Təhsil 365 - Logo Mobile

Elmi fəaliyyətin gələcəyini İlham Əliyevin fikirləri üzərində qurmalıyıq

7102.04.2026 - 07:41
Elmi fəaliyyətin gələcəyini İlham Əliyevin fikirləri üzərində qurmalıyıq

Aprelin 1-də UNEC-də ənənəvi olaraq hər il keçirilən "Elm Günləri"nə start verilib.

“Tehsil365" xəbər verir ki, UNEC-də keçirilən "Elm Günləri"nin açılışında çıxış edən universitetin rektoru, professor Ədalət Muradov ali təhsilin gələcək inkişaf istiqamətləri, tədris və tədqiqat arasındakı balans, həmçinin müasir universitet modelinin transformasiyası ilə bağlı strateji baxışlarını bölüşüb:

“Bütövlükdə ali təhsil sistemi tarixi bir dönüş nöqtəsindədir. Bu fikri universitetlərdə elmi fəaliyyətə də şamil etmək olar. Bu, ilk növbədə, indiyə qədər tətbiq edilən elmin inkişafı modeli ilə bağlıdır. Belə ki, elmin inkişafı artıq yalnız klassik tədqiqat modelindən asılı deyil. Xüsusilə də Süni İntellekt (AI) bu prosesdə oyun qaydalarını köklü dəyişdirən əhəmiyyətli rol oynayır.

Azərbaycanda elmi fəaliyyətin gələcəyini cənab Prezident İlham Əliyevin AMEA-nın 80 illiyində səsləndirdiyi konseptual fikirlər üzərində qurmalıyıq. Ölkə başçısının qeyd etdiyi kimi, "Elm iqtisadiyyatla, sənaye ilə sıx bağlı olmalıdır".

Universitetin ali missiyası gələcəyin vətəndaşlarını və liderlərini yetişdirməkdir. Tələbələrin böyük əksəriyyəti universitetə məhz bu məqsədlə gəlir, lakin təəssüf ki, müasir yanaşmada universitetin təməl fəaliyyəti olan tədris sanki ikinci dərəcəli iş kimi qəbul olunur. Bu gün bir çox nüfuzlu ali təhsil müəssisələrində, o cümlədən UNEC-də tətbiq olunan mükafatlandırma sistemləri tədris fəaliyyətinə qarşı faktiki olaraq biganədir. Mövcud sistem bəzən ən fədakar və peşəkar müəllimi belə yalnız tədqiqat göstəricilərinə görə "uğursuz" kimi təqdim edir.

Bəzən bir müəllimin yaratdığı təsir, onlarla məqalənin yaratdığı təsirdən daha böyük olur. Beləliklə, müasir universitet modelində tədris və tədqiqat arasında balans sanki pozulur.

Gələcəyi formalaşdırmaq çox böyük və çox məsuliyyətli bir missiyadır. Bu missiyanın mərkəzində müəllim dayanır və gələcəkdə də belə olacaq. Cəmiyyətin transformasiyasının mərkəzində yenə də universitet dayanır və gələcəkdə də universitet dayanacaq.

Yuxarıda deyilənlər o anlama gəlirmi ki, biz illərlə yanlış şeyləri ölçmüşük, yanlış yanaşma tətbiq etmişik? Xeyr! Yanlış şeyləri ölçməmişik! Yanlış yanaşma tətbiq etməmişik. Yanaşma doğrudur!

Biz sadəcə tədqiqatlara diqqəti artırmışıq, amma eyni yanaşma tədrisə tətbiq edilməyib. Tədqiqatçılara geniş dəstək verildiyi halda müəllimlər bu dəstəkdən məhrum olublar. Tədris və tədqiqat arasında balans bərpa edilməlidir. UNEC yaxın gələcəkdə bu yeni yanaşmanı reallaşdıracaq və yeni model üzrə hazırlıqlar artıq tamamlanmaq üzrədir.

Universitetlər ilkin olaraq təhsil müəssisəsi kimi yaradıldı, sonradan bu missiyaya tədqiqat funksiyası, daha sonra isə sahibkarlıq fəaliyyəti əlavə edildi. İndi isə bütövlükdə universitetlərin cəmiyyət üçün faydalı iş görmək missiyası da əlavə olunub. Bu, o deməkdirmi ki, eyni müəllim həm pedaqoq, həm tədqiqatçı, həm sahibkar, həm də ictimai missiya daşıyıcısı olmalıdır? Əlbəttə ki, yox! Bu tələb ayrı-ayrı müəllimlərə deyil, bütövlükdə universitetə aid edilməlidir.

Bu isə universitetlərin yeni idarəetmə, akademik, maliyyə və təşkilati modelini gündəmə gətirir.  Bu baxımdan, mövcud vəziyyət Prezident İlham Əliyevin hələ 13 il əvvəl "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nda müəyyən etdiyi "təhsil müəssisələrinə idarəetmə, akademik, maliyyə və təşkilati muxtariyyət verilməsi" vəzifəsinin aktuallığını və cənab Prezidentin təhsil siyasətinin uzaqgörənliyini bir daha təsdiqləyir.

Aydan Ələkbərova

Xəbər Lenti

17 yaşlı tələbə Harvarda qəbul oldu02.04.2026 - 12:27
17 mindən çox əsərin müəllif hüququ tanınıb02.04.2026 - 12:18
“Elm Günləri” çərçivəsində UNEC-də növbəti tədbir - FOTO02.04.2026 - 12:10
Universitetin maliyyə səhvlərinə görə tələbələr cavabdeh deyil - RƏSMİ02.04.2026 - 11:54
Dövlət Sərhəd Xidməti Xüsusi Məktəbinin V sinfinə qəbul imtahanında 1300-ə yaxın şagird iştirak edəcək02.04.2026 - 11:40
Ali təhsil müəssisələrinə sınaq imtahanına qeydiyyat elan edilib02.04.2026 - 11:29
Nizami Kino Mərkəzinin fasadına yazı yazan şəxslərin müəyyənləşdirilməsi üçün hüquq-mühafizə orqanlarına müraciət olunub - FOTO02.04.2026 - 11:20
AzMİU dizayn təhsili üzrə dünyanın 250 ən yaxşı universitetindən biridir02.04.2026 - 11:10
Milli Kitabxanada Aprel döyüşlərinə həsr edilmiş sərgi hazırlanıb - FOTOLAR02.04.2026 - 11:00
ADPU tələbələrinə ədliyyə orqanlarında karyera imkanları təqdim olunub - FOTOLAR02.04.2026 - 10:50
"Şəhidin səsi"nin növbəti buraxılışı Elxan Məmmədova həsr olunur02.04.2026 - 10:40
Patent və ixtira fəallığı artıb02.04.2026 - 10:30
Dillərlə dünyaya açılan qapı: ADU-nun uğura aparan yol xəritəsi02.04.2026 - 10:19
Naxçıvan Dövlət Universitetində Tibb fakültəsi üçün yeni avadanlıqlar və kitablar təqdim olunub - FOTO02.04.2026 - 10:09
Qloballaşan dünyada ali təhsilin strateji rolu və ADU-nun beynəlxalq akademik mövqeyi02.04.2026 - 09:55
MDU mühəndislik kurikulumunu yeniləyir02.04.2026 - 09:45
Sabahın hava proqnozu açıqlanıb 02.04.2026 - 09:35
Bakıda 17 yaşlı qız 10-cu mərtəbədən yıxılıb öldü02.04.2026 - 09:27
Azərbaycan və Özbəkistan alimləri Daşkənddə Birinci Türkoloji Qurultayın tarixi əhəmiyyətini müzakirə edəcəklər02.04.2026 - 09:19
AMEA əməkdaşlarının Nizami Gəncəvi haqqında müsahibə və məqalələri Kanadada çap olunub - FOTO02.04.2026 - 09:10
Ədəbiyyat Muzeyi binasının memarlıq tarixi – elmi seminar02.04.2026 - 09:01
Günəşə doğru hərəkət edən MAPS kometi sürətlə parçalanacaq02.04.2026 - 08:50
Tələbələr “RoboCode III” robotik kodlama yarışında qalib olublar02.04.2026 - 08:38
AzMİU əməkdaşları Ankara Universitetində olub - FOTOLAR02.04.2026 - 08:27
Mart ayında BŞTİ-yə bu qədər müraciət daxil olub02.04.2026 - 08:16
Bu gün Beynəlxalq Uşaq Kitabı Günüdür02.04.2026 - 08:06
Təhsil krediti ilə oxuyan tələbələrin sayı açıqlanıb 02.04.2026 - 07:53
Bu gün hava necə olacaq? 02.04.2026 - 07:30
"Gözüm ol mənim" klubu yeni layihəyə start verir 02.04.2026 - 07:20
Aprel döyüşlərindən 10 il ötür 02.04.2026 - 07:11
ABŞ Təhsil Nazirliyi 100-dən çox proqramı digər federal agentliklərə köçürür02.04.2026 - 07:00
Müəllimlər şagird davranışını ciddi problem sayır02.04.2026 - 06:36
Nazirlər yeni karyera xidmətləri hazırlayır, mövcud provayder rəqabətə qoşulur02.04.2026 - 06:18
Britaniyada müəllim həmkarlar ittifaqlarının konfransları başlayır02.04.2026 - 06:00
“Azərreyl” Avropa kubokunu qazanaraq tarix yazdı02.04.2026 - 05:42
Kəlbəcərin işğalı Qarabağ müharibəsinin ən ağır mərhələlərindən biri kimi yadda qaldı02.04.2026 - 05:18
Azərbaycan, Çin və Danimarka arasında diplomatik əlaqələr inkişaf edir02.04.2026 - 05:06
Yazıçı Aleksandr Xakimovun yaradıcılığı diqqət mərkəzində02.04.2026 - 04:54
Rejissor Rövşən Almuradlı vəfat edib02.04.2026 - 04:36
Xalq rəssamı Altay Hacıyev vəfat edib02.04.2026 - 04:18
Nəcəf bəy Vəzirov – Azərbaycan dramaturgiyasının görkəmli nümayəndəsi02.04.2026 - 04:00
İtalyan rəssam Karavacco haqqında film nümayiş olunacaq01.04.2026 - 19:56
Misirin Bənha Universitetində Azərbaycan dilinin tədrisinə başlanılıb01.04.2026 - 19:52
Aprel ayına olan hava proqnozu açıqlanıb01.04.2026 - 19:45
50 minə yaxın şagird imtahan VERƏCƏK01.04.2026 - 19:40
Uşaqlarda telefon asılılığı psixoloji inkişafı necə təsir edir? – Psixoloq açıqladı01.04.2026 - 19:36
Şagirdlər arasında sosial təcrid (tənhalıq hissi) niyə artır? – Psixoloq açıqladı01.04.2026 - 19:32