Təhsil 365 - Logo Mobile

Magistratura üzrə qəbul imtahanına qeydiyyat başladı

7101.04.2026 - 17:35
Magistratura üzrə qəbul imtahanına qeydiyyat başladı

Ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanının ikinci cəhdində iştirak etmək üçün qeydiyyat elan edilir.

“Tehsil365“ xəbər verir ki, Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, magistraturaya qəbul imtahanının ikinci cəhdində iştirak etmək üçün bakalavrların ərizə qəbulu 14 aprel saat 23:59-dək internet vasitəsilə aparılır.

2026-cı ilin fevral ayında keçirilmiş qəbul imtahanında iştirak etmək üçün sənəd verən bakalavrlar imtahanın ikinci cəhdində iştirak etmək istədikləri təqdirdə “Şəxsi kabinet”lərinin hesabına imtahanda iştirak haqqını (50 AZN) əlavə edib Mərkəzin internet saytının müvafiq səhifəsinə (https://www.e-gov.az/az/services/read/3148/2) daxil olmaqla qeydiyyatdan keçirlər.

İlk imtahanda iştirak etmək üçün qeydiyyatdan keçməyən bakalavrlar da eyni qayda ilə bu imtahana yazıla bilərlər. Həmin şəxslər Mərkəzin internet saytının ekabinet.dim.gov.az səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra (şəxsi kabineti olmayanlar) ərizə vermək üçün tələb olunan məbləği “Şəxsi kabinet”lərinin hesabına əlavə edirlər. Hesaba məbləği əlavə etmək üçün ödəniş üsulları ilə epayment.dim.gov.az internet səhifəsində tanış olmaq mümkündür. Bu bakalavrlar da  https://eservices.dim.gov.az/erizemag/erize  səhifəsinə daxil olub “Bakalavrın elektron ərizəsi” formasını doldurur və təsdiq edirlər (etdirirlər).

Azərbaycan Respublikasında yerləşən ali təhsil müəssisələrini bitirən və Azərbaycan Respublikasının vətəndaşı olan bütün bakalavrlar (ali təhsil haqqında məlumatları MyGov.az portalının “Təhsil məlumatlarım” bölməsində olanlar), həmçinin Elm və Təhsil Nazirliyi tərəfindən verilən ixtisasın tanınmasını və ekvivalentliyinin müəyyən edilməsini təsdiq edən sənədləri olan xarici ölkələrdə ali təhsil almış şəxslər (müvafiq məlumatları “Azərbaycan Respublikası ərazisində tanınan və ekvivalentliyi müəyyən edilmiş (nostrifikasiya olunmuş) xarici dövlətlərin ali təhsil müəssisələrinin diplomlarının sahibləri barədə məlumat bazası”nda) qəbul imtahanında iştirak etmək üçün ərizə qəbulu müddətində Mərkəzin rəsmi internet saytında “Bakalavrın elektron ərizəsi”ni doldurmalı və özləri təsdiq etməlidirlər.

Diplom haqqında məlumatları bazada olmayan şəxslər ilk növbədə müvafiq quruma müraciət edib onları sistemə əlavə etdirməli, sonra isə “Bakalavrın elektron ərizəsi”ni təsdiq etməlidirlər.

Magistraturaya qəbul imtahanı DİM tərəfindən mərkəzləşdirilmiş qaydada bakalavrların məntiqi təfəkkürləri, informatika və xarici dil biliklərinin qiymətləndirilməsi üzrə keçirilir.

Qəbul imtahanının (II cəhd) 2026-cı il mayın 17-də keçirilməsi nəzərdə tutulur.

İmtahanda bakalavrlara Məntiqi təfəkkürün yoxlanılması üçün 50 (o cümlədən açıq tipli 5), İnformatika üzrə 25 (o cümlədən açıq tipli 5) test tapşırığı, Xarici dil üzrə isə 20 (o cümlədən açıq tipli 2) test tapşırığı və yazı işi (esse) yerinə yetirmək üçün mövzu təqdim olunacaqdır.

İmtahan nəticələri hesablanarkən bakalavrın hər bir test tapşırığına düzgün cavabı bir balla qiymətləndirilir, səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir, esse maksimum 5 balla qiymətləndirilir. Beləliklə, imtahanda əldə oluna bilən maksimal nəticə 100 baldır.

Qəbul imtahanında test tapşırıqlarının cavablandırılmasına 3 saat, yazı işini (esseni) yerinə yetirmək üçün isə 30 dəqiqə, cəmi 3 saat 30 dəqiqə vaxt ayrılır. 3 saat bitdikdən sonra bakalavrlardan cavab kartları yığılır və onlara yazı işini yazmaq üçün xüsusi esse vərəqləri paylanılır. Qeyd edək ki, tədrisi ingilis (alman) dilində olan ixtisaslaşmaları seçmək üçün yazı işi (esse) tapşırığı üzrə nəticə 2 baldan az olmamalıdır. Tədrisi Azərbaycan və ya rus  dilində olan ixtisaslaşmaları seçmək üçün yazı işi (esse) tapşırığı üzrə nəticəyə bal məhdudiyyəti qoyulmur.

Mehriban İbadova

Xəbər Lenti

İtalyan rəssam Karavacco haqqında film nümayiş olunacaq01.04.2026 - 19:56
Misirin Bənha Universitetində Azərbaycan dilinin tədrisinə başlanılıb01.04.2026 - 19:52
Aprel ayına olan hava proqnozu açıqlanıb01.04.2026 - 19:45
50 minə yaxın şagird imtahan VERƏCƏK01.04.2026 - 19:40
Uşaqlarda telefon asılılığı psixoloji inkişafı necə təsir edir? – Psixoloq açıqladı01.04.2026 - 19:36
Şagirdlər arasında sosial təcrid (tənhalıq hissi) niyə artır? – Psixoloq açıqladı01.04.2026 - 19:32
Qeyri-pedaqoji ixtisaslılar müəllim ola biləcək - YENİ SİYAHI01.04.2026 - 19:30
Fransa yeniyetmələr üçün sosial media qadağasını qəbul edib01.04.2026 - 19:27
DİM TOEFL iBT imtahanı keçirilib01.04.2026 - 19:25
Çörək almağa gedən yeniyetmə amansızca döyüldü01.04.2026 - 19:22
BMU əməkdaşının məqaləsi Q1 kateqoriyalı jurnalda dərc olunub01.04.2026 - 19:18
Məktəblilər arasında “Nə? Harada? Nə zaman?” çempionatı keçiriləcək01.04.2026 - 19:15
Emin Əmrullayev Qusarda vətəndaşları qəbul edəcək01.04.2026 - 19:12
Qəzalı məktəbdə tədris DAYANDIRILDI01.04.2026 - 19:08
Dünya pedaqogika tarixində iz qoyan müəllim01.04.2026 - 19:02
Azərbaycanda uşaqların məktəbəqədər təhsilə cəlb olunma səviyyəsi 92%-ə çatıb - hesabat 01.04.2026 - 19:00
Bu şəxslər üçün sertifikasiya tarixi AÇIQLANDI01.04.2026 - 18:58
Azərbaycanı dünyada tanıdan oymaçı Azər Əsədovun hekayəsi01.04.2026 - 18:55
BMU ilə 4SİM arasında gələcək əməkdaşlıq imkanları müzakirə olunub01.04.2026 - 18:54
Yüksək qan təzyiqinin ciddi qəbul edilməyən səbəbləri 01.04.2026 - 18:50
Kimya təhsilində balans itir: dərsliklər səthi, biliklər dərin deyil - ETİRAZ01.04.2026 - 18:48
31 mart - Azərbaycanlıların Soyqırımı Günü DİA-da yad edilib01.04.2026 - 18:38
Magistratura üzrə qəbul imtahanına qeydiyyat başladı01.04.2026 - 18:35
ADNSU-da təlim: “Müasir texnologiyanın logistikada həlləri” 01.04.2026 - 18:34
Taksi sürücüləri üçün imtahan olacaq01.04.2026 - 18:26
Rezidenturaya hazırlaşanlar üçün sınaq imtahanı keçiriləcək01.04.2026 - 18:25
BDU Türkiyədə keçirilən 62-ci “Kitabxana həftəsi”ndə təmsil olunub01.04.2026 - 18:18
224 nömrəli məktəbdə dərslər müvəqqəti onlayn keçiriləcək01.04.2026 - 18:15
Kenquru Müsabiqəsinə qeydiyyatın vaxtı uzadıldı01.04.2026 - 18:13
Bu şəxslər də müəllim işləyə biləcək01.04.2026 - 18:10
Rezidenturaya hazırlaşanlar üçün sınaq imtahanı təşkil ediləcək01.04.2026 - 18:08
Rəqəmsallaşma dövrünün çağırışları - Ədəbiyyat İnstitutunda elmi seminar01.04.2026 - 18:02
2 peşə sahibi Alzeymerin yanından belə keçmir - ARAŞDIRMA01.04.2026 - 18:00
Aprelin 12-də keçiriləcək buraxılış imtahanında iştirak edən şagirdlərin nəzərinə01.04.2026 - 18:00
ADA-nın tələbəsi dünyanın ən yaxşı 2-ci univesitetinə qəbul olub01.04.2026 - 17:55
BMU-da “Apple” Səlahiyyətli Təlim Mərkəzinin yaradılması layihəsi yekunlaşmaq üzrədir01.04.2026 - 17:54
İmtahan verəcək şagirdlər üçün vacib məlumat 01.04.2026 - 17:50
BDU-da “Maarifçi” təcrübə proqramı çərçivəsində infosessiya01.04.2026 - 17:48
Təqaüd proqramı iştirakçıları beynəlxalq yazışma üzrə təlimdə iştirak ediblər01.04.2026 - 17:45
Azərbaycanın nadir quşları və onların mühafizəsi – elmi seminar01.04.2026 - 17:42
Məktəbin binasında çatlar yarandı - Tədris dayandırıldı01.04.2026 - 17:40
Sabah hava necə olacaq?01.04.2026 - 17:35
ADU-da Azərbaycan-Çin diplomatik münasibətlərinin 34-cü ildönümü qeyd olunub01.04.2026 - 17:34
Elm və Təhsil Nazirliyində struktur dəyişikliyi olub01.04.2026 - 17:30
Ekspert: Rəqəmsallaşma dövründə qlobal modelləri yerli şəraitə uyğunlaşdıra bilən ölkələr uğur qazanacaq01.04.2026 - 17:26
Sumqayıt məktəbliləri ISEF-in finalına vəsiqə qazanıblar01.04.2026 - 17:25
Aprel ayı üçün namaz vaxtları - TƏQVİM01.04.2026 - 17:25