Elm və Təhsil Nazirliyinin təşkilatçılığı və “Kapital Bank”ın dəstəyi ilə “Təhsil Oyunları Platforması” layihəsi Azərbaycan dilində 6-9 və 10-11-ci sinif məktəblilərindən ibarət olan komandalar üçün “Nə?Harada?Nə zaman?” oyunu üzrə respublika çempionatını keçirir.
“Tehsil365“ xəbər verir ki, yarış iki turdan ibarət olacaq: onlayn seçim turu 19 apreldə, canlı final oyunu isə Bakı şəhərində 3 mayda keçiriləcək.
Kim iştirak edə bilər?
Oyunlar eyni vaxtda iki yaş kateqoriyası üzrə keçiriləcək: 6-9-cu və 10-11-ci siniflər.
İştirak üçün uyğun yaş qrupuna aid 6 nəfərdən ibarət komanda təşkil olunmalıdır (1 nəfər kapitan + 5 oyunçu).
Yarışa qeydiyyat necə aparılır?
Komandaların qeydiyyatı onlayn aparılır. Bir məktəbdən bir neçə komanda iştirak edə bilər. Qeydiyyat üçün son tarix – 17 aprel saat 18:00-dır.
Qeydiyyatdan keçən bütün komandalara (kapitan və məktəb təmsilçisi şəxsində) 18 apreldə qeydiyyat vaxtı göstərdikləri elektron poçt ünvanlarına məktub göndəriləcək. Qeydiyyat zamanı qeyd etdiyiniz imeylin düzgün yazılışına və işlək olmasına əmin olmalısınız.
Həmin məktubda oyuna qoşulma qaydaları izah olunacaq. Əgər 18 aprel saat 18:00-dək kapitan və ya təmsilçi elektron poçt qutusunda bizdən cavab görmürsə, deməli ya:
• Qeydiyyat formasında imeylin yazılışında hərf səhvləri var;
• Elektron poçt dolub və əlavə məktublar qəbul etmir;
• Cavab məktubu “spam” qovluğuna düşüb.
Yalnız bunları yoxladıqdan sonra, müraciət etməlisiniz.
Seçim turu necə olacaq?
Seçim turunda bütün qeydiyyatdan keçən komandalar iştirak edə bilər. Seçim 18 aprel saat 19:00-da “Təhsil Oyunları Platformasının” "YouTube" kanalında onlayn keçiriləcək. Seçim 2 tur, hər turda 12 sualdan ibarət olacaq. 6-9 və 10-11-ci sinif yaş qruplarından ən çox doğru cavab verən hər qrupdan 20 komanda finalda iştirak haqqını qazanacaq. Əgər bir neçə komanda eyni suala cavab versə, əlavə göstəricilərdən istifadə olunacaq (sualların reytinqi).
Vayld-kart nədir?
2025-ci il noyabr – 2026-ci il aprel ayları ərzində bir neçə regionda kubok oyunları keçirilib. Həmin yarışların qalibləri finalda seçimsiz iştirak edə biləcəklər. Bunlar:
• 2025-ci il noyabr: İsmayıllı kubokun qalibi “Sən həmişə bizimləsən” komandası,
• 2026-ci il aprel: müəyyən olunacaq komanda.
Final necə keçiriləcək?
Final 3 may tarixində Bakı şəhərində “Landmark” otelində təşkil olunacaq. Günün ilk yarısında bütün finalçılar “Nə? Harada? Nə zaman?” oyununda iştirak edəcək. Hər yaş qrupu üçün 3 ayrı qalib olacaq və mükafatlandırılacaq.
Oyuna necə hazırlaşmaq olar?
Keçirdiyimiz oyunların sualları ilə tanış olamaq üçün bizim Youtube kanalımıza abunə olun.
Keçid linki: https://www.youtube.com/@EducationalGamesPlatform
Qeydiyyat formasını doldurmaq üçün bu linkdən istifadə edin: https://forms.gle/DRnSBTDvHFq1PQ447
Sual və rəylər üçün əlaqə:
E-mail: [email protected]

