Təhsil 365 - Logo Mobile

İlahiyyat İnstitutu maarifləndirmə tədbirlərinə başlayıb

7302.04.2026 - 15:40
İlahiyyat İnstitutu maarifləndirmə tədbirlərinə başlayıb

Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) 2026–2027-ci tədris ili üzrə abituriyentlərin məlumatlandırılmaları məqsədilə maarifləndirici tədbirlərə başlayıb.

“Tehsil365“ xəbər verir ki, Aİİ-dən bildirilib ki, bu çərçivədə növbəti görüş Bakı şəhərinin Pirallahı rayonunda yerləşən 168 nömrəli tam orta məktəbdə təşkil olunub.

Tədbiri açan Pirallahı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Vəzir Səfixanov ölkəmizdə gənclərin təhsilinə göstərilən dövlət qayğısından bəhs edib, onların savadlı və milli-mənəvi dəyərlərə bağlı vətəndaş kimi yetişmələrinin vacibliyini diqqətə çatdırıb.

İnstitutun İlahiyyat fakültəsinin dekanı dosent Elnurə Əzizova ölkəmizdə dövlət-din münasibətlərinin inkişafı istiqamətində görülən işlərdən bəhs edib. Din sahəsinə göstərilən diqqət və qayğının, milli-mənəvi dəyərlərin qorunmasının dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu söyləyib. O, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Aİİ-nin ölkədə yeganə ali dini təhsil müəssisəsi olduğunu diqqətə çatdırıb. Bildirib ki, institutda müasir təhsil standartlarına uyğun olaraq, yüksəkixtisaslı kadrların hazırlanması istiqamətində sistemli işlər görülür.

Dekan institutda mövcud olan ixtisaslar, tədris prosesi, müəllim–tələbə münasibətləri və şəffaf akademik mühit haqqında ətraflı məlumat verib. Qeyd edib ki, Aİİ-də tələbələrin bilik və bacarıqlarının inkişafına xüsusi önəm verilir, onların elmi potensiallarının artırılması məqsədilə müxtəlif layihə və proqramlar həyata keçirilir.

Aİİ-nin rektor köməkçisi Emin Orucov instituta qəbul prosesinin təşkili haqqında məlumat verib. Ali təhsil müəssisəsinə qəbul olunacaq hər bir abituriyentin dövlətin qayğı və diqqəti ilə yaradılmış lazımi şəraitdən, ödənişsiz təhsil və digər imtiyazlardan yararlanacağını bildirib. E.Orucov daha sonra xarici dillərə yiyələnmək imkanları, təqaüd proqramları, xaricdə təhsil, tələbələrin sosial həyatı haqqında ətraflı danışıb.

Pirallahı rayon məscidinin imamı Mübariz Rəhimov çıxışında dini maarifləndirmənin əhəmiyyətindən danışıb, düzgün dini biliklərin cəmiyyət üçün zəruriliyini vurğulayıb. Bu sahədə, xüsusilə Azərbaycan İlahiyyat İnstitutunun sistemli və elmi əsaslara söykənən təhsil tədris etməsinin cəmiyyət üçün vacib rol oynadığını bildirib.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Mehriban İbadova

Xəbər Lenti

Mədəni qastrol proqramının növbəti ünvanı Mingəçevir şəhəri olub02.04.2026 - 19:57
Şəkidə Aprel döyüşləri şəhidi Elnur İsgəndərovun xatirəsi anılıb02.04.2026 - 19:54
Paytaxtın bir sıra obyektləri və memarlıq abidələri mavi rəngə bürünüb02.04.2026 - 19:46
Mingəçevir Dövlət Dram Teatrına quruluşçu rejissor təyinatı olub02.04.2026 - 19:40
Gənclərin siyasi proseslərdə aktiv iştirakı nə qədər vacibdir? – Politoloqdan açıqlama02.04.2026 - 19:34
Uşaqlarda yaradıcılıq qabiliyyətinin inkişafı üçün rəsm nə qədər vacibdir? – Tanınmış rəssamdan açıqlama02.04.2026 - 19:28
Təhsildə ən böyük problem nədir: proqram, müəllim, yoxsa yanaşma? – Ekspert açıqladı02.04.2026 - 19:26
Yazıçılıq öyrənilə bilən bacarıqdır, yoxsa istedad? – Yazar açıqladı02.04.2026 - 19:24
AzMİU əməkdaşları Ankara Universitetində olublar02.04.2026 - 19:18
DSX Xüsusi Məktəbinin V sinfinə qəbul imtahanı keçiriləcək02.04.2026 - 19:12
Qəbulun II mərhələsi üzrə sınaq imtahana qeydiyyat elan edilib02.04.2026 - 19:08
Universitetin maliyyə səhvlərinə görə tələbələr cavabdeh deyil - RƏSMİ02.04.2026 - 19:02
17 mindən çox əsərin müəllif hüququ tanınıb02.04.2026 - 18:56
“Tarix unudulsa, faciələr təkrarlanır” – professor Qərənfil Dünyaminqızından çağırış02.04.2026 - 18:55
Sabah bağça müəllimlərinin yerdəyişməsi BAŞLAYIR02.04.2026 - 18:54
9-cuların buraxılış imtahanı: zəif nəticə göstərənlər sinifdə QALSIN02.04.2026 - 18:48
Hərbi ekspert Şair Ramaldanov: Müasir müharibələr texnologiya üzərində qurulub02.04.2026 - 18:45
17 yaşlı tələbə Harvarda qəbul oldu02.04.2026 - 18:42
Elmi-tədqiqatlar bal sistemiylə qiymətləndiriləcək02.04.2026 - 18:38
MDU-da “Tədqiqat Mövzu Hovuzu Platforması” təqdim olunub02.04.2026 - 18:35
Nazir müavini Kənan Kərimzadə Lənkəranda olub02.04.2026 - 18:32
ADNSU-dan əsasız iddialara CAVAB02.04.2026 - 18:28
İstanbulda Eldar Mansurovun yaradıcılığına həsr olunmuş konsert keçirilib02.04.2026 - 18:25
NDU-nun Tibb fakültəsinin laboratoriyaları üçün yeni avadanlıqlar və dərsliklər alınıb02.04.2026 - 18:24
Özəl klinikalarda ciddi yoxlamalar: nöqsanlar aşkarlandı02.04.2026 - 18:20
ADAU-da Virtual Reallıq otağı istifadəyə verilib02.04.2026 - 18:18
Elməddin Behbud: İkinci Ümumdünya Gənclər Festivalında Azərbaycanın təcrübəsi maraqla qarşılanıb02.04.2026 - 18:12
Maarifçi realist ədəbiyyatın görkəmli nümayəndəsi - Nəcəf bəy Vəzirov02.04.2026 - 18:08
Praqada “Novruz və Pasxa kuklaların gözü ilə” sərgisi02.04.2026 - 18:02
Nanyang Texnoloji Universitetində Azərbaycan mədəniyyəti təqdim olunub02.04.2026 - 17:55
Elçinin pyesi əsasında hazırlanan tamaşa Cənubi Koreyada yenidən səhnəyə qoyulacaq02.04.2026 - 17:52
Özəl məktəblər üçün 7 lisenziya müraciəti olub02.04.2026 - 17:45
“Oxuyan Peterburq” layihəsində Azərbaycan ədəbiyyatı təbliğ edilib02.04.2026 - 17:44
“Məni dinləyin!” adlı monotamaşa nümayiş olunub02.04.2026 - 17:38
Bakı bağçalarındakı vakant yerlər açıqlandı – Siyahı02.04.2026 - 17:35
TDT-yə üzv dövlətlərin Bakı görüşünün iştirakçıları Milli Xalça Muzeyi ilə tanış olublar02.04.2026 - 17:34
Ramin Nurəliyev: “Süni intellekt dərsləri üçün kadr hazırlığı vacibdir”02.04.2026 - 17:33
Akademik İsmayıl Hacıyev: Azərbaycanda elmin inkişafı dövlət siyasətinin prioritetidir02.04.2026 - 17:26
Tərbiyəçi-müəllimlərin yerdəyişməsi müsabiqəsi başlayır02.04.2026 - 17:25
Yazıçı Zahid Xəlil: “Mövzularımı seçmirəm, onlar məni seçir”02.04.2026 - 17:22
Anadilli əlyazma abidələri dilimizin tarixi inkişafını əks etdirən əsas mənbələr kimi02.04.2026 - 17:18
ADNSU tələbələrinin nəzərinə: Hakatona qeydiyyat başladı02.04.2026 - 17:15
Gənc tədqiqatçıların təşviqi və elmi kadr hazırlığı prioritet istiqamətlərdir02.04.2026 - 17:12
17 mindən çox əsərin müəllif hüququ tanınıb02.04.2026 - 17:05
Aprel döyüşlərində şəhid olan pilotların xatirəsi yad edilib02.04.2026 - 17:04
Qəbul imtahanları üzrə sınaq imtahanına qeydiyyat elan edilib02.04.2026 - 17:00
Bu günə qədər bağlanan təhsil krediti müqavilələrinin sayı nə qədərdir?02.04.2026 - 17:00
Azərbaycanlı doktorant BMT-nin Uşaq Hüquqları Komitəsinə namizəd göstərilib02.04.2026 - 16:55