Təhsil 365 - Logo Mobile

Yazıçılıq öyrənilə bilən bacarıqdır, yoxsa istedad? – Yazar açıqladı

7702.04.2026 - 19:24
Yazıçılıq öyrənilə bilən bacarıqdır, yoxsa istedad? – Yazar açıqladı

Yazıçılığın mahiyyəti ilə bağlı müzakirələr hər zaman aktual olub. Bu sahənin istedad, yoxsa öyrənilə bilən bacarıq olması məsələsi isə tez-tez müzakirə olunan mövzulardandır.

Mövzu ilə bağlı yazar İradə Aytel “Tehsil365"ə açıqlama verib.

Yazar bildirib ki, yazıçılıq yalnız istedadla məhdudlaşmır: “Servantesin məşhur fikri – ‘Yazıçı yaşıyla yox, başıyla yaradır’ – bu sahənin mahiyyətini açır. Bu yanaşma göstərir ki, yazıçını formalaşdıran əsas amillərdən biri onun intellektual zənginliyi və düşüncə dərinliyidir.”

Onun sözlərinə görə, mütaliə yazıçının inkişafında mühüm rol oynayır: “Oxumayan istedad sahibinin yazması mümkündür, lakin onun yaratdığı mətnlər dərinlik və çoxqatlılıq baxımından zəif olur. Mütaliə yazıçı üçün həm dil materialı, həm də düşüncə modeli yaradır.”

Yazar qeyd edib ki, müşahidə qabiliyyəti də yazıçının əsas xüsusiyyətlərindəndir: “Hər kəs baxa bilər, amma hər kəs görə bilmir. Yazıçı adi insanın diqqət etmədiyi detalları görməyi bacarmalıdır. Bu bacarıq qismən istedadla bağlı olsa da, zamanla inkişaf etdirilə bilər.”

Onun fikrincə, yazıçı çoxşaxəli düşünmə qabiliyyətinə malik olmalıdır: “Yazıçı bir qədər rəssam, bir qədər mühəndis, bir qədər həkim və hətta bir qədər hakimdir. O, həm təsvir edir, həm qurur, həm analiz edir, həm də qərar verir.”

Yazar vurğulayıb ki, inandırıcılıq ədəbiyyatın əsas şərtlərindən biridir: “Müəllif yazdığı mövzunu bilmədikdə mətn öz təsirini itirir. Buna görə də yazıçı müxtəlif sahələr üzrə biliklərə malik olmalı və daim özünü inkişaf etdirməlidir.”

Sonda o qeyd edib ki, yazıçılıq həm istedad, həm də öyrənilə bilən bacarıqdır: “İstedad başlanğıcdır, lakin kifayət etmir. Yazı texnikası, üslub, kompozisiya və davamlı təcrübə bu sahədə uğurun əsas şərtləridir. Yazıçı olmaq istəyən hər kəs üçün əsas yol aydındır: çox oxumaq, müşahidə etmək və daim yazmaq.”

Nərmin Mustafayeva

Xəbər Lenti

Vətən Müharibəsi Qəhrəmanı Səxavət Baxışovun xidmət yolu03.04.2026 - 06:00
Məmmədəli Hüseynovun elmi irsi və Azərbaycan paleontologiyasına töhfələri03.04.2026 - 05:42
Şəfiqə Qasımovanın teatr və kino sənətində izi03.04.2026 - 05:18
Xalq rəssamı Asəf Cəfərovun sənət yolu və irsi03.04.2026 - 05:06
Vasili Nikolskinin Azərbaycan Opera Sənətindəki Xidmətləri03.04.2026 - 04:54
Qaraqanın Yaradıcılığı və Müasir Azərbaycan Mədəniyyətində Yeri03.04.2026 - 04:36
Rövnəq Abdullayevin Fəaliyyəti və Dövlət Xidmətində Rolu03.04.2026 - 04:18
Heydər Hüseynovun İrsinə Bir Baxış03.04.2026 - 04:00
Mədəni qastrol proqramının növbəti ünvanı Mingəçevir şəhəri olub02.04.2026 - 19:57
Şəkidə Aprel döyüşləri şəhidi Elnur İsgəndərovun xatirəsi anılıb02.04.2026 - 19:54
Paytaxtın bir sıra obyektləri və memarlıq abidələri mavi rəngə bürünüb02.04.2026 - 19:46
Mingəçevir Dövlət Dram Teatrına quruluşçu rejissor təyinatı olub02.04.2026 - 19:40
Gənclərin siyasi proseslərdə aktiv iştirakı nə qədər vacibdir? – Politoloqdan açıqlama02.04.2026 - 19:34
Uşaqlarda yaradıcılıq qabiliyyətinin inkişafı üçün rəsm nə qədər vacibdir? – Tanınmış rəssamdan açıqlama02.04.2026 - 19:28
Təhsildə ən böyük problem nədir: proqram, müəllim, yoxsa yanaşma? – Ekspert açıqladı02.04.2026 - 19:26
AzMİU əməkdaşları Ankara Universitetində olublar02.04.2026 - 19:18
DSX Xüsusi Məktəbinin V sinfinə qəbul imtahanı keçiriləcək02.04.2026 - 19:12
Qəbulun II mərhələsi üzrə sınaq imtahana qeydiyyat elan edilib02.04.2026 - 19:08
Universitetin maliyyə səhvlərinə görə tələbələr cavabdeh deyil - RƏSMİ02.04.2026 - 19:02
17 mindən çox əsərin müəllif hüququ tanınıb02.04.2026 - 18:56
“Tarix unudulsa, faciələr təkrarlanır” – professor Qərənfil Dünyaminqızından çağırış02.04.2026 - 18:55
Sabah bağça müəllimlərinin yerdəyişməsi BAŞLAYIR02.04.2026 - 18:54
9-cuların buraxılış imtahanı: zəif nəticə göstərənlər sinifdə QALSIN02.04.2026 - 18:48
Hərbi ekspert Şair Ramaldanov: Müasir müharibələr texnologiya üzərində qurulub02.04.2026 - 18:45
17 yaşlı tələbə Harvarda qəbul oldu02.04.2026 - 18:42
Elmi-tədqiqatlar bal sistemiylə qiymətləndiriləcək02.04.2026 - 18:38
MDU-da “Tədqiqat Mövzu Hovuzu Platforması” təqdim olunub02.04.2026 - 18:35
Nazir müavini Kənan Kərimzadə Lənkəranda olub02.04.2026 - 18:32
ADNSU-dan əsasız iddialara CAVAB02.04.2026 - 18:28
İstanbulda Eldar Mansurovun yaradıcılığına həsr olunmuş konsert keçirilib02.04.2026 - 18:25
NDU-nun Tibb fakültəsinin laboratoriyaları üçün yeni avadanlıqlar və dərsliklər alınıb02.04.2026 - 18:24
Özəl klinikalarda ciddi yoxlamalar: nöqsanlar aşkarlandı02.04.2026 - 18:20
ADAU-da Virtual Reallıq otağı istifadəyə verilib02.04.2026 - 18:18
Elməddin Behbud: İkinci Ümumdünya Gənclər Festivalında Azərbaycanın təcrübəsi maraqla qarşılanıb02.04.2026 - 18:12
Maarifçi realist ədəbiyyatın görkəmli nümayəndəsi - Nəcəf bəy Vəzirov02.04.2026 - 18:08
Praqada “Novruz və Pasxa kuklaların gözü ilə” sərgisi02.04.2026 - 18:02
Nanyang Texnoloji Universitetində Azərbaycan mədəniyyəti təqdim olunub02.04.2026 - 17:55
Elçinin pyesi əsasında hazırlanan tamaşa Cənubi Koreyada yenidən səhnəyə qoyulacaq02.04.2026 - 17:52
Özəl məktəblər üçün 7 lisenziya müraciəti olub02.04.2026 - 17:45
“Oxuyan Peterburq” layihəsində Azərbaycan ədəbiyyatı təbliğ edilib02.04.2026 - 17:44
“Məni dinləyin!” adlı monotamaşa nümayiş olunub02.04.2026 - 17:38
Bakı bağçalarındakı vakant yerlər açıqlandı – Siyahı02.04.2026 - 17:35
TDT-yə üzv dövlətlərin Bakı görüşünün iştirakçıları Milli Xalça Muzeyi ilə tanış olublar02.04.2026 - 17:34
Ramin Nurəliyev: “Süni intellekt dərsləri üçün kadr hazırlığı vacibdir”02.04.2026 - 17:33
Akademik İsmayıl Hacıyev: Azərbaycanda elmin inkişafı dövlət siyasətinin prioritetidir02.04.2026 - 17:26
Tərbiyəçi-müəllimlərin yerdəyişməsi müsabiqəsi başlayır02.04.2026 - 17:25
Yazıçı Zahid Xəlil: “Mövzularımı seçmirəm, onlar məni seçir”02.04.2026 - 17:22