Təhsil 365 - Logo Mobile

MDU-da “Tədqiqat Mövzu Hovuzu Platforması” təqdim olunub

7402.04.2026 - 18:35
MDU-da “Tədqiqat Mövzu Hovuzu Platforması” təqdim olunub

2026-cı ilin 2 aprel tarixində Mingəçevir Dövlət Universitetində “Tədqiqat Mövzu Hovuzu Platforması”nın təqdimat mərasimi keçirilib. “Azərbaycan İES” MMC-də keçirilən tədbirdə universitetin rektoru Anar Eminov, stansiyanın inzibati heyəti, MDU-nun akademik və inzibati heyət üzvləri, həmçinin əmək bazarı və sənaye nümayəndələri iştirak ediblər.

“Tehsil365" xəbər verir ki, Mingəçevir Dövlət Universiteti daha bir ilkə imza ataraq Türkiyənin Orta Doğu Teknik Universitetinin (OTDU) yanaşmasını tətbiq etməyə başlayıb. Yeni yanaşmaya əsasən magistr dissertasiyaları real sektorla birbaşa əlaqələndirilir və tətbiqi xarakter daşıyır.

Təqdimat mərasimində çıxış edən rektor Anar Eminov platformanın universitet–sənaye inteqrasiyası baxımından əhəmiyyətini vurğulayıb. Bildirib ki, bu innovativ yanaşma tələbələrin yalnız nəzəri biliklərlə deyil, real sektorun problemlərinin həlli bacarıqları ilə formalaşmasına xidmət edir. Rektor platformanın yaradılmasında Ege Universitetinin təcrübəsinin mühüm rol oynadığını qeyd edib, həmçinin Türkiyənin Orta Doğu Teknik Universitetinin rəhbərliyinə göstərdikləri dəstəyə görə təşəkkürünü ifadə edib.

Rektor çıxışında platformanın funksional imkanlarını diqqətə çatdıraraq bildirib ki, “Tədqiqat Mövzu Hovuzu Platforması” magistrantlara sənaye və dövlət qurumlarının real ehtiyaclarından irəli gələn tədqiqat mövzularını seçmək imkanı yaradır. Eyni zamanda, tələbələr öz elmi-tədqiqat fəaliyyətlərini vahid rəqəmsal mühitdə idarə edə, dissertasiya prosesinin bütün mərhələlərini – planlaşdırmadan müdafiəyədək – sistemli şəkildə izləyə bilirlər. Platforma plagiat yoxlanışı, elmi-pedaqoji təcrübənin monitorinqi və müdafiə qrafiklərinə çıxış kimi funksiyalarla təchiz olunub.

Qeyd edilib ki, tətbiq olunan bu model vasitəsilə Azərbaycanda ilk dəfə olaraq təhsil, elm və sənaye vahid platforma üzərindən inteqrasiya edilərək qarşılıqlı şəkildə təkmilləşdiriləcək, dissertasiya işləri isə tətbiqi layihələrə çevriləcəkdir.

Təqdimat çərçivəsində çıxış edənlər tərəfindən bildirilib ki, platforma sənaye tərəfdaşları və dövlət qurumları tərəfindən təqdim edilən aktual problemləri vahid məlumat bazasında toplayaraq magistrantların istifadəsinə açıq edir. Bu isə tədqiqat mövzularının real iqtisadi və sosial ehtiyaclara uyğunluğunu təmin edir.

Eyni zamanda tədbirdə Mingəçevir Dövlət Universitetində magistr dissertasiyalarının hazırlanması üzrə yeni modelin tətbiqinə başlanıldığı diqqətə çatdırılıb. Yeni metodiki sistemə əsasən dissertasiyalar yalnız akademik tədqiqat işi kimi deyil, həm də tətbiqi xarakterli layihələr kimi formalaşdırılır. Mövzular universitet strukturları ilə yanaşı, sənaye müəssisələri və dövlət qurumlarının təqdim etdiyi real problemlər əsasında müəyyən edilir.

Tətbiq olunan modelə görə magistrantlar tədqiqat prosesində müasir elmi metodlardan, o cümlədən analitik, ekonometrik və rəqəmsal alətlərdən istifadə edir, real məlumatlar üzərində işləyir və praktik tətbiq imkanına malik nəticələr formalaşdırırlar. Yeni qaydalar dissertasiya prosesinin bütün mərhələlərini – mövzu seçimi, tədqiqatın aparılması, monitorinq, ilkin və yekun müdafiə, həmçinin nəticələrin sənayeyə təqdim olunmasını sistemli şəkildə tənzimləyir.

Bildirilib ki, platformaya ilk töhfə Türkiyənin Orta Doğu Teknik Universiteti tərəfindən verilib. Universitet tərəfindən 5 praktiki tədqiqat mövzusu təqdim olunmuş və həmin mövzular üzrə elmi rəhbərlər təyin edilib. Bu çərçivədə OTDU-nun prorektoru Prof. Ömer Delialioğlu və digər alimlər elmi rəhbər qismində prosesə cəlb olunublar.

Eyni zamanda, Ege Universiteti və Huawei şirkəti platformanın yaradılması prosesində mühüm dəstək göstəriblər.

Layihə çərçivəsində tədqiqat fəaliyyətinin rəqəmsallaşdırılması istiqamətində də mühüm addımlar atılıb. Belə ki, “Tədqiqat Mövzu Hovuzu Platforması” ilə yanaşı, universitetin xüsusi tədqiqat portalı – research.mdu.edu.az istifadəyə verilib. Bu portal vasitəsilə mövzu seçimi, elmi rəhbərlə əlaqələndirmə, tədqiqat prosesinin monitorinqi və nəticələrin paylaşılması vahid rəqəmsal mühitdə həyata keçirilir.

Qeyd olunub ki, yeni modelin hazırlanması və icrası universitetin elmi-tədqiqat potensialını birləşdirən iki əsas struktur – Süni İntellekt və Rəqəmsal Texnologiyalar İnstitutu və Dayanıqlı Enerji və Regional İnkişaf İnstitutu tərəfindən həyata keçirilir. Bu institutlar dissertasiya mövzularının formalaşdırılması, müasir metodların tətbiqi, rəqəmsal platformaların idarə olunması və sənaye ilə əlaqələrin qurulmasında əsas icraedici və koordinasiyaedici mərkəz kimi çıxış edir.

Süni İntellekt və Rəqəmsal Texnologiyalar İnstitutu tədqiqat prosesinə süni intellekt əsaslı analiz metodlarının və innovativ texnologiyaların inteqrasiyasını təmin edir, Dayanıqlı Enerji və Regional İnkişaf İnstitutu isə layihələrin regional inkişaf, enerji səmərəliliyi və dayanıqlı iqtisadi modellərlə əlaqələndirilməsinə töhfə verir.

Sonda iştirakçılar platformanın funksionallığı ilə yaxından tanış olub, onun tətbiqi və gələcək inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparıblar. Qeyd edilib ki, bu model ali təhsil ilə sənaye arasında sistemli və davamlı əməkdaşlığın gücləndirilməsinə, elmi-tədqiqat fəaliyyətinin praktik yönümlülüyünün artırılmasına və innovativ ideyaların real sektora inteqrasiyasına mühüm töhfə verəcəkdir.

Nərmin Mustafayeva

Xəbər Lenti

Mədəni qastrol proqramının növbəti ünvanı Mingəçevir şəhəri olub02.04.2026 - 19:57
Şəkidə Aprel döyüşləri şəhidi Elnur İsgəndərovun xatirəsi anılıb02.04.2026 - 19:54
Paytaxtın bir sıra obyektləri və memarlıq abidələri mavi rəngə bürünüb02.04.2026 - 19:46
Mingəçevir Dövlət Dram Teatrına quruluşçu rejissor təyinatı olub02.04.2026 - 19:40
Gənclərin siyasi proseslərdə aktiv iştirakı nə qədər vacibdir? – Politoloqdan açıqlama02.04.2026 - 19:34
Uşaqlarda yaradıcılıq qabiliyyətinin inkişafı üçün rəsm nə qədər vacibdir? – Tanınmış rəssamdan açıqlama02.04.2026 - 19:28
Təhsildə ən böyük problem nədir: proqram, müəllim, yoxsa yanaşma? – Ekspert açıqladı02.04.2026 - 19:26
Yazıçılıq öyrənilə bilən bacarıqdır, yoxsa istedad? – Yazar açıqladı02.04.2026 - 19:24
AzMİU əməkdaşları Ankara Universitetində olublar02.04.2026 - 19:18
DSX Xüsusi Məktəbinin V sinfinə qəbul imtahanı keçiriləcək02.04.2026 - 19:12
Qəbulun II mərhələsi üzrə sınaq imtahana qeydiyyat elan edilib02.04.2026 - 19:08
Universitetin maliyyə səhvlərinə görə tələbələr cavabdeh deyil - RƏSMİ02.04.2026 - 19:02
17 mindən çox əsərin müəllif hüququ tanınıb02.04.2026 - 18:56
“Tarix unudulsa, faciələr təkrarlanır” – professor Qərənfil Dünyaminqızından çağırış02.04.2026 - 18:55
Sabah bağça müəllimlərinin yerdəyişməsi BAŞLAYIR02.04.2026 - 18:54
9-cuların buraxılış imtahanı: zəif nəticə göstərənlər sinifdə QALSIN02.04.2026 - 18:48
Hərbi ekspert Şair Ramaldanov: Müasir müharibələr texnologiya üzərində qurulub02.04.2026 - 18:45
17 yaşlı tələbə Harvarda qəbul oldu02.04.2026 - 18:42
Elmi-tədqiqatlar bal sistemiylə qiymətləndiriləcək02.04.2026 - 18:38
Nazir müavini Kənan Kərimzadə Lənkəranda olub02.04.2026 - 18:32
ADNSU-dan əsasız iddialara CAVAB02.04.2026 - 18:28
İstanbulda Eldar Mansurovun yaradıcılığına həsr olunmuş konsert keçirilib02.04.2026 - 18:25
NDU-nun Tibb fakültəsinin laboratoriyaları üçün yeni avadanlıqlar və dərsliklər alınıb02.04.2026 - 18:24
Özəl klinikalarda ciddi yoxlamalar: nöqsanlar aşkarlandı02.04.2026 - 18:20
ADAU-da Virtual Reallıq otağı istifadəyə verilib02.04.2026 - 18:18
Elməddin Behbud: İkinci Ümumdünya Gənclər Festivalında Azərbaycanın təcrübəsi maraqla qarşılanıb02.04.2026 - 18:12
Maarifçi realist ədəbiyyatın görkəmli nümayəndəsi - Nəcəf bəy Vəzirov02.04.2026 - 18:08
Praqada “Novruz və Pasxa kuklaların gözü ilə” sərgisi02.04.2026 - 18:02
Nanyang Texnoloji Universitetində Azərbaycan mədəniyyəti təqdim olunub02.04.2026 - 17:55
Elçinin pyesi əsasında hazırlanan tamaşa Cənubi Koreyada yenidən səhnəyə qoyulacaq02.04.2026 - 17:52
Özəl məktəblər üçün 7 lisenziya müraciəti olub02.04.2026 - 17:45
“Oxuyan Peterburq” layihəsində Azərbaycan ədəbiyyatı təbliğ edilib02.04.2026 - 17:44
“Məni dinləyin!” adlı monotamaşa nümayiş olunub02.04.2026 - 17:38
Bakı bağçalarındakı vakant yerlər açıqlandı – Siyahı02.04.2026 - 17:35
TDT-yə üzv dövlətlərin Bakı görüşünün iştirakçıları Milli Xalça Muzeyi ilə tanış olublar02.04.2026 - 17:34
Ramin Nurəliyev: “Süni intellekt dərsləri üçün kadr hazırlığı vacibdir”02.04.2026 - 17:33
Akademik İsmayıl Hacıyev: Azərbaycanda elmin inkişafı dövlət siyasətinin prioritetidir02.04.2026 - 17:26
Tərbiyəçi-müəllimlərin yerdəyişməsi müsabiqəsi başlayır02.04.2026 - 17:25
Yazıçı Zahid Xəlil: “Mövzularımı seçmirəm, onlar məni seçir”02.04.2026 - 17:22
Anadilli əlyazma abidələri dilimizin tarixi inkişafını əks etdirən əsas mənbələr kimi02.04.2026 - 17:18
ADNSU tələbələrinin nəzərinə: Hakatona qeydiyyat başladı02.04.2026 - 17:15
Gənc tədqiqatçıların təşviqi və elmi kadr hazırlığı prioritet istiqamətlərdir02.04.2026 - 17:12
17 mindən çox əsərin müəllif hüququ tanınıb02.04.2026 - 17:05
Aprel döyüşlərində şəhid olan pilotların xatirəsi yad edilib02.04.2026 - 17:04
Bu günə qədər bağlanan təhsil krediti müqavilələrinin sayı nə qədərdir?02.04.2026 - 17:00
Qəbul imtahanları üzrə sınaq imtahanına qeydiyyat elan edilib02.04.2026 - 17:00
Azərbaycanlı doktorant BMT-nin Uşaq Hüquqları Komitəsinə namizəd göstərilib02.04.2026 - 16:55