“Tələbələrdə ən çox rast gəlinən xəstəlik yuxarı tənəffüs yollarının xəstəlikləri olur. Amma ən çox yuxarı tənəffüs yollarının xəstəliyi və suçiçəyi xəstəliyidir”.
Bu sözləri “Tehsil365”ə açıqlamasında tibbi ekspert Rasif Bağırov bildirib.
Ekspert qeyd edib ki, yuxarı tənəffüs yollarının xəstəlikləri hava ilə yayıldığı üçün xüsusilə kompakt mühitlərdə tələbələr arasında yoluxucudur.
“Çünki hava damcı yolu ilə yayılır. Java damcı yolu ilə kompakt olduğuna görə yoluxudurulur,” – deyə o bildirib.
Rasif Bağırov əlavə edib ki, suçiçəyi də bu dövrdə tələbələr arasında geniş yayılıb.
“Bundan başqa suçiçəyi xəstəliyi də yayılıb. Digər xəstəliklər isə demək olar ki, tək-tək rast gəlinir,” – deyə o açıqlamasını yekunlaşdırıb.

