Azərbaycan teatr və kino sənətinin tanınmış simalarından biri olan Şəfiqə Qasım qızı Qasımova zəngin yaradıcılığı ilə milli mədəniyyət tarixində özünəməxsus yer tutub.
“Tehsil365” xəbər verir ki, O, 1924-cü il dekabrın 5-də Bakıda anadan olmuşdur.
Şəfiqə Qasımova uzun illər səhnədə fəaliyyət göstərərək müxtəlif obrazları peşəkarlıqla canlandırmış, tamaşaçıların rəğbətini qazanmışdır. Onun ifa etdiyi rollar səmimiyyəti və emosional dərinliyi ilə seçilmişdir.
Aktrisanın sənət sahəsindəki xidmətləri yüksək qiymətləndirilərək 1960-cı ildə ona “Azərbaycan SSR əməkdar artisti” fəxri adı verilmişdir.
Şəfiqə Qasımova həm teatr, həm də kino sahəsində fəaliyyəti ilə bir neçə nəsil sənətsevərin yaddaşında iz qoymuşdur. O, 2008-ci il aprelin 3-də Bakıda vəfat etmişdir.

