Təhsil 365 - Logo Mobile

Buraxılış imtahanında 50 minə yaxın şagird iştirak edəcək

7201.04.2026 - 16:08
Buraxılış imtahanında 50 minə yaxın şagird iştirak edəcək

Dövlət İmtahan Mərkəzi aprelin 5-də Bakı şəhərinin Xətai, Nərimanov, Qaradağ, Suraxanı, Səbai, Pirallahı rayonlarında, Gəncə (I hissə), Samux, Yevlax, Şəmkir (I hissə), Ağstafa, Şəki, Lənkəran (I hissə), Astara, Yardımlı, Ağdam (o cümlədən Kəngərli, Xıdırlı kənd tam orta məktəbləri) Ağcabədi, Şuşa, Xankəndi (Şəhər 4 nömrəli məktəb və Kərkicahan kənd tam orta məktəbi), Kəlbəcər (Şəhər 1 nömrəli məktəb), Xocalı (Şəhər 1 nömrəli və Ballıca kənd tam orta məktəbləri), Ucar, Zərdab, Şamaxı, İmişli, Hacıqabul, Biləsuvar, Qusar, Siyəzən, Xızı və Şabranda ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirəcək.

“Tehsil365“ xəbər verir ki,bu barədə DİM-dən məlumat verilib.

Bildirilib ki, imtahan saat 11:00-da başlanır. 

İmtahanın başlanmasına 15 dəqiqə qalmış – saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmırlar. 

İştirakçıların imtahan binasına rahat şəkildə daxil olması üçün binaya müxtəlif gəlmə vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək tövsiyə olunur.

İmtahan binasına, zalına mobil telefon, ağıllı saat və digər rabitə vasitələri, kalkulyator və digər elektron cihazlar, konspekt, lüğət, cədvəl, çanta, məlumat kitabçası, xarici yaddaş qurğuları və başqa  yardımçı vasitələr gətirmək və ya onlardan istifadə etmək qadağandır.

Şagirdlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər: 

- İmtahana buraxılış vərəqəsi;

- Şəxsiyyəti təsdiq edən sənədin əsli:

a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;

b)  əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;

- Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).

Şəxsiyyəti təsdiq edən sənədində şəkli olmayan şagirdlər buraxılış imtahanı üçün təhsil müəssisəsi tərəfindən verilməli olan arayışı DİM-in saytından yükləyə bilərlər.

İmtahanda iştirak edəcək şagirdlər “İmtahana buraxılış vərəqəsi”ni internet vasitəsilə DİM-in saytından martın 16-dan etibarən çap edib götürə bilirlər.

İmtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 207 imtahan binası, 3664 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 601 imtahan rəhbəri və ümumi rəhbər, 4554 nəzarətçi, 670 buraxılış rejimi əməkdaşı (mühafizə) və 207 bina nümayəndəsi ayrılıb.

İmtahanda 49701 şagirdin iştirakı nəzərdə tutulur.

İmtahanda 54 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral iflic, eşitmə əngəlli və digər) şagird də iştirak edəcək. Onların rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə isə fərdi nəzarətçilər təyin edilib. Hərəkət məhdudiyyətli şagirdlərin bina və zala daxil olması və hərəkəti üçün də şərait yaradılıb. Bundan əlavə, sağlamlıq imkanları məhdud iştirakçılar üçün ayrılan nəzarətçilərlə xüsusi təlim keçirilib.

Hazırda imtahanlarda iştirak edəcək nəzarətçilər, imtahan rəhbərləri, mühafizə əməkdaşları ilə onlayn şəkildə təlim-seminarlar keçirilir. Bütün imtahan binalarına baxış keçirilib, imtahan zallarında şagirdlərin rahat şəkildə imtahan verməsi üçün zəruri şərait yaradılıb.

İmtahana 1 gün qalmış təhlükəsizliyin təmin edilməsi məqsədilə imtahan mərkəzlərinə təkrar baxış da keçirilir və imtahan zalları, giriş-çıxış qapıları, binalar möhürlənməklə Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin əməkdaşlarının mühafizəsinə verilir.

Mehriban İbadova

Xəbər Lenti

İtalyan rəssam Karavacco haqqında film nümayiş olunacaq01.04.2026 - 19:56
Misirin Bənha Universitetində Azərbaycan dilinin tədrisinə başlanılıb01.04.2026 - 19:52
Aprel ayına olan hava proqnozu açıqlanıb01.04.2026 - 19:45
50 minə yaxın şagird imtahan VERƏCƏK01.04.2026 - 19:40
Uşaqlarda telefon asılılığı psixoloji inkişafı necə təsir edir? – Psixoloq açıqladı01.04.2026 - 19:36
Şagirdlər arasında sosial təcrid (tənhalıq hissi) niyə artır? – Psixoloq açıqladı01.04.2026 - 19:32
Qeyri-pedaqoji ixtisaslılar müəllim ola biləcək - YENİ SİYAHI01.04.2026 - 19:30
Fransa yeniyetmələr üçün sosial media qadağasını qəbul edib01.04.2026 - 19:27
DİM TOEFL iBT imtahanı keçirilib01.04.2026 - 19:25
Çörək almağa gedən yeniyetmə amansızca döyüldü01.04.2026 - 19:22
BMU əməkdaşının məqaləsi Q1 kateqoriyalı jurnalda dərc olunub01.04.2026 - 19:18
Məktəblilər arasında “Nə? Harada? Nə zaman?” çempionatı keçiriləcək01.04.2026 - 19:15
Emin Əmrullayev Qusarda vətəndaşları qəbul edəcək01.04.2026 - 19:12
Qəzalı məktəbdə tədris DAYANDIRILDI01.04.2026 - 19:08
Dünya pedaqogika tarixində iz qoyan müəllim01.04.2026 - 19:02
Azərbaycanda uşaqların məktəbəqədər təhsilə cəlb olunma səviyyəsi 92%-ə çatıb - hesabat 01.04.2026 - 19:00
Bu şəxslər üçün sertifikasiya tarixi AÇIQLANDI01.04.2026 - 18:58
Azərbaycanı dünyada tanıdan oymaçı Azər Əsədovun hekayəsi01.04.2026 - 18:55
BMU ilə 4SİM arasında gələcək əməkdaşlıq imkanları müzakirə olunub01.04.2026 - 18:54
Yüksək qan təzyiqinin ciddi qəbul edilməyən səbəbləri 01.04.2026 - 18:50
Kimya təhsilində balans itir: dərsliklər səthi, biliklər dərin deyil - ETİRAZ01.04.2026 - 18:48
31 mart - Azərbaycanlıların Soyqırımı Günü DİA-da yad edilib01.04.2026 - 18:38
Magistratura üzrə qəbul imtahanına qeydiyyat başladı01.04.2026 - 18:35
ADNSU-da təlim: “Müasir texnologiyanın logistikada həlləri” 01.04.2026 - 18:34
Taksi sürücüləri üçün imtahan olacaq01.04.2026 - 18:26
Rezidenturaya hazırlaşanlar üçün sınaq imtahanı keçiriləcək01.04.2026 - 18:25
BDU Türkiyədə keçirilən 62-ci “Kitabxana həftəsi”ndə təmsil olunub01.04.2026 - 18:18
224 nömrəli məktəbdə dərslər müvəqqəti onlayn keçiriləcək01.04.2026 - 18:15
Kenquru Müsabiqəsinə qeydiyyatın vaxtı uzadıldı01.04.2026 - 18:13
Bu şəxslər də müəllim işləyə biləcək01.04.2026 - 18:10
Rezidenturaya hazırlaşanlar üçün sınaq imtahanı təşkil ediləcək01.04.2026 - 18:08
Rəqəmsallaşma dövrünün çağırışları - Ədəbiyyat İnstitutunda elmi seminar01.04.2026 - 18:02
2 peşə sahibi Alzeymerin yanından belə keçmir - ARAŞDIRMA01.04.2026 - 18:00
Aprelin 12-də keçiriləcək buraxılış imtahanında iştirak edən şagirdlərin nəzərinə01.04.2026 - 18:00
ADA-nın tələbəsi dünyanın ən yaxşı 2-ci univesitetinə qəbul olub01.04.2026 - 17:55
BMU-da “Apple” Səlahiyyətli Təlim Mərkəzinin yaradılması layihəsi yekunlaşmaq üzrədir01.04.2026 - 17:54
İmtahan verəcək şagirdlər üçün vacib məlumat 01.04.2026 - 17:50
BDU-da “Maarifçi” təcrübə proqramı çərçivəsində infosessiya01.04.2026 - 17:48
Təqaüd proqramı iştirakçıları beynəlxalq yazışma üzrə təlimdə iştirak ediblər01.04.2026 - 17:45
Azərbaycanın nadir quşları və onların mühafizəsi – elmi seminar01.04.2026 - 17:42
Məktəbin binasında çatlar yarandı - Tədris dayandırıldı01.04.2026 - 17:40
Sabah hava necə olacaq?01.04.2026 - 17:35
Magistratura üzrə qəbul imtahanına qeydiyyat başladı01.04.2026 - 17:35
ADU-da Azərbaycan-Çin diplomatik münasibətlərinin 34-cü ildönümü qeyd olunub01.04.2026 - 17:34
Elm və Təhsil Nazirliyində struktur dəyişikliyi olub01.04.2026 - 17:30
Ekspert: Rəqəmsallaşma dövründə qlobal modelləri yerli şəraitə uyğunlaşdıra bilən ölkələr uğur qazanacaq01.04.2026 - 17:26
Aprel ayı üçün namaz vaxtları - TƏQVİM01.04.2026 - 17:25
Sumqayıt məktəbliləri ISEF-in finalına vəsiqə qazanıblar01.04.2026 - 17:25