Təhsil 365 - Logo Mobile

Anadilli əlyazma abidələri dilimizin tarixi inkişafını əks etdirən əsas mənbələr kimi

7602.04.2026 - 17:18
Anadilli əlyazma abidələri dilimizin tarixi inkişafını əks etdirən əsas mənbələr kimi

Azərbaycan xalqının zəngin yazılı irsinin mühüm hissəsini təşkil edən anadilli əlyazma abidələri dilimizin tarixi inkişaf mərhələlərinin, ədəbi dil normalarının təşəkkülü və sabitləşməsi prosesinin öyrənilməsi baxımından müstəsna elmi əhəmiyyətə malikdir. Bu əlyazmalar Azərbaycan ədəbi dilinin formalaşma tarixinin, onun fonetik, leksik, morfoloji və sintaktik xüsusiyyətlərinin, eləcə də ümumtürk dil mühiti ilə qarşılıqlı əlaqələrinin müəyyənləşdirilməsində əsas mənbələrdən biridir.

Bu fikirlər AMEA Məhəmməd Füzuli adına Əlyazmaları İnstitutunun Türkdilli əlyazmaların tədqiqi şöbəsinin müdiri Filologiya üzrə fəlsəfə doktoru, dosent Lamiyə Rəhimovanın “Tehsil365"ə təqdim etdiyi “Anadilli əlyazma abidələri dilimizin tarixi inkişafını əks etdirən əsas mənbələr kimi” məqaləsində yer alıb. Məqalədə qeyd olunur ki, Azərbaycan ərazisində qorunub saxlanılan ən qədim türkdilli əlyazma nümunələrinin bir qismi XIII əsrə aiddir. Həmin dövrdə Təbriz, Marağa, Ərdəbil kimi iri mədəni və iqtisadi mərkəzlərdə formalaşmış zəngin elmi-ədəbi mühit yazılı ənənələrin inkişafına əlverişli zəmin yaradıb. Sözügedən əlyazmalar Azərbaycan dilinin ilkin inkişaf mərhələlərini əks etdirməklə yanaşı, qədim ümumtürk yazı ənənəsi ilə bilavasitə bağlıdır. Bu baxımdan “Göytürk yazılı abidələri” və “Divanü lüğətit türk” kimi fundamental abidələr türk dillərinin erkən leksik, qrammatik və üslubi xüsusiyyətlərinin öyrənilməsi üçün mühüm müqayisəli material təqdim edir və Azərbaycan ədəbi dilinin tarixi köklərinin ümumtürk kontekstində araşdırılmasına imkan yaradır. Azərbaycan dilində yaradılmış erkən poetik abidələr sırasında XIII əsr müəllifi Əlinin “Qisseyi-Yusif”, XIV əsr müəllifləri Suli Fəqihin “Yusif və Züleyxa” ,Yusif Məddahın “Vərqa və Gülşah”, Ümmi İsanın “Mehr və Vəfa” poemaları, Şəms Təbriziyə aid şeirlərin tərcümələri, həmçinin İmadəddin Nəsiminin dövrünə yaxın köçürülmüş “Divan”ın nüsxəsi mühüm yer tutur. Xüsusilə Yusif Məddahın “Vərqa və Gülşah” poemasının filiqranlı İtaliya kağızı üzərində XVI əsrdə köçürülmüş əlyazma nüsxəsi erkən anadilli poetik ənənənin öyrənilməsi baxımından qiymətli mənbədir və dilimizin klassikləşmə prosesinin ilkin mərhələlərini əks etdirir.

Azərbaycan ədəbi dilinin klassik mərhələsinin inkişafında Məhəmməd Füzulinin yaradıcılığı xüsusi rol oynamışdır. Onun anadilli Divanının əlyazma nüsxələri Azərbaycan türkcəsinin poetik imkanlarının genişliyini, üslubi zənginliyini və normativ xüsusiyyətlərini aydın şəkildə nümayiş etdirir. Eyni zamanda XIX əsr Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Xurşidbanu Natəvanın “Gül dəftəri” albomu da dilimizin poetik-üslubi inkişafının mühüm göstəricilərindəndir. Hər iki abidənin UNESCO tərəfindən dünya əhəmiyyətli sənədli irs nümunələri kimi tanınması onların yalnız milli deyil, ümumbəşəri mədəni irs baxımından da yüksək dəyərə malik olduğunu təsdiq edir.

XVIII əsrdə yaşamış görkəmli Azərbaycan şairi Molla Pənah Vaqifin yaradıcılığı Azərbaycan ədəbi dilinin inkişafında yeni mərhələnin başlanğıcını qoymuşdur. Onun poeziyası ədəbi dilin xalq danışıq dili ilə yaxınlaşmasına, dilin sadələşməsinə, canlı danışıq elementləri ilə zənginləşməsinə və milli dil normalarının möhkəmlənməsinə mühüm təsir göstərib.

Türkdilli əlyazma irsinin tərkib hissəsi kimi qorunub saxlanılan Əlişir Nəvainin, eləcə də Osmanlı ədəbiyyatının görkəmli nümayəndələri olan Mustafa Naili, Əlaəddin Sabit və Əhməd Nədimin “Divan”larının nüsxələrinin müəlliflərin yaşadığı dövrə yaxın köçürülməsi, xüsusilə son iki şairin əsərinin avtoqraf nüsxə olması türkdilli ədəbi mühitin inkişaf xüsusiyyətlərini, mətnlərin autentikliyini və dil xüsusiyyətlərinin ilkin formasını öyrənmək baxımından mühüm elmi əhəmiyyətə malikdir. Bu cür əlyazmalar Azərbaycan dilinin ümumtürk ədəbi sistemi daxilində tutduğu mövqeyi müəyyənləşdirmək üçün də qiymətli mənbə rolunu oynayır.

Türkdilli əlyazma abidələrinin aşkara çıxarılması, qorunması, sistemləşdirilməsi və elmi əsaslarla tədqiqi istiqamətində bir sıra görkəmli alimlərin müstəsna xidmətləri olub. Bu sahənin formalaşması və inkişafında Əliabbas Müznib, Salman Mümtaz, Həmid Araslı, Mirzağa Quluzadə, Məmmədağa Sultanov, Cahangir Qəhrəmanov, Araz Dadaşzadə, Əzizağa Məmmədov, Şamil Cəmşidov, Məmməd Adilov, Zəminə Hacıyeva, Paşa Kərimov və Nəzakət Məmmədova kimi alimlər mühüm elmi nailiyyətlər əldə etmişlər. Müasir dövrdə isə bu ənənə Teymur Kərimli, Azadə Musayeva, Möhsün Nağısoylu, Raqub Kərimov, Əkrəm Bağırov, Nailə Səmədova, Əli Əliyev və Aybəniz Rəhimova kimi tədqiqatçılar tərəfindən uğurla davam etdirilir.

Nərmin Mustafayeva

Xəbər Lenti

Vətən Müharibəsi Qəhrəmanı Səxavət Baxışovun xidmət yolu03.04.2026 - 06:00
Məmmədəli Hüseynovun elmi irsi və Azərbaycan paleontologiyasına töhfələri03.04.2026 - 05:42
Şəfiqə Qasımovanın teatr və kino sənətində izi03.04.2026 - 05:18
Xalq rəssamı Asəf Cəfərovun sənət yolu və irsi03.04.2026 - 05:06
Vasili Nikolskinin Azərbaycan Opera Sənətindəki Xidmətləri03.04.2026 - 04:54
Qaraqanın Yaradıcılığı və Müasir Azərbaycan Mədəniyyətində Yeri03.04.2026 - 04:36
Rövnəq Abdullayevin Fəaliyyəti və Dövlət Xidmətində Rolu03.04.2026 - 04:18
Heydər Hüseynovun İrsinə Bir Baxış03.04.2026 - 04:00
Mədəni qastrol proqramının növbəti ünvanı Mingəçevir şəhəri olub02.04.2026 - 19:57
Şəkidə Aprel döyüşləri şəhidi Elnur İsgəndərovun xatirəsi anılıb02.04.2026 - 19:54
Paytaxtın bir sıra obyektləri və memarlıq abidələri mavi rəngə bürünüb02.04.2026 - 19:46
Mingəçevir Dövlət Dram Teatrına quruluşçu rejissor təyinatı olub02.04.2026 - 19:40
Gənclərin siyasi proseslərdə aktiv iştirakı nə qədər vacibdir? – Politoloqdan açıqlama02.04.2026 - 19:34
Uşaqlarda yaradıcılıq qabiliyyətinin inkişafı üçün rəsm nə qədər vacibdir? – Tanınmış rəssamdan açıqlama02.04.2026 - 19:28
Təhsildə ən böyük problem nədir: proqram, müəllim, yoxsa yanaşma? – Ekspert açıqladı02.04.2026 - 19:26
Yazıçılıq öyrənilə bilən bacarıqdır, yoxsa istedad? – Yazar açıqladı02.04.2026 - 19:24
AzMİU əməkdaşları Ankara Universitetində olublar02.04.2026 - 19:18
DSX Xüsusi Məktəbinin V sinfinə qəbul imtahanı keçiriləcək02.04.2026 - 19:12
Qəbulun II mərhələsi üzrə sınaq imtahana qeydiyyat elan edilib02.04.2026 - 19:08
Universitetin maliyyə səhvlərinə görə tələbələr cavabdeh deyil - RƏSMİ02.04.2026 - 19:02
17 mindən çox əsərin müəllif hüququ tanınıb02.04.2026 - 18:56
“Tarix unudulsa, faciələr təkrarlanır” – professor Qərənfil Dünyaminqızından çağırış02.04.2026 - 18:55
Sabah bağça müəllimlərinin yerdəyişməsi BAŞLAYIR02.04.2026 - 18:54
9-cuların buraxılış imtahanı: zəif nəticə göstərənlər sinifdə QALSIN02.04.2026 - 18:48
Hərbi ekspert Şair Ramaldanov: Müasir müharibələr texnologiya üzərində qurulub02.04.2026 - 18:45
17 yaşlı tələbə Harvarda qəbul oldu02.04.2026 - 18:42
Elmi-tədqiqatlar bal sistemiylə qiymətləndiriləcək02.04.2026 - 18:38
MDU-da “Tədqiqat Mövzu Hovuzu Platforması” təqdim olunub02.04.2026 - 18:35
Nazir müavini Kənan Kərimzadə Lənkəranda olub02.04.2026 - 18:32
ADNSU-dan əsasız iddialara CAVAB02.04.2026 - 18:28
İstanbulda Eldar Mansurovun yaradıcılığına həsr olunmuş konsert keçirilib02.04.2026 - 18:25
NDU-nun Tibb fakültəsinin laboratoriyaları üçün yeni avadanlıqlar və dərsliklər alınıb02.04.2026 - 18:24
Özəl klinikalarda ciddi yoxlamalar: nöqsanlar aşkarlandı02.04.2026 - 18:20
ADAU-da Virtual Reallıq otağı istifadəyə verilib02.04.2026 - 18:18
Elməddin Behbud: İkinci Ümumdünya Gənclər Festivalında Azərbaycanın təcrübəsi maraqla qarşılanıb02.04.2026 - 18:12
Maarifçi realist ədəbiyyatın görkəmli nümayəndəsi - Nəcəf bəy Vəzirov02.04.2026 - 18:08
Praqada “Novruz və Pasxa kuklaların gözü ilə” sərgisi02.04.2026 - 18:02
Nanyang Texnoloji Universitetində Azərbaycan mədəniyyəti təqdim olunub02.04.2026 - 17:55
Elçinin pyesi əsasında hazırlanan tamaşa Cənubi Koreyada yenidən səhnəyə qoyulacaq02.04.2026 - 17:52
Özəl məktəblər üçün 7 lisenziya müraciəti olub02.04.2026 - 17:45
“Oxuyan Peterburq” layihəsində Azərbaycan ədəbiyyatı təbliğ edilib02.04.2026 - 17:44
“Məni dinləyin!” adlı monotamaşa nümayiş olunub02.04.2026 - 17:38
Bakı bağçalarındakı vakant yerlər açıqlandı – Siyahı02.04.2026 - 17:35
TDT-yə üzv dövlətlərin Bakı görüşünün iştirakçıları Milli Xalça Muzeyi ilə tanış olublar02.04.2026 - 17:34
Ramin Nurəliyev: “Süni intellekt dərsləri üçün kadr hazırlığı vacibdir”02.04.2026 - 17:33
Akademik İsmayıl Hacıyev: Azərbaycanda elmin inkişafı dövlət siyasətinin prioritetidir02.04.2026 - 17:26
Tərbiyəçi-müəllimlərin yerdəyişməsi müsabiqəsi başlayır02.04.2026 - 17:25
Yazıçı Zahid Xəlil: “Mövzularımı seçmirəm, onlar məni seçir”02.04.2026 - 17:22