Təhsil 365 - Logo Mobile

ADNSU-dan əsasız iddialara CAVAB

7502.04.2026 - 18:28
ADNSU-dan əsasız iddialara CAVAB

2025–2026-cı tədris ili ərzində ADNSU-da təhsilin keyfiyyətinin yüksəldilməsi, yeni elmi layihələrin icrası, müasir proqramların tətbiqi, tədqiqat fəaliyyətinin genişləndirilməsi və beynəlxalq elmi-metrik bazalarda mövqelərin gücləndirilməsi istiqamətində əhəmiyyətli nəticələr əldə olunub.Bununla yanaşı, son dövrdə bəzi media orqanlarında universitetin fəaliyyəti ilə bağlı qarşı tərəfin mövqeyi öyrənilmədən, birtərəfli və qərəzli xarakter daşıyan materiallar yayılıb. ADNSU olaraq hesab edirik ki, ictimai müzakirələr emosional və şəxsi mülahizələrə deyil, faktlara, real göstəricilərə və rəsmi məlumatlara əsaslanmalıdır.

Ədalətli və şəffaf işə qəbul prosesi

2025-2026-cı tədris ilində genişmiqyaslı və şəffaf işə qəbul prosesi təşkil olunub. Belə ki, 470 vakansiya elan edilib və müvafiq komissiya tərəfindən seçim prosesi ədalətli şəkildə aparılıb. Nəticədə yeni müəllimlər, o cümlədən xaricdə təhsil almış məzunlar işə cəlb olunub, bir sıra əməkdaşlar isə daha yüksək vəzifələrə təyin edilib. Staistik məlumatara nəzər saldıqda görərik ki, qeyd olunan dövrdə 470 vakant yerə qarşı 6780 nəfər müraciət edib, 1146 müsahibə keçirilib və 468 nəfər işə qəbul olunub. Onu da qeyd edək ki, 200-dən artıq nəfər universitet əməkdaşı (xüsusilə gənclər)arasında vəzifədə irəli çəkilib və 30-dan artıq xaricdə təhsil alan məzunumuz ADNSU-da işə cəlb olunub.Qohumluq və ya tanışlıq əlaqələri əsasında işə qəbul barədə məlumat tamamilə böhtan xarakterlidir. Əksinə, universitetdə bir sıra vəzifələrə məhz ADNSU-nun öz gənc əməkdaşları irəli çəkilib. Həmçinin qeyd edilməlidir ki, mediada səsləndirilən iddiaların əksinə olaraq, heç bir dekan dəyişdirilməyib; yalnız bəzi struktur vəzifələr üzrə universitetin öz daxili kadr potensialından istifadə olunub və bu proses institusional qaydalar çərçivəsində həyata keçirilib.

Əməkhaqlarında artım

Eyni zamanda, 1 dekabr 2025-ci il tarixində ADNSU-nun Elmi Şurasının qərarı ilə professor-müəllim heyətinin əməkhaqları artırılıb. Qərara əsasən, dekan, kafedra müdirləri, dosentlər, baş müəllim və müəllimlərin maaşları 20%, tyutorların 33%, laborantların isə 20% artırılıb. Bu addım universitetdə akademik heyətin sosial rifahının gücləndirilməsi istiqamətində atılmış mühüm qərarlardan biridir.

Elm və tədqiqat sahəsində real irəliləyiş

ADNSU-da elmi nəticələrə əsaslanan diferensial əməkhaqqı sistemi tətbiq edilir. 2025-ci ildə 270 əməkdaş bu imkandan yararlanıb 2026-cı ildə isə elmə ayrılan diferensial əməkhaqqı büdcəsi daha artırılaraq 3 milyon azn təşkil edəcəkdir. İlk dəfə olaraq 8 tədqiqatçı müəllim təyin olunub və onlar tədrislə yanaşı, elmi fəaliyyətin inkişafına mühüm töhfələr veriblər. Daxili qrant elan olunub və 18 elmi layihə universitet tərəfindən maliyyələşdirib. Təkcə 2025-ci ildə professor-müəllim heyətinin “Scopus”-da 726 məqaləsi dərc olunub, bu da keçən ilə münasibətdə 16% artıqdır.

Tələbələr üçün beynəlxalq imkanlar

ADNSU tələbələrinin xarici universitetlərdə mübadilə proqramlarında iştirakı əhəmiyyətli dərəcədə artıb. Belə ki, 2025-2026 tədris ilinin yaz sesiyasında 76 tələbə 1 semesterlik mübadilə proqramına göndərilib. Göndərilən ölkələr arasında İsveç, Fransa, Böyük Britaniya, Qazaxıstan və Özbəkistan yer almışdır. Koreya və Almanya universitetlərinə də mübadilə elan olunmuşdur.

Beynəlxalq reytinqlərdə yüksələn mövqe

ADNSU 2025-ci ilin may ayında “QS Stars” auditində maksimum göstərici olan 5 ulduzla qiymətləndirilib. 2026-cı ilin mart ayında ADNSU “QS World University Rankings”in fənn reytinqində neft mühəndisliyi üzrə 101–150, kompüter elmləri və informasiya sistemləri üzrə isə 451–500 intervalında qərarlaşıb. Carı ilin mart ayında ADNSU həmçinin QS reytinq agentliyinin fənn sahələri üzrə 2026-cı il cədvəlində iki fənn üzrə yüksək pillədə yer alıb. Eyni zamanda ADNSU “QS Avropa Universitetləri Reytinqi 2026”-da 45 pillə irəliləyərək 958 Avropa universiteti arasında 349-cu yerdə qərarlaşıb. Eyni zamanda, ADNSU-da bir sıra beynəlxalq və yerli konfranslar, forumlar təşkil olunub. Universitet “Mərkəzi Asiya+ Rektorlar Klubunun VI görüşü”, “NASCO XXVIII” elmi konfransı kimi nüfuzlu tədbirlərə ev sahibliyi edib və “AICC CASPIAN 2025”də tərəfdaş kimi iştirak edərək mükafat qazanıb.

İngilis dili tələbi ilə bağlı mövqe

Tənqidi yazılarda qaldırılan məsələlərdən biri də ingilis dilinin rolu ilə bağlıdır. Qeyd etmək lazımdır ki, ADNSU-da müəllimlərin peşəkar bilik və bacarıqları daim diqqət mərkəzində saxlanılır. Tədrisin təxminən 25%-i ingilis dilində aparılır və bu səbəbdən müəllimlərin bir qisminin bu dili yüksək səviyyədə bilməsi vacibdir. Tədris dili ingilis dilidirsə, müəllim ingilis dilində dərs keçməlidir.

Mövcud çətinliklərlə bağlı mövqe

Universitet rəhbərliyi bəzi keçid dövrü çətinliklərini də gizlətmir. Öz əməkdaşlarımız tərəfindən hazırlanmış yeni LMS sistemi ilkin mərhələdə müəllim və tələbələr arasında müəyyən narahatlıq yaradıb. Hazırda adaptasiya və maarifləndirmə prosesi davam edir. Eyni zamanda, təqaüdlərin gecikməsi ilə bağlı yaranmış narahatlıq da universitet tərəfindən qəbul olunur və bu halın təkrarlanmaması üçün zəruri addımlar atılır.

Qeyd olunanlar ADNSU-nun son dövrdə əldə etdiyi nailiyyətlərin yalnız bir hissəsidir. Universitetin fəaliyyəti ictimaiyyətə açıqdır və görülən işlər barədə mütəmadi məlumat verilir. Eyni zamanda, cəmiyyətdən gələn rəy və təkliflər diqqətlə nəzərdən keçirilir. Universitet ətrafında gedən müzakirələr müsbət hal kimi qiymətləndirilir. Lakin bu müzakirələrin emosiyalara deyil, faktlara, real nəticələrə və konkret göstəricilərə əsaslanması daha faydalı olardı. Media qanuna əməl etmədən şər böhtan xarakterli yazılar verən mətbuat orqanları haqqında Medianın İdarə Olunması Agentliyinə şikayət yönləndiriləcəkdir:14.1.11. faktlar və hadisələr qərəzsiz və obyektiv tədqim olunmalı, birtərəfliliyə yol verilməməlidir.

Nərmin Mustafayeva

Xəbər Lenti

Vətən Müharibəsi Qəhrəmanı Səxavət Baxışovun xidmət yolu03.04.2026 - 06:00
Məmmədəli Hüseynovun elmi irsi və Azərbaycan paleontologiyasına töhfələri03.04.2026 - 05:42
Şəfiqə Qasımovanın teatr və kino sənətində izi03.04.2026 - 05:18
Xalq rəssamı Asəf Cəfərovun sənət yolu və irsi03.04.2026 - 05:06
Vasili Nikolskinin Azərbaycan Opera Sənətindəki Xidmətləri03.04.2026 - 04:54
Qaraqanın Yaradıcılığı və Müasir Azərbaycan Mədəniyyətində Yeri03.04.2026 - 04:36
Rövnəq Abdullayevin Fəaliyyəti və Dövlət Xidmətində Rolu03.04.2026 - 04:18
Heydər Hüseynovun İrsinə Bir Baxış03.04.2026 - 04:00
Mədəni qastrol proqramının növbəti ünvanı Mingəçevir şəhəri olub02.04.2026 - 19:57
Şəkidə Aprel döyüşləri şəhidi Elnur İsgəndərovun xatirəsi anılıb02.04.2026 - 19:54
Paytaxtın bir sıra obyektləri və memarlıq abidələri mavi rəngə bürünüb02.04.2026 - 19:46
Mingəçevir Dövlət Dram Teatrına quruluşçu rejissor təyinatı olub02.04.2026 - 19:40
Gənclərin siyasi proseslərdə aktiv iştirakı nə qədər vacibdir? – Politoloqdan açıqlama02.04.2026 - 19:34
Uşaqlarda yaradıcılıq qabiliyyətinin inkişafı üçün rəsm nə qədər vacibdir? – Tanınmış rəssamdan açıqlama02.04.2026 - 19:28
Təhsildə ən böyük problem nədir: proqram, müəllim, yoxsa yanaşma? – Ekspert açıqladı02.04.2026 - 19:26
Yazıçılıq öyrənilə bilən bacarıqdır, yoxsa istedad? – Yazar açıqladı02.04.2026 - 19:24
AzMİU əməkdaşları Ankara Universitetində olublar02.04.2026 - 19:18
DSX Xüsusi Məktəbinin V sinfinə qəbul imtahanı keçiriləcək02.04.2026 - 19:12
Qəbulun II mərhələsi üzrə sınaq imtahana qeydiyyat elan edilib02.04.2026 - 19:08
Universitetin maliyyə səhvlərinə görə tələbələr cavabdeh deyil - RƏSMİ02.04.2026 - 19:02
17 mindən çox əsərin müəllif hüququ tanınıb02.04.2026 - 18:56
“Tarix unudulsa, faciələr təkrarlanır” – professor Qərənfil Dünyaminqızından çağırış02.04.2026 - 18:55
Sabah bağça müəllimlərinin yerdəyişməsi BAŞLAYIR02.04.2026 - 18:54
9-cuların buraxılış imtahanı: zəif nəticə göstərənlər sinifdə QALSIN02.04.2026 - 18:48
Hərbi ekspert Şair Ramaldanov: Müasir müharibələr texnologiya üzərində qurulub02.04.2026 - 18:45
17 yaşlı tələbə Harvarda qəbul oldu02.04.2026 - 18:42
Elmi-tədqiqatlar bal sistemiylə qiymətləndiriləcək02.04.2026 - 18:38
MDU-da “Tədqiqat Mövzu Hovuzu Platforması” təqdim olunub02.04.2026 - 18:35
Nazir müavini Kənan Kərimzadə Lənkəranda olub02.04.2026 - 18:32
İstanbulda Eldar Mansurovun yaradıcılığına həsr olunmuş konsert keçirilib02.04.2026 - 18:25
NDU-nun Tibb fakültəsinin laboratoriyaları üçün yeni avadanlıqlar və dərsliklər alınıb02.04.2026 - 18:24
Özəl klinikalarda ciddi yoxlamalar: nöqsanlar aşkarlandı02.04.2026 - 18:20
ADAU-da Virtual Reallıq otağı istifadəyə verilib02.04.2026 - 18:18
Elməddin Behbud: İkinci Ümumdünya Gənclər Festivalında Azərbaycanın təcrübəsi maraqla qarşılanıb02.04.2026 - 18:12
Maarifçi realist ədəbiyyatın görkəmli nümayəndəsi - Nəcəf bəy Vəzirov02.04.2026 - 18:08
Praqada “Novruz və Pasxa kuklaların gözü ilə” sərgisi02.04.2026 - 18:02
Nanyang Texnoloji Universitetində Azərbaycan mədəniyyəti təqdim olunub02.04.2026 - 17:55
Elçinin pyesi əsasında hazırlanan tamaşa Cənubi Koreyada yenidən səhnəyə qoyulacaq02.04.2026 - 17:52
Özəl məktəblər üçün 7 lisenziya müraciəti olub02.04.2026 - 17:45
“Oxuyan Peterburq” layihəsində Azərbaycan ədəbiyyatı təbliğ edilib02.04.2026 - 17:44
“Məni dinləyin!” adlı monotamaşa nümayiş olunub02.04.2026 - 17:38
Bakı bağçalarındakı vakant yerlər açıqlandı – Siyahı02.04.2026 - 17:35
TDT-yə üzv dövlətlərin Bakı görüşünün iştirakçıları Milli Xalça Muzeyi ilə tanış olublar02.04.2026 - 17:34
Ramin Nurəliyev: “Süni intellekt dərsləri üçün kadr hazırlığı vacibdir”02.04.2026 - 17:33
Akademik İsmayıl Hacıyev: Azərbaycanda elmin inkişafı dövlət siyasətinin prioritetidir02.04.2026 - 17:26
Tərbiyəçi-müəllimlərin yerdəyişməsi müsabiqəsi başlayır02.04.2026 - 17:25
Yazıçı Zahid Xəlil: “Mövzularımı seçmirəm, onlar məni seçir”02.04.2026 - 17:22