Azərbaycanlı repçi, musiqiçi və yazıçı Elxan Aqşın oğlu Zeynallı, daha çox Qaraqan səhnə adı ilə tanınır və müasir Azərbaycan mədəniyyətində özünəməxsus yer tutur.
“Tehsil365” xəbər verir ki, O, 1987-ci il aprelin 3-də Bakıda anadan olub.
Qaraqan musiqi fəaliyyətinə rep janrında başlayaraq qısa müddətdə geniş dinləyici auditoriyası qazanıb. Onun yaradıcılığı sosial mövzulara toxunması, dərin məna yükü və fərqli üslubu ilə seçilir. Musiqi ilə yanaşı, o, ədəbiyyat sahəsində də aktiv fəaliyyət göstərir.
Elxan Zeynallı Azərbaycan Yazıçılar Birliyinin üzvüdür və ədəbi fəaliyyəti ilə də diqqət çəkir. O, Milli Kitab Mükafatı müsabiqəsinin ilk qalibi olaraq ədəbiyyat sahəsində mühüm uğura imza atıb.
Onun çoxşaxəli yaradıcılığı həm musiqi, həm də ədəbiyyat sahəsində gənc nəslə təsir göstərməkdə davam edir. Qaraqan bu gün də Azərbaycan mədəniyyətində öz fərqli mövqeyini qoruyub saxlayan sənətçilərdən biri hesab olunur.

