Azərbaycanın erkən uşaq təhsili sahəsində əldə etdiyi nailiyyətlər UNESCO-nun 2026-cı il üzrə Qlobal Təhsil Monitorinqi (GEM) hesabatında qeyd olunub.
“Tehsil365” xəbər verir ki, çıxış və bərabərlik mövzusuna həsr olunan hesabatda Azərbaycan nümunəvi ölkə kimi göstərilib.
Məlumata görə, ölkədə 5 yaşlı uşaqların məktəbəqədər təhsilə cəlb olunma səviyyəsi cəmi beş il ərzində 25%-dən 92%-ə yüksəlib.
Bu artım qanunvericilikdə aparılan islahatlar, müəllim hazırlığı və kurikulumun təkmilləşdirilməsi hesabına mümkün olub.

