“Zaman inkişaf etdikcə, dövr dəyişdikcə, insan düşüncələri və hadisələr dəyişdikcə, dünyada gedən proseslər baş verdikcə dərsliklər də buna uyğun olaraq müasirləşməlidir”.
Bu sözləri “Tehsil365”ə açıqlamasında yazıçı Elçin Hüseynbəyli bildirib.
Yazıçı əlavə edib ki, o dinamikanı yaxından izləyir və müəyyən dəyişikliklərin artıq baş verdiyini görür.
“Mən dinamikanı izləyirəm və görürəm ki, müəyyən dəyişikliklər baş verir,” – deyə o qeyd edib.
Hüseynbəyli vurğulayıb ki, müasir dərsliklər yalnız bilik verməklə kifayətlənməməli, həm də oxucunun düşüncə tərzini inkişaf etdirməlidir.

