ABŞ Təhsil Nazirliyi bu həftə 100-dən çox proqramını digər federal agentliklərə köçürmək qərarını açıqlayıb.
“Tehsil365” xəbər verir ki, Bu addımın məqsədi proqramların səmərəliliyini artırmaq və federal idarəetmədə daha yaxşı koordinasiya təmin etməkdir.
Keçid prosesində nazirlik proqramları öz üzərinə götürən digər agentliklərin rəhbərləri ilə yaxından işləyir. Bu tədbir çərçivəsində Tramp administrasiyasının kabinet katibləri və digər yüksək vəzifəli şəxslərlə görüşlər keçirilərək proqramların yeni idarəçiliyə adaptasiyası müzakirə olunub.
Mütəxəssislər hesab edir ki, proqramların köçürülməsi federal idarəçiliyi sadələşdirəcək və vətəndaşlara xidmətlərin çatdırılmasını sürətləndirəcək. Eyni zamanda, bu proses nazirliyin resurslarını əsas təhsil prioritetlərinə yönəltməyə imkan verəcək.

