Təhsil 365 - Logo Mobile

Yazıçı Zahid Xəlil: “Mövzularımı seçmirəm, onlar məni seçir”

10002.04.2026 - 17:22
Yazıçı Zahid Xəlil: “Mövzularımı seçmirəm, onlar məni seçir”

Azərbaycan uşaq ədəbiyyatının tanınmış simalarından biri olan Zahid Xəlil uzun illərdir hekayə və şeirləri ilə oxucuların sevimlisinə çevrilib. Onun yaradıcılığında klassik ədəbiyyatın təsiri, gündəlik həyat hadisələrindən doğan mövzular və uşaqlar üçün yazmağa xüsusi maraq özünü göstərir.

Yazıçı “Tehsil365“ə müsahibədə ilk ilham mənbəyindən, mövzu seçimindən və gənc yazıçılara tövsiyələrindən danışıb.

– Yazmağa başlamağınıza səbəb olan ilk ilham nə idi?

“Mənim yaradıcılığa başlamağımın əsas səbəbi mütaliə olub. Orta məktəbdə oxuyanda Nizami Gəncəvinin ‘Sirlər xəzinəsi’ əsərini, xüsusilə ‘Xosrov və Şirin’ poemasını təxminən 4 il dalbadal oxudum və axırda məlum oldu ki, mən bu poemanı əzbər bilirəm. Günlərin birində biz Səməd Vurğunun ‘Vaqif’ pyesini səhnəyə qoyduq, mən 10-cu sinifdə oxuyurdum. Mən Qacar rolunda oynayırdım. Qılıncı yerə qoyub əlimdə oynadanda birdən qılınc sürüşdü və tamaşaçıların qarşısına düşdü. Mən düşündüm ki, bu qılıncı necə götürüm ki, gülünc yaratmasın, axı bu faciə əsəridir. Ona görə orada iki misra dedim: ‘Artıq qılıncım da düşür əlimdən, niyə yaşayıram, niyə sağam mən.’ Bu Səməd Vurğunda yox idi, bunu mən özümdən uydurmuşdum. Həmin gündən başa düşdüm ki, mən şeir yaza bilirəm və onda ilk şeirlərimi yazdım. Yevlaxda çıxan qəzetdə çap etdirdim.”

– Əsərlərinizdə mövzuları necə seçirsiniz – planlı şəkildə, yoxsa hisslərin təsiri ilə?

“Əsərlərimi mövzularımı seçmirəm, onlar məni özü seçir. Yəni doğrusu, uşaq yazıçıların içində elə bir dəstəsi var ki, bəlkə də klassik ədəbiyyatda da belə yazıçılar olub. Onlar bəzən həyati bir hadisədən də bir hekayə, bir şeir yarada bilirlər. Mən də xüsusi olaraq seçmirəm, ancaq qarşıma çıxan hadisələri dərhal yazıya köçürürəm.”

– Hansı kitab və ya müəllif sizin yazıçı kimi formalaşmağınıza ən çox təsir göstərib?

“Mənim yazıçı kimi formalaşmağımda şübhəsiz ki, rəhmətlik Əli Kərimin rolu çox böyük olub. O zaman mən universitetdə oxuyanda, hətta ondanda qabaq ‘Ədəbiyyat qəzeti’ndə Əli Kərimin tərcümə etdiyi hekayələr çıxırdı. Bu hekayələr çox gözəl idi və mən hər dəfə ‘Ədəbiyyat qəzeti’nin yolunu səbirsizliklə gözləyirdim, məhz həmin hekayələrdən ötrü. Günlərin birində belə düşündüm ki, bir halda ki, bu hekayələr mənim çox xoşuma gəlir, bəlkə mən də özümü bir sınayım ki, başqa yazıçılar kimi nəsə yazım. Və yazdım da. Yəqin ki, onların hansısa uğur qazandığına görə mən sonra yazıçı oldum.”

– Yazı prosesində ən çətin mərhələ hansıdır – ideyanın yaranması, yoxsa onu tamamlamaq?

“Burada ən çətin və ən asan mərhələ mövzunu tapmaqdır. Yəni mövzu deyəndə süjet xətti kimi başa düşmək lazım deyil. Bəzən çox adi bir hadisə mövzu ola bilər və sən bu balaca hadisəni tutub harasa gedə bilərsən. Məsələn, mənim elə hekayələrim var ki, məsələn dənizin sahilindəki köşk. O köşk hamı oturur onun kölgəsində, amma yaradıcı fantaziyası olan adam həmin köşkdən əməlli-başlı bir hekayə düzəldir və birdən baxırsan ki, bu normal bir əsər oldu və oxucular da onu sevdilər. Yəni seçdiyin mövzular bəzən həyatın ən adi əhvalatlarından, ən adi detallarından olur, amma sonra onu məzmunca dəyişmək yazıçının özündən asılıdır.”

– Gənc yazıçılara verəcəyiniz ən vacib məsləhət nə olardı?

“Mənim gənc yazıçılara məsləhətim odur ki, əvvəlcə öz həyatlarını qursunlar, özləri üçün başqa sənət tapsınlar. Ondan sonra uşaqlar üçün yazmaq istəyəndə əlbəttə klassik ədəbiyyatı, xüsusilə dünyanın o gözəl uşaq ədəbiyyatını doyunca mütaliə etsinlər. Onların sirlərini öyrənsinlər. Məsələn, düşünsünlər ki, bu əsər nə üçün bu qədər populyarlıq qazanıb? Onun sirrini tapandan sonra əlbəttə ki, onlar yaxşı yazıçı ola bilərlər. Yəni yazıçılıqda bir riyazi düstur yoxdur ki, deyim hansı düsturu tətbiq etsinlər. Bu ancaq istedadla bağlıdır, ancaq həyatı müşahidə etmək qabiliyyəti ilə bağlıdır.”

Mehriban İbadova

Xəbər Lenti

Vətən Müharibəsi Qəhrəmanı Səxavət Baxışovun xidmət yolu03.04.2026 - 06:00
Məmmədəli Hüseynovun elmi irsi və Azərbaycan paleontologiyasına töhfələri03.04.2026 - 05:42
Şəfiqə Qasımovanın teatr və kino sənətində izi03.04.2026 - 05:18
Xalq rəssamı Asəf Cəfərovun sənət yolu və irsi03.04.2026 - 05:06
Vasili Nikolskinin Azərbaycan Opera Sənətindəki Xidmətləri03.04.2026 - 04:54
Qaraqanın Yaradıcılığı və Müasir Azərbaycan Mədəniyyətində Yeri03.04.2026 - 04:36
Rövnəq Abdullayevin Fəaliyyəti və Dövlət Xidmətində Rolu03.04.2026 - 04:18
Heydər Hüseynovun İrsinə Bir Baxış03.04.2026 - 04:00
Mədəni qastrol proqramının növbəti ünvanı Mingəçevir şəhəri olub02.04.2026 - 19:57
Şəkidə Aprel döyüşləri şəhidi Elnur İsgəndərovun xatirəsi anılıb02.04.2026 - 19:54
Paytaxtın bir sıra obyektləri və memarlıq abidələri mavi rəngə bürünüb02.04.2026 - 19:46
Mingəçevir Dövlət Dram Teatrına quruluşçu rejissor təyinatı olub02.04.2026 - 19:40
Gənclərin siyasi proseslərdə aktiv iştirakı nə qədər vacibdir? – Politoloqdan açıqlama02.04.2026 - 19:34
Uşaqlarda yaradıcılıq qabiliyyətinin inkişafı üçün rəsm nə qədər vacibdir? – Tanınmış rəssamdan açıqlama02.04.2026 - 19:28
Təhsildə ən böyük problem nədir: proqram, müəllim, yoxsa yanaşma? – Ekspert açıqladı02.04.2026 - 19:26
Yazıçılıq öyrənilə bilən bacarıqdır, yoxsa istedad? – Yazar açıqladı02.04.2026 - 19:24
AzMİU əməkdaşları Ankara Universitetində olublar02.04.2026 - 19:18
DSX Xüsusi Məktəbinin V sinfinə qəbul imtahanı keçiriləcək02.04.2026 - 19:12
Qəbulun II mərhələsi üzrə sınaq imtahana qeydiyyat elan edilib02.04.2026 - 19:08
Universitetin maliyyə səhvlərinə görə tələbələr cavabdeh deyil - RƏSMİ02.04.2026 - 19:02
17 mindən çox əsərin müəllif hüququ tanınıb02.04.2026 - 18:56
“Tarix unudulsa, faciələr təkrarlanır” – professor Qərənfil Dünyaminqızından çağırış02.04.2026 - 18:55
Sabah bağça müəllimlərinin yerdəyişməsi BAŞLAYIR02.04.2026 - 18:54
9-cuların buraxılış imtahanı: zəif nəticə göstərənlər sinifdə QALSIN02.04.2026 - 18:48
Hərbi ekspert Şair Ramaldanov: Müasir müharibələr texnologiya üzərində qurulub02.04.2026 - 18:45
17 yaşlı tələbə Harvarda qəbul oldu02.04.2026 - 18:42
Elmi-tədqiqatlar bal sistemiylə qiymətləndiriləcək02.04.2026 - 18:38
MDU-da “Tədqiqat Mövzu Hovuzu Platforması” təqdim olunub02.04.2026 - 18:35
Nazir müavini Kənan Kərimzadə Lənkəranda olub02.04.2026 - 18:32
ADNSU-dan əsasız iddialara CAVAB02.04.2026 - 18:28
İstanbulda Eldar Mansurovun yaradıcılığına həsr olunmuş konsert keçirilib02.04.2026 - 18:25
NDU-nun Tibb fakültəsinin laboratoriyaları üçün yeni avadanlıqlar və dərsliklər alınıb02.04.2026 - 18:24
Özəl klinikalarda ciddi yoxlamalar: nöqsanlar aşkarlandı02.04.2026 - 18:20
ADAU-da Virtual Reallıq otağı istifadəyə verilib02.04.2026 - 18:18
Elməddin Behbud: İkinci Ümumdünya Gənclər Festivalında Azərbaycanın təcrübəsi maraqla qarşılanıb02.04.2026 - 18:12
Maarifçi realist ədəbiyyatın görkəmli nümayəndəsi - Nəcəf bəy Vəzirov02.04.2026 - 18:08
Praqada “Novruz və Pasxa kuklaların gözü ilə” sərgisi02.04.2026 - 18:02
Nanyang Texnoloji Universitetində Azərbaycan mədəniyyəti təqdim olunub02.04.2026 - 17:55
Elçinin pyesi əsasında hazırlanan tamaşa Cənubi Koreyada yenidən səhnəyə qoyulacaq02.04.2026 - 17:52
Özəl məktəblər üçün 7 lisenziya müraciəti olub02.04.2026 - 17:45
“Oxuyan Peterburq” layihəsində Azərbaycan ədəbiyyatı təbliğ edilib02.04.2026 - 17:44
“Məni dinləyin!” adlı monotamaşa nümayiş olunub02.04.2026 - 17:38
Bakı bağçalarındakı vakant yerlər açıqlandı – Siyahı02.04.2026 - 17:35
TDT-yə üzv dövlətlərin Bakı görüşünün iştirakçıları Milli Xalça Muzeyi ilə tanış olublar02.04.2026 - 17:34
Ramin Nurəliyev: “Süni intellekt dərsləri üçün kadr hazırlığı vacibdir”02.04.2026 - 17:33
Akademik İsmayıl Hacıyev: Azərbaycanda elmin inkişafı dövlət siyasətinin prioritetidir02.04.2026 - 17:26
Tərbiyəçi-müəllimlərin yerdəyişməsi müsabiqəsi başlayır02.04.2026 - 17:25