Son günlər yağan intensiv yağışla əlaqədar Qaradağ rayonu Çeyildağ qəsəbəsinə gedən yol sel suları nəticəsində dağılıb.
"Tehsil365" xəbər verir ki, bu səbəbdən Çeyildağ qəsəbə 224 nömrəli ümumi orta ümumtəhsil məktəbində I və II siniflər istisna olmaqla digər siniflərdə tədris onlayn formada təşkil olunur.
Məsələ ilə bağlı aidiyyəti qurumlara müraciət olunub. Problemin həlli istiqamətində müvafiq işlər görülməkdədir.
Alternativ yol təmir olunana kimi tədrisin onlayn qaydada davam etdirilməsi nəzərdə tutulur

