Milli Kitabxanada “Aprel döyüşləri” adlı elektron məlumat bazası, “Aprel döyüşləri – böyük zəfərin başlanğıcı” adlı virtual sərgi və eyniadlı ənənəvi geniş kitab sərgisi istifadəçilərə təqdim olunub.
Kitabxanadan “Tehsil365"ə bildirilib ki, elektron məlumat bazasında sistemləşdirilmiş tammətnli resurslar müxtəlif bölmələr üzrə onlayn istifadəçilərin ixtiyarına verilib.
Sərgilərdə Aprel döyüşlərində Lələtəpə,Talış yüksəklikləri və digər strateji mövqelərin işğaldan azad olunması, Aprel döyüşlərinin əhəmiyyəti, eyni zamanda tarixi Zəfərimizin əldə olunmasında Azərbaycan ordusunun Zəfəri, Ali Baş Komandan İlham Əliyevin uzaqgörən hərbi və siyasi strategiyası, Azərbaycan əsgərinin əfsanəvi qəhrəmanlıqları və torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin döyüş yolu haqqında Azərbaycan və müxtəlif dillərdə ədəbiyyatlar, dövri mətbuat məqalələri və fotolar nümayiş olunur.
Virtual sərgi ilə tanış olmaq istəyənlər linkindən istifadə edə bilərlər. https://anl.az/el/emb/aprel_doyusleri/index.html, https://anl.az/el/vsb/Aprel_doyusleri/index.htm

