Təhsil 365 - Logo Mobile

İlahiyyatçı Turan İrfan: “Din adı altında xurafat yayılıb, insanlar isə bunu həqiqət kimi qəbul edib”

10902.04.2026 - 16:00
İlahiyyatçı Turan İrfan: “Din adı altında xurafat yayılıb, insanlar isə bunu həqiqət kimi qəbul edib”

İlahiyyatçı Turan İrfanın sözlərinə görə, tarix boyu dinin əsas prinsipləri müəyyən dərəcədə təhrif olunub və ya qəsdən dəyişdirilib. Onun fikrincə, bu dəyişikliklər islahat xarakteri daşımayıb, əksinə dini daha mürəkkəb və anlaşılmaz göstərmək üçün bəzi ruhanilər tərəfindən məqsədli şəkildə edilib.

O “Tehsil365”ə açıqlamasında qeyd edir ki, Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələri – Seyid Əzim Şirvani, Mirzə Ələkbər Sabir, Əbdürrəhim bəy Haqverdiyev və Cəlil Məmmədquluzadə də zamanında mövhumat və xurafatı sərt şəkildə tənqid edərək, bunun cəmiyyətin inkişafına mane olduğunu vurğulayıblar.

İlahiyyatçı bildirir ki, xüsusilə Məhərrəm ayı ilə bağlı bəzi ənənələr dinlə əlaqələndirilsə də, onların İslamda heç bir əsası yoxdur. Onun sözlərinə görə, uşaqların başını yarmaq, müxtəlif mərasimlər təşkil edib nəzir toplamaq kimi hallar sonradan formalaşmış yanlış adətlərdir.

Turan İrfan cəmiyyətdə günah anlayışının da səhv dərk edildiyini deyir. O vurğulayır ki, insanlar içkini böyük günah hesab etdiyi halda, qeybət, böhtan, iftira və haqsızlıq kimi əməlləri kiçik sayırlar. Halbuki bu əməllərin məsuliyyəti daha ağırdır.

İlahiyyatçı sünnət məsələsinə də toxunaraq bildirir ki, bu əməl vacib deyil, sadəcə müstəhəb sayılır və insanın müsəlman olması bununla müəyyən olunmur. Onun fikrincə, əsas meyar insanın mənəvi keyfiyyətləri, əxlaqı və Yaradanı dərk etməsidir.

O əlavə edir ki, bəzi dini adətlər – məsələn, halvanın yalnız yas mərasimlərinə aid edilməsi, duaların yalnız ərəb dilində oxunmasının vacib sayılması və ya Qurana mistik yanaşma – İslamın özündən qaynaqlanmır. Turan İrfanın sözlərinə görə, Quran insanların anlaması üçün nazil olunub və dualar da başa düşülən dildə edilməlidir.

İlahiyyatçı həmçinin qeyd edir ki, İslamda yalnız tək Allaha ibadət edilməlidir və müxtəlif obyektlərə sitayiş, nəzir və qurban vermək kimi hallar digər qədim inanclardan keçmiş ənənələrdir.

Onun fikrincə, dindarlıq yalnız ibadətlə ölçülməməlidir. Əsl dindarlıq əxlaq, elm, təvazökarlıq və cəmiyyətə fayda verməklə müəyyən olunur. O bildirir ki, ibadəti nümayiş etdirmək, onu reklam vasitəsinə çevirmək doğru deyil.

Sonda Turan İrfan vurğulayır ki, yaxşılığa təşviq etmək, ehtiyacı olanlara yardım etmək və cəmiyyətə faydalı olmaq ən üstün ibadətlərdəndir. Onun qənaətinə görə, bu dəyərlər arxa plana keçirildikdə din öz mahiyyətindən uzaqlaşdırılır və yerini xurafat tutur.

Fatimə Cəfərzadə

Xəbər Lenti

Mədəni qastrol proqramının növbəti ünvanı Mingəçevir şəhəri olub02.04.2026 - 19:57
Şəkidə Aprel döyüşləri şəhidi Elnur İsgəndərovun xatirəsi anılıb02.04.2026 - 19:54
Paytaxtın bir sıra obyektləri və memarlıq abidələri mavi rəngə bürünüb02.04.2026 - 19:46
Mingəçevir Dövlət Dram Teatrına quruluşçu rejissor təyinatı olub02.04.2026 - 19:40
Gənclərin siyasi proseslərdə aktiv iştirakı nə qədər vacibdir? – Politoloqdan açıqlama02.04.2026 - 19:34
Uşaqlarda yaradıcılıq qabiliyyətinin inkişafı üçün rəsm nə qədər vacibdir? – Tanınmış rəssamdan açıqlama02.04.2026 - 19:28
Təhsildə ən böyük problem nədir: proqram, müəllim, yoxsa yanaşma? – Ekspert açıqladı02.04.2026 - 19:26
Yazıçılıq öyrənilə bilən bacarıqdır, yoxsa istedad? – Yazar açıqladı02.04.2026 - 19:24
AzMİU əməkdaşları Ankara Universitetində olublar02.04.2026 - 19:18
DSX Xüsusi Məktəbinin V sinfinə qəbul imtahanı keçiriləcək02.04.2026 - 19:12
Qəbulun II mərhələsi üzrə sınaq imtahana qeydiyyat elan edilib02.04.2026 - 19:08
Universitetin maliyyə səhvlərinə görə tələbələr cavabdeh deyil - RƏSMİ02.04.2026 - 19:02
17 mindən çox əsərin müəllif hüququ tanınıb02.04.2026 - 18:56
“Tarix unudulsa, faciələr təkrarlanır” – professor Qərənfil Dünyaminqızından çağırış02.04.2026 - 18:55
Sabah bağça müəllimlərinin yerdəyişməsi BAŞLAYIR02.04.2026 - 18:54
9-cuların buraxılış imtahanı: zəif nəticə göstərənlər sinifdə QALSIN02.04.2026 - 18:48
Hərbi ekspert Şair Ramaldanov: Müasir müharibələr texnologiya üzərində qurulub02.04.2026 - 18:45
17 yaşlı tələbə Harvarda qəbul oldu02.04.2026 - 18:42
Elmi-tədqiqatlar bal sistemiylə qiymətləndiriləcək02.04.2026 - 18:38
MDU-da “Tədqiqat Mövzu Hovuzu Platforması” təqdim olunub02.04.2026 - 18:35
Nazir müavini Kənan Kərimzadə Lənkəranda olub02.04.2026 - 18:32
ADNSU-dan əsasız iddialara CAVAB02.04.2026 - 18:28
İstanbulda Eldar Mansurovun yaradıcılığına həsr olunmuş konsert keçirilib02.04.2026 - 18:25
NDU-nun Tibb fakültəsinin laboratoriyaları üçün yeni avadanlıqlar və dərsliklər alınıb02.04.2026 - 18:24
Özəl klinikalarda ciddi yoxlamalar: nöqsanlar aşkarlandı02.04.2026 - 18:20
ADAU-da Virtual Reallıq otağı istifadəyə verilib02.04.2026 - 18:18
Elməddin Behbud: İkinci Ümumdünya Gənclər Festivalında Azərbaycanın təcrübəsi maraqla qarşılanıb02.04.2026 - 18:12
Maarifçi realist ədəbiyyatın görkəmli nümayəndəsi - Nəcəf bəy Vəzirov02.04.2026 - 18:08
Praqada “Novruz və Pasxa kuklaların gözü ilə” sərgisi02.04.2026 - 18:02
Nanyang Texnoloji Universitetində Azərbaycan mədəniyyəti təqdim olunub02.04.2026 - 17:55
Elçinin pyesi əsasında hazırlanan tamaşa Cənubi Koreyada yenidən səhnəyə qoyulacaq02.04.2026 - 17:52
Özəl məktəblər üçün 7 lisenziya müraciəti olub02.04.2026 - 17:45
“Oxuyan Peterburq” layihəsində Azərbaycan ədəbiyyatı təbliğ edilib02.04.2026 - 17:44
“Məni dinləyin!” adlı monotamaşa nümayiş olunub02.04.2026 - 17:38
Bakı bağçalarındakı vakant yerlər açıqlandı – Siyahı02.04.2026 - 17:35
TDT-yə üzv dövlətlərin Bakı görüşünün iştirakçıları Milli Xalça Muzeyi ilə tanış olublar02.04.2026 - 17:34
Ramin Nurəliyev: “Süni intellekt dərsləri üçün kadr hazırlığı vacibdir”02.04.2026 - 17:33
Akademik İsmayıl Hacıyev: Azərbaycanda elmin inkişafı dövlət siyasətinin prioritetidir02.04.2026 - 17:26
Tərbiyəçi-müəllimlərin yerdəyişməsi müsabiqəsi başlayır02.04.2026 - 17:25
Yazıçı Zahid Xəlil: “Mövzularımı seçmirəm, onlar məni seçir”02.04.2026 - 17:22
Anadilli əlyazma abidələri dilimizin tarixi inkişafını əks etdirən əsas mənbələr kimi02.04.2026 - 17:18
ADNSU tələbələrinin nəzərinə: Hakatona qeydiyyat başladı02.04.2026 - 17:15
Gənc tədqiqatçıların təşviqi və elmi kadr hazırlığı prioritet istiqamətlərdir02.04.2026 - 17:12
17 mindən çox əsərin müəllif hüququ tanınıb02.04.2026 - 17:05
Aprel döyüşlərində şəhid olan pilotların xatirəsi yad edilib02.04.2026 - 17:04
Bu günə qədər bağlanan təhsil krediti müqavilələrinin sayı nə qədərdir?02.04.2026 - 17:00
Qəbul imtahanları üzrə sınaq imtahanına qeydiyyat elan edilib02.04.2026 - 17:00
Azərbaycanlı doktorant BMT-nin Uşaq Hüquqları Komitəsinə namizəd göstərilib02.04.2026 - 16:55