AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Elmi şurasının qərarı ilə Biblioqrafiya şöbəsinin böyük elmi işçisi, Azərbaycan Yazıçılar Birliyinin İdarə Heyətinin üzvü, birliyin İrs Komissiyasının sədri Sona Xəyalın (Sonaxanım Hadıyeva) “Tibbi və ədəbi məqalələr” kitabı işıq üzü görüb.
Bu barədə “Tehsil365"ə institutdan bildirilib. Yeni nəşrin redaktoru və ön sözün müəllifi Biblioqrafiya şöbəsinin müdiri Qutiyera Cəfərova, toplayıb nəşrə hazırlayan baş mütəxəssis Xəyalə Qasımlı, rəyçiləri dosentlər Aynur Hacıqədirli, Tahirə Həsənzadə və Nailə Səmədovadır.
Kitabda Sona Xəyalın müxtəlif illərdə qələmə aldığı, müxtəlif konfrans materiallarında və Əlyazmalar İnstitutunun “Elmi əsərlər” jurnalında çap olunmuş məqalələri toplanıb, həmçinin müəllifin elm və ədəbiyyat tariximizdə baş vermiş proseslərə dair düşüncələri və nəzəri-tənqidi fikirləri öz əksini tapıb. Kitab geniş oxucu auditoriyası üçün nəzərdə tutulub.

