keçmir - ARAŞDIRMA01.04.2026 - 18:00
Aprelin 12-də keçiriləcək buraxılış imtahanında iştirak edən şagirdlərin nəzərinə01.04.2026 - 18:00
ADA-nın tələbəsi dünyanın ən yaxşı 2-ci univesitetinə qəbul olub01.04.2026 - 17:55
BMU-da “Apple” Səlahiyyətli Təlim Mərkəzinin yaradılması layihəsi yekunlaşmaq üzrədir01.04.2026 - 17:54
İmtahan verəcək şagirdlər üçün vacib məlumat 01.04.2026 - 17:50
BDU-da “Maarifçi” təcrübə proqramı çərçivəsində infosessiya01.04.2026 - 17:48
Təqaüd proqramı iştirakçıları beynəlxalq yazışma üzrə təlimdə iştirak ediblər01.04.2026 - 17:45
Azərbaycanın nadir quşları və onların mühafizəsi – elmi seminar01.04.2026 - 17:42
Məktəbin binasında çatlar yarandı - Tədris dayandırıldı01.04.2026 - 17:40