C/2026 A1 (MAPS) kometi Günəşə doğru hərəkətinə davam edir. Son müşahidələrə əsasən, Günəşə yaxınlaşdıqca MAPS kometinin parlaqlığı, sürəti və aktivliyi artır.
Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrasından “Tehsil365"ə verilən məlumata görə, hazırda komet Günəşdən təxminən 40 milyon kilometr məsafədədir və 80 saniyədə kilometr sürətlə hərəkət edir. Yaxın günlərdə kometin sürətinin artaraq 100 saniyədə kilometri, Günəşə ən yaxın nöqtədə isə təxminən 300 saniyədə kilometri keçəcəyi gözlənilir: “Komet artıq güclü Günəş şüalanmasına tab gətirə bilmir və parçalanma mərhələsinə daxil olub. Bu prosesin pik nöqtəsi aprelin 2-dən 4-dək olan günlərə təsadüf edə bilər. Bu zaman komet Günəşin tacına yaxınlaşaraq sürətlə dağılacaq. Bu, qısamüddətli parlaqlıq artımı yarada bilər.
Komet nüvəsinin müşahidəsi çətin olsa da, onun uzun və parlaq quyruğunun Günəş batdığı ərəfələrdə qısamüddətli görünməsi ehtimal olunur. Aprelin 2-dən etibarən kometin SOHO aparatının LASCO cihazlarında görünməsi gözlənilir ki, bu da onun son vəziyyətini daha dəqiq izləməyə imkan verəcək. Hazırkı qiymətləndirmələrə görə, kometin bütöv şəkildə Günəşə çatma ehtimalı çox aşağıdır və onun yaxın günlərdə tamamilə parçalanacağı gözlənilir. C/2026 A1 kometi Günəşə yaxınlaşaraq məhv olmağa doğru gedən nadir səma hadisələrindən biridir.

