Təhsil 365 - Logo Mobile

NDU-nun Tibb fakültəsinin laboratoriyaları üçün yeni avadanlıq və dərsliklər alınıb

7402.04.2026 - 16:00
NDU-nun Tibb fakültəsinin laboratoriyaları üçün yeni avadanlıq və dərsliklər alınıb

Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinin laboratoriyaları üçün yeni alınmış avadanlıqlar və “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın icrası çərçivəsində Tibb fakültəsində, eləcə də SABAH qruplarında müasir tibb təhsilinin inkişafına yönəlmiş yeni alınan kitabların təqdimatı olub.

“Tehsil365“ xəbər verir ki, Universitetin Media və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, tədbirdə rektor Elbrus İsayev müasir standartlara cavab verən bu avadanlıqlar tələbələrin nəzəri biliklərinin praktiki bacarıqlarla möhkəmləndirilməsinə geniş imkanlar yaradacağını qeyd edib. Bildirib ki, laboratoriyaların yenilənməsi elmi tədqiqat işlərinin daha səmərəli təşkilinə və gələcək ixtisaslı kadrların hazırlanmasına mühüm töhfə verəcək.

Tədbir çərçivəsində fakültənin Anatomiya, Histologiya, Mulyaj-simulyasiya, Patologiya və Stomatoloji simulyasiya kabinələri, həmçinin Fiziologiya, Əczaçılıq, Mikrobiologiya, Kimya və Stomatoloji texniki laboratoriyaları üçün müasir avadanlıq və reaktivlərin alındığı diqqətə çatdırılıb. Belə ki, Anatomiya kabinəsi müxtəlif orqan və toxuma modelləri, plakatlar və skeletlərlə təchiz edilib. Histologiya kabinəsi DNT və RNT modelləri, hüceyrə quruluşunu əks etdirən vəsaitlər və müxtəlif preparatlar ilə təmin edilib.

Mulyaj-simulyasiya kabinəsində stimulyatorlar və müxtəlif sistemlərin işləmə mexanizmini nümayiş etdirən elektron modellər quraşdırılıb. Stomatoloji simulyasiya kabinəsi isə dəyişilə bilən alt və üst çənə diş modelləri, tikiş sapları və müvafiq alətlərlə təmin olunub.

Fiziologiya laboratoriyası EEQ (elektroensefaloqrafiya) və EKQ (elektrokardioqramma) cihazları, həmçinin eksperimental tədqiqatlar üçün zəruri vasitələrlə təchiz edilib.

Əczaçılıq laboratoriyası üçün liofilizator, titrometr, pH-metr, avtomatik pipetlər, refraktometr, soxslet ekstraktoru, quru qızdırıcı, su hamamı, filtrlər, sınaq şüşələri, çini həvənglər, bitki xammallarından çıxarışların alınması üçün reaktivlər, eləcə də suppozitoriya və kapsul hazırlanması üçün qəliblər alınıb.

Kimya laboratoriyası biokimya üzrə aparılacaq təcrübələr üçün zəruri reaktivlərlə təmin olunub.

Mikrobiologiya laboratoriyası paster sobası, quruducu şkaf, qidalı mühitlər, mikroorqanizmlərin kultivasiyası üçün avadanlıqlar, antibiotik diskləri və digər reaktivlərlə təchiz edilib.

Stomatoloji texniki laboratoriya isə diş ölçülərinin götürülməsi və ekstraksiyası üçün tələb olunan alətlərlə, o cümlədən kəlbətin və elevator dəstləri ilə təmin olunub.

“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın icrası çərçivəsində həmçinin NDU Elmi Kitabxanasına ingilis, rus, türk və Azərbaycan dillərində tibb sahəsi üzrə 112 ədəd müasir kitab təqdim olunub. Bu nəşrlər tələbə və müəllimlərin elmi biliklərinin artırılmasına, müasir tibbi ədəbiyyata və tədrisi ingilis dilində olan ixtisaslarda dərsliklərdən istifadə imkanlarının genişlənməsinə şərait yaradacaq.

Mehriban İbadova

Xəbər Lenti

Mədəni qastrol proqramının növbəti ünvanı Mingəçevir şəhəri olub02.04.2026 - 19:57
Şəkidə Aprel döyüşləri şəhidi Elnur İsgəndərovun xatirəsi anılıb02.04.2026 - 19:54
Paytaxtın bir sıra obyektləri və memarlıq abidələri mavi rəngə bürünüb02.04.2026 - 19:46
Mingəçevir Dövlət Dram Teatrına quruluşçu rejissor təyinatı olub02.04.2026 - 19:40
Gənclərin siyasi proseslərdə aktiv iştirakı nə qədər vacibdir? – Politoloqdan açıqlama02.04.2026 - 19:34
Uşaqlarda yaradıcılıq qabiliyyətinin inkişafı üçün rəsm nə qədər vacibdir? – Tanınmış rəssamdan açıqlama02.04.2026 - 19:28
Təhsildə ən böyük problem nədir: proqram, müəllim, yoxsa yanaşma? – Ekspert açıqladı02.04.2026 - 19:26
Yazıçılıq öyrənilə bilən bacarıqdır, yoxsa istedad? – Yazar açıqladı02.04.2026 - 19:24
AzMİU əməkdaşları Ankara Universitetində olublar02.04.2026 - 19:18
DSX Xüsusi Məktəbinin V sinfinə qəbul imtahanı keçiriləcək02.04.2026 - 19:12
Qəbulun II mərhələsi üzrə sınaq imtahana qeydiyyat elan edilib02.04.2026 - 19:08
Universitetin maliyyə səhvlərinə görə tələbələr cavabdeh deyil - RƏSMİ02.04.2026 - 19:02
17 mindən çox əsərin müəllif hüququ tanınıb02.04.2026 - 18:56
“Tarix unudulsa, faciələr təkrarlanır” – professor Qərənfil Dünyaminqızından çağırış02.04.2026 - 18:55
Sabah bağça müəllimlərinin yerdəyişməsi BAŞLAYIR02.04.2026 - 18:54
9-cuların buraxılış imtahanı: zəif nəticə göstərənlər sinifdə QALSIN02.04.2026 - 18:48
Hərbi ekspert Şair Ramaldanov: Müasir müharibələr texnologiya üzərində qurulub02.04.2026 - 18:45
17 yaşlı tələbə Harvarda qəbul oldu02.04.2026 - 18:42
Elmi-tədqiqatlar bal sistemiylə qiymətləndiriləcək02.04.2026 - 18:38
MDU-da “Tədqiqat Mövzu Hovuzu Platforması” təqdim olunub02.04.2026 - 18:35
Nazir müavini Kənan Kərimzadə Lənkəranda olub02.04.2026 - 18:32
ADNSU-dan əsasız iddialara CAVAB02.04.2026 - 18:28
İstanbulda Eldar Mansurovun yaradıcılığına həsr olunmuş konsert keçirilib02.04.2026 - 18:25
NDU-nun Tibb fakültəsinin laboratoriyaları üçün yeni avadanlıqlar və dərsliklər alınıb02.04.2026 - 18:24
Özəl klinikalarda ciddi yoxlamalar: nöqsanlar aşkarlandı02.04.2026 - 18:20
ADAU-da Virtual Reallıq otağı istifadəyə verilib02.04.2026 - 18:18
Elməddin Behbud: İkinci Ümumdünya Gənclər Festivalında Azərbaycanın təcrübəsi maraqla qarşılanıb02.04.2026 - 18:12
Maarifçi realist ədəbiyyatın görkəmli nümayəndəsi - Nəcəf bəy Vəzirov02.04.2026 - 18:08
Praqada “Novruz və Pasxa kuklaların gözü ilə” sərgisi02.04.2026 - 18:02
Nanyang Texnoloji Universitetində Azərbaycan mədəniyyəti təqdim olunub02.04.2026 - 17:55
Elçinin pyesi əsasında hazırlanan tamaşa Cənubi Koreyada yenidən səhnəyə qoyulacaq02.04.2026 - 17:52
Özəl məktəblər üçün 7 lisenziya müraciəti olub02.04.2026 - 17:45
“Oxuyan Peterburq” layihəsində Azərbaycan ədəbiyyatı təbliğ edilib02.04.2026 - 17:44
“Məni dinləyin!” adlı monotamaşa nümayiş olunub02.04.2026 - 17:38
Bakı bağçalarındakı vakant yerlər açıqlandı – Siyahı02.04.2026 - 17:35
TDT-yə üzv dövlətlərin Bakı görüşünün iştirakçıları Milli Xalça Muzeyi ilə tanış olublar02.04.2026 - 17:34
Ramin Nurəliyev: “Süni intellekt dərsləri üçün kadr hazırlığı vacibdir”02.04.2026 - 17:33
Akademik İsmayıl Hacıyev: Azərbaycanda elmin inkişafı dövlət siyasətinin prioritetidir02.04.2026 - 17:26
Tərbiyəçi-müəllimlərin yerdəyişməsi müsabiqəsi başlayır02.04.2026 - 17:25
Yazıçı Zahid Xəlil: “Mövzularımı seçmirəm, onlar məni seçir”02.04.2026 - 17:22
Anadilli əlyazma abidələri dilimizin tarixi inkişafını əks etdirən əsas mənbələr kimi02.04.2026 - 17:18
ADNSU tələbələrinin nəzərinə: Hakatona qeydiyyat başladı02.04.2026 - 17:15
Gənc tədqiqatçıların təşviqi və elmi kadr hazırlığı prioritet istiqamətlərdir02.04.2026 - 17:12
17 mindən çox əsərin müəllif hüququ tanınıb02.04.2026 - 17:05
Aprel döyüşlərində şəhid olan pilotların xatirəsi yad edilib02.04.2026 - 17:04
Bu günə qədər bağlanan təhsil krediti müqavilələrinin sayı nə qədərdir?02.04.2026 - 17:00
Qəbul imtahanları üzrə sınaq imtahanına qeydiyyat elan edilib02.04.2026 - 17:00
Azərbaycanlı doktorant BMT-nin Uşaq Hüquqları Komitəsinə namizəd göstərilib02.04.2026 - 16:55