Təhsil 365 - Logo Mobile

İstanbulda Eldar Mansurovun yaradıcılığına həsr olunmuş konsert keçirilib

8002.04.2026 - 18:25
İstanbulda Eldar Mansurovun yaradıcılığına həsr olunmuş konsert keçirilib

1 aprel tarixində İstanbulun aparıcı sənət məkanlarından biri olan Atatürk Kültür Mərkəzində (AKM) Azərbaycan Respublikasının Xalq artisti, bəstəkar Eldar Mansurovun simfonik yaradıcılığına həsr olunmuş möhtəşəm konsert keçirilib.

Tehsil365” xəbər verir ki, konsert bəstəkarın müəllifi olduğu “Simfonik qravürlər” layihəsi çərçivəsində baş tutub. Layihə müxtəlif illərdə ərsəyə gəlmiş əsərlərin vahid bədii konsepsiya əsasında təqdim olunduğu xüsusi musiqi silsiləsidir. Qravürlər kimi, hər bir əsər ayrıca bir obraz və emosiyanı ifadə edir, birlikdə isə bütöv və zəngin musiqi mənzərəsi yaradır. Layihənin əsas xüsusiyyətlərindən biri proqramın hər təqdimatda yenilənməsidir. İstanbul konsertində bu silsilə çərçivəsində 14 əsər səsləndirilib və proqram bəstəkarın yaradıcılığının müxtəlif mərhələlərini əhatə edib. “Simfonik qravürlər” layihəsi daha əvvəl Bakı, Budapeşt və Roma şəhərlərində uğurla təqdim olunub və beynəlxalq auditoriya tərəfindən böyük maraqla qarşılanıb.

Konsertdə simfonik əsərləri İstanbul Dövlət Opera və Balet Orkestri səsləndirib. Orkestri Azərbaycan Dövlət Simfonik Orkestrinin bədii rəhbəri və baş dirijoru Fuad İbrahimov idarə edib.

Gecədə dünya şöhrətli tenor Yusif Eyvazov, soprano Hale Soner, eləcə də Türkiyənin ən məşhur və sevilən sənətçilərindən biri Levent Yüksel çıxış ediblər. Konsertin ən yaddaqalan məqamlarından biri bəstəkarın dünya miqyasında tanınan əsəri “Bayatılar”ın səsləndirilməsi olub.

Türkiyədə “Zalim” adı ilə məşhurlaşan bu əsər Levent Yükselin ifasında səslənərək gecənin kulminasiyasına çevrilib və tamaşaçılar tərəfindən böyük coşqu ilə qarşılanaraq uzun sürən alqışlara səbəb olub.

Konsertin sonunda Eldar Mansurov səhnəyə çıxaraq tədbirə qatılan tamaşaçılara səmimi təşəkkürünü bildirib. Eldar Mansurovun musiqisi, milli intonasiyalarla simfonik musiqinin vəhdəti, İstanbul tamaşaçıları tərəfindən böyük maraqla qarşılanıb. Konsert boyu zalda yüksək emosional ab-hava hökm sürüb, proqramın sonunda isə tamaşaçılar ifaçıları uzun sürən alqışlarla yenidən səhnəyə dəvət ediblər. İstanbulda keçirilən bu konsert Eldar Mansurovun yaradıcılığına beynəlxalq marağın növbəti təsdiqi olmaqla yanaşı, Azərbaycan ilə Türkiyə arasında mədəni əlaqələrin daha da möhkəmlənməsinə xidmət edən əlamətdar hadisə kimi yadda qalıb.

Fatimə Cəfərzadə

Xəbər Lenti

Vətən Müharibəsi Qəhrəmanı Səxavət Baxışovun xidmət yolu03.04.2026 - 06:00
Məmmədəli Hüseynovun elmi irsi və Azərbaycan paleontologiyasına töhfələri03.04.2026 - 05:42
Şəfiqə Qasımovanın teatr və kino sənətində izi03.04.2026 - 05:18
Xalq rəssamı Asəf Cəfərovun sənət yolu və irsi03.04.2026 - 05:06
Vasili Nikolskinin Azərbaycan Opera Sənətindəki Xidmətləri03.04.2026 - 04:54
Qaraqanın Yaradıcılığı və Müasir Azərbaycan Mədəniyyətində Yeri03.04.2026 - 04:36
Rövnəq Abdullayevin Fəaliyyəti və Dövlət Xidmətində Rolu03.04.2026 - 04:18
Heydər Hüseynovun İrsinə Bir Baxış03.04.2026 - 04:00
Mədəni qastrol proqramının növbəti ünvanı Mingəçevir şəhəri olub02.04.2026 - 19:57
Şəkidə Aprel döyüşləri şəhidi Elnur İsgəndərovun xatirəsi anılıb02.04.2026 - 19:54
Paytaxtın bir sıra obyektləri və memarlıq abidələri mavi rəngə bürünüb02.04.2026 - 19:46
Mingəçevir Dövlət Dram Teatrına quruluşçu rejissor təyinatı olub02.04.2026 - 19:40
Gənclərin siyasi proseslərdə aktiv iştirakı nə qədər vacibdir? – Politoloqdan açıqlama02.04.2026 - 19:34
Uşaqlarda yaradıcılıq qabiliyyətinin inkişafı üçün rəsm nə qədər vacibdir? – Tanınmış rəssamdan açıqlama02.04.2026 - 19:28
Təhsildə ən böyük problem nədir: proqram, müəllim, yoxsa yanaşma? – Ekspert açıqladı02.04.2026 - 19:26
Yazıçılıq öyrənilə bilən bacarıqdır, yoxsa istedad? – Yazar açıqladı02.04.2026 - 19:24
AzMİU əməkdaşları Ankara Universitetində olublar02.04.2026 - 19:18
DSX Xüsusi Məktəbinin V sinfinə qəbul imtahanı keçiriləcək02.04.2026 - 19:12
Qəbulun II mərhələsi üzrə sınaq imtahana qeydiyyat elan edilib02.04.2026 - 19:08
Universitetin maliyyə səhvlərinə görə tələbələr cavabdeh deyil - RƏSMİ02.04.2026 - 19:02
17 mindən çox əsərin müəllif hüququ tanınıb02.04.2026 - 18:56
“Tarix unudulsa, faciələr təkrarlanır” – professor Qərənfil Dünyaminqızından çağırış02.04.2026 - 18:55
Sabah bağça müəllimlərinin yerdəyişməsi BAŞLAYIR02.04.2026 - 18:54
9-cuların buraxılış imtahanı: zəif nəticə göstərənlər sinifdə QALSIN02.04.2026 - 18:48
Hərbi ekspert Şair Ramaldanov: Müasir müharibələr texnologiya üzərində qurulub02.04.2026 - 18:45
17 yaşlı tələbə Harvarda qəbul oldu02.04.2026 - 18:42
Elmi-tədqiqatlar bal sistemiylə qiymətləndiriləcək02.04.2026 - 18:38
MDU-da “Tədqiqat Mövzu Hovuzu Platforması” təqdim olunub02.04.2026 - 18:35
Nazir müavini Kənan Kərimzadə Lənkəranda olub02.04.2026 - 18:32
ADNSU-dan əsasız iddialara CAVAB02.04.2026 - 18:28
NDU-nun Tibb fakültəsinin laboratoriyaları üçün yeni avadanlıqlar və dərsliklər alınıb02.04.2026 - 18:24
Özəl klinikalarda ciddi yoxlamalar: nöqsanlar aşkarlandı02.04.2026 - 18:20
ADAU-da Virtual Reallıq otağı istifadəyə verilib02.04.2026 - 18:18
Elməddin Behbud: İkinci Ümumdünya Gənclər Festivalında Azərbaycanın təcrübəsi maraqla qarşılanıb02.04.2026 - 18:12
Maarifçi realist ədəbiyyatın görkəmli nümayəndəsi - Nəcəf bəy Vəzirov02.04.2026 - 18:08
Praqada “Novruz və Pasxa kuklaların gözü ilə” sərgisi02.04.2026 - 18:02
Nanyang Texnoloji Universitetində Azərbaycan mədəniyyəti təqdim olunub02.04.2026 - 17:55
Elçinin pyesi əsasında hazırlanan tamaşa Cənubi Koreyada yenidən səhnəyə qoyulacaq02.04.2026 - 17:52
Özəl məktəblər üçün 7 lisenziya müraciəti olub02.04.2026 - 17:45
“Oxuyan Peterburq” layihəsində Azərbaycan ədəbiyyatı təbliğ edilib02.04.2026 - 17:44
“Məni dinləyin!” adlı monotamaşa nümayiş olunub02.04.2026 - 17:38
Bakı bağçalarındakı vakant yerlər açıqlandı – Siyahı02.04.2026 - 17:35
TDT-yə üzv dövlətlərin Bakı görüşünün iştirakçıları Milli Xalça Muzeyi ilə tanış olublar02.04.2026 - 17:34
Ramin Nurəliyev: “Süni intellekt dərsləri üçün kadr hazırlığı vacibdir”02.04.2026 - 17:33
Akademik İsmayıl Hacıyev: Azərbaycanda elmin inkişafı dövlət siyasətinin prioritetidir02.04.2026 - 17:26
Tərbiyəçi-müəllimlərin yerdəyişməsi müsabiqəsi başlayır02.04.2026 - 17:25
Yazıçı Zahid Xəlil: “Mövzularımı seçmirəm, onlar məni seçir”02.04.2026 - 17:22