Görmə məhdudiyyətli oxucuların mütaliə ehtiyacını qarşılamaq və onların maraqlarına uyğun kitabların vaxtaşırı səsləndirilməsini təmin etmək məqsədilə yeni bir qrup yaradılıb.
Qrup çərçivəsində ianələr ayın 1-dən 30-a qədər minimum 2 AZN olmaqla toplanacaq. Ödəniş edildikdən sonra qəbz qrup administrasiyasına göndərilməlidir.
Qeyd edək ki, bu təşəbbüs "Gözüm ol mənim" kitab klubu tərəfindən həyata keçirilir. Layihənin media dəstəyi isə "Tehsil365" İnformasiya Agentliyi tərəfindən təmin olunur.
Layihə görmə məhdudiyyətli oxucuların kitablarla daha çox ünsiyyətdə olmasına imkan yaradacaq və onların mütaliə təcrübəsini zənginləşdirəcək.

