Təhsil 365 - Logo Mobile

Ramin Nurəliyev: “Süni intellekt dərsləri üçün kadr hazırlığı vacibdir”

10402.04.2026 - 17:33
Ramin Nurəliyev: “Süni intellekt dərsləri üçün kadr hazırlığı vacibdir”

Onun sözlərinə görə, əgər Azərbaycanda orta ümumi təhsil məktəblərində süni intellekt dərsləri tətbiq olunacaqsa, bu, yalnız dərs proqramı ilə məhdudlaşmamalıdır.

Təhsil eksperti Ramin Nurəliyev “Tehsil365”ə açıqlamasında süni intellektin tədris prosesinə daxil edilməsinin vacibliyindən danışıb.

Əsas məsələ müəllimlərin keyfiyyətli hazırlanmasıdır: “Əgər biz tədris prosesinə başlayırıqsa, məktəblərdə mütləq müəllim keyfiyyətinə diqqət yetirməliyik, müəllim sayına diqqət saxlamalıyıq və buna uyğun tədris prosesini həyata keçirməliyik. Bunun ali təhsil ayağı da var. Ali təhsil müəssisələrində süni intellekt ixtisasları mütləq açılmalıdır. Əgər biz gələcəkdə dünyanın inkişaf etmiş ölkələri ilə süni intellekt istiqamətində rəqabət aparmaq istəyiriksə, orta məktəblərdə bu dərslərin, ali məktəblərdə isə ixtisasların tətbiqi bir mənalı olaraq vacibdir.”

Ekspert süni intellektin tədris prosesində yaratdığı risklərə də diqqət çəkib. Onun sözlərinə görə, şagirdlər ev tapşırıqlarını süni intellekt vasitəsilə həll edib müəllimə təqdim edə bilərlər ki, bu da onların inkişafını zəiflədə bilər: “Şagird öz düşüncə qabiliyyətindən istifadə etmədən süni intellekt vasitəsilə tapşırığı həll edəcəksə, bu əlbəttə ki, bilik səviyyəsini aşağı salacaq. Ona görə müəllimlər və valideynlər bu məsələdə çox diqqətli olmalıdırlar. Süni intellektdən məlumat almaq olar, amma tapşırığı bütövlükdə ona həvalə etmək yol verilməzdir.”

Nurəliyev süni intellektin gələcəyin əsas açarlarından biri olduğunu vurğulayıb. Onun fikrincə, bir çox ixtisas və peşələrin süni intellektdən təsirlənməməsi mümkün deyil: “Hətta pedaqoji ixtisaslara qədər süni intellektin təsiri özünü göstərəcək. Müsbət tərəfi odur ki, süni intellektdən istifadə edərək daha geniş məlumat əldə etmək və prosesləri daha səmərəli tətbiq etmək mümkün olacaq. Mənfi tərəfi isə əmək bazarına təsirdir. İxtisasında mükəmməl olmayan mütəxəssislər ixtisara düşəcək, yalnız peşəsini yaxşı bilənlər əmək bazarında qalacaq.”

Ekspert gənclərə də tövsiyə edib ki, müasir dövrün tələblərinə uyğun ixtisaslar seçsinlər və həmin sahələrdə ən yaxşı mütəxəssis olmağa çalışsınlar: “Müasir dünya texnologiya dünyasıdır. İşə götürən üçün maraqlı olan peşəsini yaxşı bilməkdir. Peşəsini yaxşı bilən əmək bazarında qalacaq, bilməyən isə süni intellektin təsiri ilə əmək bazarından çıxarılacaq. Ona görə gənclər seçdikləri ixtisaslarda mütləq müasir dövrün tələblərinə uyğun biliklərə yiyələnməli və öz sahələrində ən yaxşı mütəxəssis olmağa çalışmalıdırlar.”

Mehriban İbadova

Xəbər Lenti

Vətən Müharibəsi Qəhrəmanı Səxavət Baxışovun xidmət yolu03.04.2026 - 06:00
Məmmədəli Hüseynovun elmi irsi və Azərbaycan paleontologiyasına töhfələri03.04.2026 - 05:42
Şəfiqə Qasımovanın teatr və kino sənətində izi03.04.2026 - 05:18
Xalq rəssamı Asəf Cəfərovun sənət yolu və irsi03.04.2026 - 05:06
Vasili Nikolskinin Azərbaycan Opera Sənətindəki Xidmətləri03.04.2026 - 04:54
Qaraqanın Yaradıcılığı və Müasir Azərbaycan Mədəniyyətində Yeri03.04.2026 - 04:36
Rövnəq Abdullayevin Fəaliyyəti və Dövlət Xidmətində Rolu03.04.2026 - 04:18
Heydər Hüseynovun İrsinə Bir Baxış03.04.2026 - 04:00
Mədəni qastrol proqramının növbəti ünvanı Mingəçevir şəhəri olub02.04.2026 - 19:57
Şəkidə Aprel döyüşləri şəhidi Elnur İsgəndərovun xatirəsi anılıb02.04.2026 - 19:54
Paytaxtın bir sıra obyektləri və memarlıq abidələri mavi rəngə bürünüb02.04.2026 - 19:46
Mingəçevir Dövlət Dram Teatrına quruluşçu rejissor təyinatı olub02.04.2026 - 19:40
Gənclərin siyasi proseslərdə aktiv iştirakı nə qədər vacibdir? – Politoloqdan açıqlama02.04.2026 - 19:34
Uşaqlarda yaradıcılıq qabiliyyətinin inkişafı üçün rəsm nə qədər vacibdir? – Tanınmış rəssamdan açıqlama02.04.2026 - 19:28
Təhsildə ən böyük problem nədir: proqram, müəllim, yoxsa yanaşma? – Ekspert açıqladı02.04.2026 - 19:26
Yazıçılıq öyrənilə bilən bacarıqdır, yoxsa istedad? – Yazar açıqladı02.04.2026 - 19:24
AzMİU əməkdaşları Ankara Universitetində olublar02.04.2026 - 19:18
DSX Xüsusi Məktəbinin V sinfinə qəbul imtahanı keçiriləcək02.04.2026 - 19:12
Qəbulun II mərhələsi üzrə sınaq imtahana qeydiyyat elan edilib02.04.2026 - 19:08
Universitetin maliyyə səhvlərinə görə tələbələr cavabdeh deyil - RƏSMİ02.04.2026 - 19:02
17 mindən çox əsərin müəllif hüququ tanınıb02.04.2026 - 18:56
“Tarix unudulsa, faciələr təkrarlanır” – professor Qərənfil Dünyaminqızından çağırış02.04.2026 - 18:55
Sabah bağça müəllimlərinin yerdəyişməsi BAŞLAYIR02.04.2026 - 18:54
9-cuların buraxılış imtahanı: zəif nəticə göstərənlər sinifdə QALSIN02.04.2026 - 18:48
Hərbi ekspert Şair Ramaldanov: Müasir müharibələr texnologiya üzərində qurulub02.04.2026 - 18:45
17 yaşlı tələbə Harvarda qəbul oldu02.04.2026 - 18:42
Elmi-tədqiqatlar bal sistemiylə qiymətləndiriləcək02.04.2026 - 18:38
MDU-da “Tədqiqat Mövzu Hovuzu Platforması” təqdim olunub02.04.2026 - 18:35
Nazir müavini Kənan Kərimzadə Lənkəranda olub02.04.2026 - 18:32
ADNSU-dan əsasız iddialara CAVAB02.04.2026 - 18:28
İstanbulda Eldar Mansurovun yaradıcılığına həsr olunmuş konsert keçirilib02.04.2026 - 18:25
NDU-nun Tibb fakültəsinin laboratoriyaları üçün yeni avadanlıqlar və dərsliklər alınıb02.04.2026 - 18:24
Özəl klinikalarda ciddi yoxlamalar: nöqsanlar aşkarlandı02.04.2026 - 18:20
ADAU-da Virtual Reallıq otağı istifadəyə verilib02.04.2026 - 18:18
Elməddin Behbud: İkinci Ümumdünya Gənclər Festivalında Azərbaycanın təcrübəsi maraqla qarşılanıb02.04.2026 - 18:12
Maarifçi realist ədəbiyyatın görkəmli nümayəndəsi - Nəcəf bəy Vəzirov02.04.2026 - 18:08
Praqada “Novruz və Pasxa kuklaların gözü ilə” sərgisi02.04.2026 - 18:02
Nanyang Texnoloji Universitetində Azərbaycan mədəniyyəti təqdim olunub02.04.2026 - 17:55
Elçinin pyesi əsasında hazırlanan tamaşa Cənubi Koreyada yenidən səhnəyə qoyulacaq02.04.2026 - 17:52
Özəl məktəblər üçün 7 lisenziya müraciəti olub02.04.2026 - 17:45
“Oxuyan Peterburq” layihəsində Azərbaycan ədəbiyyatı təbliğ edilib02.04.2026 - 17:44
“Məni dinləyin!” adlı monotamaşa nümayiş olunub02.04.2026 - 17:38
Bakı bağçalarındakı vakant yerlər açıqlandı – Siyahı02.04.2026 - 17:35
TDT-yə üzv dövlətlərin Bakı görüşünün iştirakçıları Milli Xalça Muzeyi ilə tanış olublar02.04.2026 - 17:34
Akademik İsmayıl Hacıyev: Azərbaycanda elmin inkişafı dövlət siyasətinin prioritetidir02.04.2026 - 17:26
Tərbiyəçi-müəllimlərin yerdəyişməsi müsabiqəsi başlayır02.04.2026 - 17:25
Yazıçı Zahid Xəlil: “Mövzularımı seçmirəm, onlar məni seçir”02.04.2026 - 17:22